Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-317/2024 01.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, cavabdehlə razılaşmışdır. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Ərizəni təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədi. Ərizəni təqdim etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən və cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın və mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu qaytarılsın. Qərardaddan 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov İş № 2(032)-317/2024 Məhkəmə iclasının protokolu 01 may 2024-cü il Şirvan şəhəri Şirvan şəhər Məhkəməsi Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. İclas saat 09:45-də başlandı. Sədrlik edən məhkəmə iclasını açıq elan edir, hansı işə baxıldığını bildirir, məlumat vermək üçün sözü katibə verir. Katib məlumat verərək bildirir ki, məhkəmə iclasına İddiaçı və Cavabdeh gəlmişdir. Sədrlik edən bildirir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edən ərizələri nəzərdən keçirir, ərizələr mülki işə əlavə edilir. Sədrlik edən iş üzrə sənədləri elan edir, sənədlər hər biri ayrı-ayrılıqda məhkəmə baxışından keçirilir. Sədrlik edən müşavirə otağına gedir, qayıdıb gəldikdən sonra qərardadı oxuyub elan edir, məzmununu, şikayət vermə müddətini izah edir. Məhkəmə iclası bağlı elan olunur. Protokol 01 may 2024-cü il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №2(032)-317/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-317/2024
01.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver