Məhkəmə qərarları › İş №2(032)-350/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-350/2024

01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-350/2024 01.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı icra məmuru (probasiya üzrə) Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respubluikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2277.40 manat pulun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İrzalı oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Hacıqabul rayon məhkəməsinin 1(071)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hacıqabul rayon məhkəməsinin 1(071)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh İrzalı oğluna bir ədəd “Attenti” markalı 078CE05070 seriya nömrəli sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı 35654452 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Həmçinin Cavabdeh İrzalı oğluna məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokola məhkum və icra məmuru (probasiya üzrə) tərəfindən imza edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən məhkum Cavabdeh təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 05 ay 18 gün müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edildiyindən məhkuma tətbiq edilən elektron nəzarət vasitələri onun üzərindən açılaraq götürülmüş Probasiya Xidməti Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. “Attenti” markalı 35654452 seriya nömrəli mobil nəzarət qurğusunun "xxxx" QSC-nin mühəndisləri tərəfindən aparılan yoxlama zamanı mobil nəzarət qurğusunun ana platasında korroziya müşahidə olunduğu, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu müəyyən edilmiş, bu barədə ED 000426 nömrəli texniki rəy verilmişdir. Belə olan halda cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş, onlara maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsi tərəfindən təqdim edilmiş cədvəldə sadə elektron qolbağın və digər nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2277.40 manat təşkil etdiyi bildirilmişdir. Məhkəmə iclasında İddiaçı icra məmuru (probasiya üzrə) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 1(071)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh şübhəli şəxs kmi tutulduğu xx.xx.2022-ci il tarixdən 28.02 2022-ci il tarixə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 01 (bir) ay 16 (on altı) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 03 (üç) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyırmi səkkiz) gün müddət nə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, təyin edilmiş cəza müddəti ərzində Cavabdeh üzərinə yaşayış yerini saat 29:00-dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, Cavabdeh “attenti” markalı 35654452 saylı, 1 ədəd mobil qurğu 1 ədəd 078CE05070 saylı elektron qolbaq və 1 ədəd enerji doldurmaq üçün tam işlək vəziyyətdə təhvil verildi. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli, ED 000426 nömrəli rəyin surətindən görünür ki, attenti V6 mobil qurğusuna baxış keçirilən zaman ana platada antena pinləri qırıldığı müşahidə olunduğu, təmiri mümkün olmadığı, istifadəyə tam yarasız olduğu aşkar edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, ED-M-№96-21 nömrəli məktubundan görünür ki, nəzarət subyektinə təhkim olunmuş sadə elektron qolbağın və digər nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2277.40 manatdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(032)- 93/2023 saylı qərarından görünür ki, Hacıqabul rayon Məhkəməsinin 1(071)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq təyin edilmiş 1 il 8 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay 7 gün hissəsi 5 ay 18 hün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, məhkum Cavabdeh məhkəmə iclas alından həbsə alınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı X2 şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16- 17/32/2-1329/2024 nömrəli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə 5 ay 18 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar olaraq müəssisədən azad edilərək yaşadığı ünvana getmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Hacıqabul rayon Məhkəməsinin 1(071)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 1(071)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünun icrası ilə əlaqədar xx.xx.2023-cü i il tarixdə məhkum X3 bir ədəd “Attenti” markalı 35654452 saylı, 1 ədə mobil qurğu, 1 ədəd 078CE05070 saylı qolbaq və 1 ədəd enerji doldurmaq üçün adaptor tam işlə vəziyyətdə təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. X1 məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokola məhkum və icra məmuru (probasiya üzrə) əməkdaşı tərəfindən imza edilmişdir. Göründüyü kimi qeyd edilən qurğunun tam işlək vəziyyətdə saxlamaq hazırkı mülki iş üzrə cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Lakin həmin qurğu cavabdeh tərəfindən işlək vəziyyətdə saxlamamış və bunla da, iddiaçı məxsus olan əmlakın zədələnməsi nəticəsində iddiaçıya zərər dəymişdir. Hazırda iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini xahiş edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə dəymiş zərərə görə 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsait tutumalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurulmuş zərərə görə 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsait tutlaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar