Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-363/2025 10.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dələduzluq yolu ilə ələ keçirdiyi 180 (bir yüz səksən) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh qismən tanıyır. Belə ki, 26 noyabr 2024-cü il tarixdə həyat yoldaşı X2 tik-tok sosial şəbəkəsində özünə şəxsus olan hesab ilə videolara baxarkən qarşısına çıxan fatime_Dress səhifəsində göy rəngli donu görüb, həmin səhifənin mesaj bölməsinə donu necə ala bilərəm kimi mesajlar yazıb, Cavabdeh isə özünə məxsus olan hesab ilə onlara yazaraq nömrəni verərək whatsapp sosial şəbəkəsindən yazmaqlarını istəmişdir. Həyat yoldaşı Günel Mamedova özünə məxsus olan nömrə ilə yaza bilmədiyindən qardaşının həyat yoldaşı X1 məxsus olan ***-***-**-** mobil nömrəsi ilə cavabdehin vermiş olduğu nömrəyə yazmışdır. Orada danışıq işləri aprdıqdan sonra cavabdeh həyat yoldaşının bəyəndiyi paltarın 180 manata olacağını bildirmişdir. Onlar da cavabdehin demiş olduğu pul ilə razılaşıb ödənişi etmək istəmişlər. Cavabdeh ilk öncə pulun bir qismini yəni 90 manatı , paltar gəldikdən sonra digər qalan pulu yəni 90 manarı ödəcəklərini bildirmişdir. Onlar cavabdehə hazırda verəcəkləri 90 maat pulu hissə-hissə 2 günə ödəyə bilərikmi soruşduqda cavabdeh onlarla razılaşmışdır. O da ilk öncə 29 noyabr 2024-cü il tarixdə cavabdehə məxsus olan kart nömrəsinə 40 manat , 30 noyabr 2024-cü 11 tarixdə 50 manat pul göndərmişdir. 30 noyabr 2024-cü il şənbə günü olduğundan və poçt işləmədiyindən cavabdeh onlara göndərməli olduğu paltarı birinci gün, yəni 02 dekabr 2024-cü il tarixdə taksi ilə göndərəcəyini bildirmişdir. 02 dekabr 2024-cü il tarixdə Cavabdeh onlara whatsapp sosial şəbəkədən yazaraq paltarı göndərdiyini , digər qalan 90 manat pulu karta göndərməklərini istəmişdir. Onlar da 02 dekabr 2024-cü il tarixdə 90 manat pulu cavabdehə məxsus olan karta göndərmişlər . Axşam saat 18:00-dan sonra taksi ilə sifariş etdikləri paltar onlara çatmışdır və onlar paltara baxdıqları zaman paltarın onlara heç bir aid olmadığını, paltarın tamam fərqli olduğunu və ən əsası paltarın palçıq içində olduğunu görmüşlər. Həmin zaman cavabdehə yazmaqlarına baxmayaraq cavabdeh onların yazmaqlarına əhəmiyyət verməyərək onları kobud halda təhqir etmişdir. Dəfələrlə 180 manat pulumu Cavabdeh tələb etməklərinə baxmayaraq cavabdeh ödəməkdən imtina edir və günü günə sataraq onu yubadır. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə İddiaçı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə icasına gəlməmiş, elektron ərizə göndərərək Cavabdeh ona olan borcunu tam şəkildə ödədiyi üçün iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə icasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın . Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-363/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-363/2025
10.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver