Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-366/2025 06.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evinin ona satılması müqabilində ondan aldığı 6000 manatı, itirilmiş faiz olan bugünki bazar kursuna müvafiq olaraq 5750 manat və hüquqi xidmətləri və dövlət rüsumu kimi ödədiyi 250 manat məbləğində pulun, cəmi 12000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Bəydili kəndində yaşayan Cavabdeh on bir il bundan əvvəl 6000 manat məbləğində pul vermiş, Salyan rayonu, Bəydili kəndində 0.45 ha torpaq sahəsində yerləşən bir mərtəbəli iki otaqdan ibarət evini almışdır. Sonradan Cavabdeh vədinə xilaf çıxaraq həmin evdən onu çıxarmışdır. Ondan ona satdığı ev üçün aldığı pulu qaytarmamışdır. Dəfələrlə ona evinin müqabilində verdiyi pulu qaytarılmasını ondan tələb etsə də o, ona pulunu və o vaxtdan bu günə kimi itirilmiş faizdə içində olmaqla 12000 manat məbləğində pul verməli olduğu halda pulu qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Salyan rayonu İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 11 dekabr 2024-cü il tarixli, 5-71-18- 2/665/2024 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də Salyan rayonu, Qızılağac ərazi dairəsinin Bəydili kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Əli Bayramlı (indiki ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Salyan rayon Məhkəməsinin 2(057)-1050/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan Salyan rayonu, Bəydili kəndində olan 0.45 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Vüqar və Səmayə onun həmkəndlisidir. Bir gün məsciddə iş görən zaman Vüqar onların yanına gələrək torpaq sahəsi aldığını demiş, o da 3-4 metrin məscidin ərazisinə verməsini istəmiş, Vüqarda razı olmuşdur. Səmayə həmin torpaq sahəsinə gələrək Vüqarla mübahisə etmiş, bunun səbəbini Vüqardan soruşduqda o, Səmayənin torpağa görə pul alıb getdiyini demişdir. X8 torpağı almasına dair nə qədər pul verdiyini bilmir, həmçinin torpağı Səmayədən alması barədə danışıqlardan məlumatı deyildir, ancaq eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Vüqar onun hım dostu, həm də həmkəndlisidir. Eyni zamanda Səmayə də həmkəndlisidir. Vüqar ev almaq istədiyini demiş, Səmayə kənddəki evi satdığı üçün 2019-cu ildə Vüqarla özünə məxsus avtomobilə ilə onların evinə getmiş, Vüqar evin həyətində 6000 manat pulu sayaraq Səmayəyə vermişdir. Sonradan isə onların aralarında nə olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, kənddə Səmayənin atasıgil ilə qonşu olmuşlar. Səmayə atası rəhmətə gedəndən sonra ata yurdun satmaq qərarına gəlmişdir. Onlarla münasibətləri yaxşı olduğundan həmin evi almaq qərarına gəlmişlər. Onun yaşadığı Şirvan şəhərindəki evinə gələrək 6000 manatı Səmayəyə vermişdilər. Daha sonra Səmayə onlara evin sənədini vermiş, lakin sonradan Səmayənin adından onlara gələrək sənədləri götürmüşdürlər. Məhkəmə bu hissədə tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş şahid məhz mübahisə edilən pulun cavabdehə verilməsi barədə dəqiq, dolğun məlumatlar vermədiyindən, habelə verdiyi məlumatlar hər hansı digər sübut vasitələri ilə təsdiq edilmədiyindən, bu məlumatların məhkəmə üçün sübutetmə qüvvəsi yoxdur. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borçludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin faktiki hallarından göründüyü kimi tərflər arasında daşınmaz əmlakın alınması ilə bağlı müqavilə mövcud deyildir. Həmçinin iddiaçı tərəfindən iddia edilən əmlakın alınması ilə bağlı cavabdehə pulun verilməsi halı sübuta yetirilə bilmir. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh evinin ona satılması müqabilində ondan aldığı 6000 manatı, itirilmiş faiz olan bugünki bazar kursuna müvafiq olaraq 5750 manat və hüquqi xidmətləri və dövlət rüsumu kimi ödədiyi 250 manat məbləğində pulu cəmi 12000 manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh evinin ona satılması müqabilində ondan aldığı 6000 manatı, itirilmiş faiz olan bugünki bazar kursuna müvafiq olaraq 5750 manat və hüquqi xidmətləri və dövlət rüsumu kimi ödədiyi 250 manat məbləğində pulu cəmi 12000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-366/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-366/2025
06.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver