Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-373/2023 10.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəsdən X1 və Cavabdeh tərəfindən yönəlmiş, hüquqların pozulması və sağlamlığa ciddi şəkildə ziyan dəyməsi ilə nəticələnən qanunsuz tələblərin göz önündə tutulmalı olduğunun Azərbaycan Respublikası Konstitusiyasının 60, 70-ci maddələrini və uyğun qanunvericilik aktlarını rəhbər tutaraq ona dəymiş fiziki və maddi ziyanların uyğun olaraq 3500 manat və 600 manat olmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məcəlləyə müvafiq olaraq əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilməlidir (149.2.3, 149.2.5, 150.1.2,). Lakin İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin göstərilən maddələrinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, iddiaçı, fiziki və maddi ziyanların uyğun olaraq 3500 manat və 600 manat olmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, qanunvericilkdə nəzərdə tutulmuş qaydada (məbləğdə) dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin iddiaçı iddia ərizəsinə qoşmada şəxsiyyət vəsiqəsinin surəti, xəstəlik (infarkt barədə) disk, həkim epiqrislərinə reseptlər (14 vərəqdə) qeyd etsə də, qeyd edilən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və MPM-in 149, 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən ərizə formasına məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-373/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-373/2023
10.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver