Məhkəmə qərarları › İş №2(032)-4/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-4/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-4/2023 09.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 570.14 manat əsas, 111.98 manat faiz borcu olmaqla, cəmi 682.12 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin məhkəmə qaydasında həllinə zərurətin aradan qalxdığını nəzərə alaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2021-ci tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat ofisinin 10 may 2023-cü il tarixli, 591 nömrəli məktubundan görünür ki, mərhum Cavabdeh adına Şirvan şəhəri 1 saylı Notariat ofisində vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 30 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş (qəbz nömrəsi 873408258, xx.xx.2022-ci il tarixli) 30 manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar