Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-4/2024 19.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 Əybəy oğlunun və Vəkil2, Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Əybəy oğlunun Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 Əlbəy oğlu Cavabdeh şəy qızına qarşı Şirvan şəhəri, ünvan 1 ünvanda 06 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin alqısatqısı zamanı cavabdehə verdikləri 16.000 manat pulun, evin tikinti materiallarının, qapıpəncərəsinin alınması üçün ödənilmiş 17.324 manat pulun, ustaların zəhmət haqqısı kim ödənilmiş 3.500 manat pulun ümumilikdə-16.000+17324+3500=36.824 manat məbləğində pulun və eləcə də, dövlət rüsumu kimi ödənilmiş 203 manat məbləğində pulun Cavabdeh alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslanmışdır ki, cavabdeh 1985-ci il təvəllüdlü Cavabdeh onun qızı, İddiaçı2 isə bacısıdır. Cavabdeh 2010cu il tarixdə Fərzəliyev Tərlan dadi oğlu ilə ailə həyatı qurmuş, birğə niğahlarından 2010-cu il təvəllüdlü Zilan və 2011-ci il təvəllüdlü Elbəy adlı iki uşaqları doğulmuş, qayınatası Vidadi Fərzəliyevə məxsus Şirvan əhəri 1 may küçəsindəki evə gəlin köçmüş, 04 ay orada yaşamış, nigahları pozulmuş və elə izi Cavabdeh 2010-cu il tarixdən iki uşağıyla birlikdə onlarla bir yerdə yaşamışdır. 2020-ci ilin iyun ayının 1-i ya 2-si Şirvan şəhəri, ünvan 1 ünvanda 06 sot torpaq Sahəsində inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evi Şirvan şəhər Notariat Orqanında alqı-satqı yolu ilə 32.000 manata aldılar. Həmin pulun 16.000 manatı Günelin yığdığı pullar idi, 16.000 manat isə onun və oğlu Asifin birgə yığdıqları pullar idi. Alqı-satqı müqaviləsini Cavabdeh adına sənədləşdirməyi qərara aldılar ona ğörə ki, həm boşanmış idi və yanında iki uşağı olduğuna görə, həm ağır şəkər xəstəsi olduğuna görə, gələcəkdə başsız qalmasın deyə onun adına sənədləşdirdilər. Ancaq həmin evi bütün ailə idindan almışdılar ki, orada o, oğlu Asif və cavabdeh iki uşağıyla bir yerdə mehriban yaşasınlar. Evi alandan sonra evin 3 daş üstündə olduğu üçün qərara gəldilər ki, evi söküb erində yeni iki mərtəbəli ev tiksinlər. Bu fikrə cavabdeh də razılaşdı və evin sökülməsi, betonun atılması və digər işləri şəxsən Asif özü etmişdir. Bundan başqa o və Asif tikinti materiallarının alınmasına 17.324 manat pul xərcləmişlər. Evin və hasarın daş hörgüsünü bir daş 30 qəpikdən olmaqla, usta ünvan 3 ünvanda yaşayan, X4 (Telefon: ***-***-**-**) 2.500 manat məbləğində pul vermişdir. Evin üstünün bağlanmasını usta ünvan 4 ünvanda (X8) yaşayan, X9 (Telefon: 0262-50-62) icra etmiş və ona 1.000 manat məbləğində pul vermişdir. Bu şəxslər bu halları məhkəmədə şahid qismində təsdiq edə bilərlər. Evin alqısatqısı zamanı 16.000 manat pul vermişlər. Evin tikintisi üçün tikinti materiallarının, qapıpəncərələrin alınmasına və usta çulu xərclərinə cəmi-17.324+3500=20.824 manat pul xərcləmişlər. Cəmi-16.000+20.824=36.824 manat. Evi, iki ilə tikib qurtarmışlar. Həmin ev hal-hazırda iki mərtəbə olmasına baxmayaraq, evin çıxarışında ev təmirdən əvvəlki vəziyyətində yəni, birmərtəbəli ev kimi göstərilmişdir. 2021-ci ilin axırlarından Cavabdeh X6 ilə qeyri resmi ailə münasibəti quraraq, 26 dekabr 2021-ci il tarixdən onunla birlikdə qeydiyyatda olduğu ünvan 5 ünvanda yerləşən mənzildə yaşamağa başladılar. Bir valideyn, bir ailə olaraq bu münasibətə qarşı oldular ona görə ki, Anar Abdullayev bir neçə dəfə allə qurub boşanmış, 1 ci nigahından iki övladı vardır. Hal hazırki münasibəti də, qızı ilə olan ailə münasibətlərini də maddi marağa görə qurmuşdur. Elə buna bir sübut odur ki, gedib kirayə tutub yaşamaq əvəzinə yaxud, ailə qurduğu şəxsi bir kişi olaraq öz evlərinə aparmaq əvəzinə gəlib onların qeydiyyatda olduqları mənzildə yaşayır və onları da həmin mənzilə buraxmır. Yenil tikilən evdə də gözü var. Anar Abdullayevlə bir yerdə yaşayan gündən Cavabdeh onlarla dava dalaş etdi, onları qeydiyyatda olduql evlərinə buraxmadı, anasını və qardaşını qeyri rəsmi yaşadığı Anar Abdullayevdən üstün tutdu. Şirvan şəhəri, ünvan 1 ünvanda 06 sot torpaq sahəsində yeni tikdikləri evə münasibətdə isə bildirdi ki, "həmin evdə sizin heç bir hüququnuz yoxdur”, qapının açarlarını dəyişib qapını bağlayaraq, onların həmin evə girişlərini qadağan etdi və bildirdi ki, ev mənim adımadır və mən sizə evin alınması zamanı verdiyiniz 16.000 manat puldan və evn tikintisinə xərclədiyiniz 20.824 manat puldan heç bir qəpik də ödəməyəcəyəm”. Halbuki, cavabdeh söz vermişdi ki, “evi tikib verin mənə, mən hər ay sizə 500 (beş yüz) manat verib, sizə olan borcumu ödəyəcəyəm”. Evin alınmasına və təmirinə çəkdikləri 36.824 (otuz altı mın səkkiz yüz rmi dörd) manat pulu uzun illər alver edərək qazanmış və oğlu Asıf Əliyev də saxladığı xırdabuynuzlu heyvanları sataraq və müəllim kimi işləyib aldığı əmək haqqlarını yığaraq topladığı pullar hesabına olmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, 2010-cu il tarixində X5 ilə rəsmi ailə qurmuş, 2015-ci il rəsmi qaydada ayrılmışdır. Bu nikahdan 2 övladı vardır, 2021-ci il tarixində X6 ilə ailə həyatı qurmuşdur. Bu nikahı isə xx.xx.2022-ci il tarixində Qeydiyyat şöbəsində qeydə alınmışdır. Hal hazırda da 4 aylıq hamilədir. İddiaçılar bildiriblər ki, “biz bu nikaha razı olmamışıq bunu məhkəməyə təqdim edirik”. Ailələrinin xeyir dua vermələrindən və razılıqlarını bildirmələrindən sonra ailə həyatı qurmuşlar. Lakin nikahlarının dövlət qeydiyyatında gec baş tutmasına səbəb həyat yoldaşının anası cavabdeh İddiaçı1 olmuşdur. Anası və qardaşı daim mənəm-mənəmlikləri ilə ailə işinə qarışmış, onu rahat yaşamağa qoymamışlar. X5 ilə nikahı onun narkotik sataraq dəfələrlə tutulması səbəbindən olmuşdur. 2015-ci ildə rəsmi qaydada ayrılmışlar. O və 2 övladı atasının evində Tofiq İsmayılov 11 a, ev 31-də yaşamışlar. Tərlan dəfələrlə gəlib barışmaq istəsə də anası Şəlalə onlarla yaşamaq istəməsinə qarşı onu evə qoymamışdır. Uzun sürən dava-dalaş və ağır streslərdən sonra 2012-ci ildə 1-ci tip şəkərli diabet dianozu ilə Bakı şəhər Mirqasımov adına Respublika xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildi. 3 gün komada, 20 gün palatada qaldı. Lakin o, bu cür ağır xəstəliyə tutulub insulin istifadəçisinə çevrilmişdir. Nə anası, nə Tərlan ona rəhm etməyərək, hər ikisi yalnız öz mənafeylərini düşünürdülər. Anası Tərlanı evə qoymadığı və aliment kəsdirdiyi üçün 2015-ci ildə onsuzda bir ailə kimi bir yerdə yaşamadıqları üçün boşandılar. Buna hər ikisi çox sevindi, çünkü bilirdilər ki, o, heç zaman özü ərizə verib boşanmayacaq. 2005-ci ildən Sabirabad rayon Xankeçən kəndində ibtidai sinif müəlliməsi işləyir. Artıq 17 ildir ki, bu vəzifədə çalışır. 2011-ci il dekabr ayından 1 uşağa görə 6 ay müddətində 50 manat “cəmi 800 manat, 10 ildir hər ay iki uşağa görə 220 manat aliment məbləği almışdır. Dediklərinin doğruluğu Probasiya şöbəsində öz əksini tapmışdır. 10 il ərzində heç vaxt övladlarına aid olan pulu xərçləməmişdir. Çünki ağır 1 tip şəkərli diabet xəstəsi olduğu üçün fikirləşmişdir ki, heç olmasa övladları üçün bir ev alsın. Həmişə tam sinifə dərs keçmidir. Dərs yükü həmişə 20 saatdan çox olmuşdur. 2021-2022-ci tədris ilində isə 33 saat dərs yükü olmuşdur. Məktəbdə savadlı, sevilən müəllimə olmuşdur. Dərs saatlarından başqa məktəbdə dərs dediyi şagirdlərə valideyinlərinin xahişi ilə ödənişli dərslər də keçmişdir. 17 il ərzində dövlətdən aldığı əməkhaqqı qanuni olaraq, almaqla əmək kitabçasında iş stajı qanuni göstərilmişdir. Daim övladlarını düşünərək aliment pulundan başqa hər ay maaşının yarıdan çox hissəsini balaları üçün aliment pulunun üstünə yığaraq ev almaq məqsədinə “yatmaq üçün çalışmışdır. 2020-ci ildə tap.az saytında ünvan 6 ünvanındakı ev elanını gördü. Elanın sahibi ilə danışdıqdan sonra 01 iyun 2020-ci ildə evi alqı-satqı müqavfiləsi əsasında 32.000 manat pul ödəyərək aldı. Bu proseslər baş tutan zaman iddiaçılar hər ikisi onun yanında olublar. Ona bildirdilər ki, 10 ildən çoxdur ki, ev almaq üçün pul yığır. Həmişə cavabdehləri bir böyük kimi saymışdır. Anası və qardaşı evi alandan sonra evin divarları tək qat olduğu üçün qərara gəldilər ki, söksünlər və yenidən inşa etsinlər. Qardaşı və anası bildirdi ki, bu çətin olacaq. Müəllimə maaşı ilə bu evi neçə ilə tikib qurtaracaq, deyə etiraz etdi. İddiaçıların hər ikisi "biz sənə kömək edərik, usta pulu verməyəcəksən” dedilər, Qardaşı ona bildirdi ki, "bütün ustalara aid işləri mən görəcəm”, Anası da yemək və içməklərinə kömək edəcəyini bildirdi. Bildirdilər ki, "öz daşı, taxtası var, torbası var, hördürüb üstünü vurdurarsan, qalanınıda onsuzda oğlunun 7 yaşı var, sən hələ 7-8 ilə bura gələcəksən, oğlunda böyüyər sonra, oturmusanda atanın evində tələsmə”, O da razılaşdı, ev söküləndən sonra iddiaçıların onu aldatdıqlarını gördü. Anası “mən qocalmışam, heçnəyə cüm çatmır”, qardaşı da “yoruluram, çatdıra bilmirəm" kimi bəhanələr gətirdilər. Qardaşı artıq evdə gördüyü işlərin usta pulunu hesablamağa, anası da yedikləri tikələri saymağa başladı, yenə də dost-düşmən var deyə səs etmirdi. Yalandan anasını və qardaşını tərifləyirdi. Onların şahid kimi yazdıqları usta Cəmil və usta Cavid onu tanıyırlar. Usta Cavid görüb ki, qardaşı ola-ola ora dəfələrlə sement gətizdirmişdir. Bunu görən usta Cəmil dayı “qızım sən etmə elə olanda mənə de mən gətizdirim” deyə tapşırıq vermişdir. Qardaşının harda olduğunu soruşanda, yalandan onun Lerikə işləməyə getdiyini bildirmişdir. Amma halbuki 2020-ci il mart ayının 3-dən Azərbaycanda COVİD virusu ilə əlaqədar karantin elan olunub. 2021-ci ilin iyul ayına qədər Fiziki tərbiyyə müəllimlərinin dərslərdə iştirakına qadağa ounmuşdur. Bu dövlətin qanunlarındada öz əksini tapıb. Cavid usta xx.xx.2021-ci il tarixdə evin üstünü vurmağa gəlib. Qardaşı həmin vaxt onunla danışmırdı. Evin üstünün atmalığı və digər taxtalar Cavid usta tərəfindən alınıb. O da Asifi soruşanda Cəmil ustaya dediyi yalanlardan Cavid ustaya da demişdir. Bu yalanları ona görə demişdir ki, ayıbdır qoy ustalar qardaşı haqqında pis fikirləşməsinlər. Usta Cavidə evin üstü vurulanda 1000 manat zəhmət haqqı verəcəyi haqqında əvvəlcədən anası və qardaşı ona bildirmişdir. Tikinti materialları alınan zaman usta pulunun 500 manatı xərcləndi. Cavid ustaya bildirdi ki, pulun yarı hissəsini gələn ay maaşda verəcək. Əgər razıdırsa işləsin, deyilsədə gələn ay gələr. Lakin Cavid usta razılaşdı və işini gördü. Hər iki ustaya pulu onun vasitəsi ilə qardaşı verib. İddiaçılar ona həmişə tapşırıblar ki, tənha qadınsan, heç yerdə demə evi tək tikdirməyini. Onların iddiası əsassızdır. Asif heç yerdə işləməyib. Müntəzəm gəliri olmayıb. 2019-cu ildə imtahan verərək 89 bal toplayıb. Bir müddət Lerik rayonunda işlədi. Aldığı 240 manat əmək haqqını özü üçün xərcləyib. Onların yetərincə heyvanları olmayıb, heyvanları da (25 keçi) iddiaçı 2022-ci ildə əməliyyat olunduğundan özünə görə satıb. Anası Şəlalənin 64 yaşı var. Təqaüdçüdü.130 manat təqaüd alır. Ona 2000 manat pul verməsi əsassızdır. O qədər pulu versəydilər, ən azından heç olmasa notarial qaydada təsdiq elətdirərdilər. Qardaşı Asiflə münaqişəsi xx.xx.2022-ci ildə qeyri-qanuni doğulan oğlundan sonra baş verib. Odur ki, iddia tələbləri əsassız olduğundan rədd edilməsini xahiş edir. İddiaçı2 Əlbəy oğlu ərizə təqdim edərək bildirmişdir ki, cavabdehin verdiyi etiraz ərizəsində mübahisəli ev alınarkən evin divarlarının tək daş olduğundan evi söküb yenidən keyfiyyətli inşa etmək qərarına gəldiyini bildirir. Buna razılığının oldugunu ifadə edir. Birdə elə özü ərizədə etiraf edir ki, ev sökülüb təmir olunarkən onun vəsaiti olmayıb. Bu barədə anası və qardaşına bildirəndə onlar ona bildirmişlər ki, evin sökülməsini və usta işlərini qardaşı görəcək, yemək-içmək də anasının hesabına olacaq və Evin təmiri zamanı heç bir çətinlik olmayacaq. Elə etiraz ərizəsində cavabdeh etiraf edir ki, onun təmir zamanı pulu olmayıb və bu təmir işində ona maddi köməkliyi anası və qardaşı edib. Ev 2020-ci ilin iyun ayında alınıb. Söküntü və təmir işləri iyul-avqust aylarında 2 ay müddətində olub. Bir neçə ay fasilə olub və evin üstünün örtülməsi və digər yekun işlər isə 2021-ci ilin yanvar-fevral aylarında təmir olunub başa çatıb. Bu qısa müddət ərzində evin bütün təmir xərclərini özləri etmişlər, evdə çox usta işlərini özü etmişdir, bunun qarşılığında özünə hər hansı pul tələbi iddia ərizəsində qeyd etməmiş, yalnız, evin üstünün örtülməsi, evin və hasarın daş hörgüsünə ustaya pul vermişlər ki, həmin pulları da özləri vermişdir. Cavabdehin yalanı həm də onun “Whatsapp” proqramı vasitəsilə səs yazısında sübut olunur ki, həmin səs yazısını audio diskə köçürüb ərizəyə əlavə etmişdir. Bu diski məcburiyyət qarşısında ərizəyə əlavə edir, ona görə ki, cavabdeh həqiqəti təhrif etdiyi, yalan danışdığı üçün bunu sübut etmək üçün səs yazısını məhkəməyə təqdim edir. Səs yazısında cavabdeh bir qadına, müəlliməyə yaraşmayan tərbiyəsiz, ağır söyüşlər, nalayiq söyüşlər olan səs yazısını təqdim edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, ünvan 7 ünvanda yerləşən bağ evi üzərində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin AN-İ nömrəli ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh Şirvan şəhəri, ünvan 8 ünvanda yerləşən bağ evini X2 31800 manat pul ödəməklə alqı-satqı müqaviləsi əsasında almışdır. Müxtəlif inşaat materiallarının adı və qarşısında qiymətləri İddiaçı1 və İddiaçı2 adı yazılmış qeyd vərəqlərində xx.xx.2020-ci il tarixdə 1165 manat, xx.xx.2020-ci il tarixdə 366 manat, xx.xx.2020-ci il tarixdə 2041 manat, xx.xx.2020-ci il tarixdə 355 manat, xx.xx.2021-ci il tarixdə 4360 manat, xx.xx.2021-ci il tarixdə 4476 manat, xx.xx.2021-ci il tarixdə 542 manat, xx.xx.2021-ci il tarixdə 169 manat, xx.xx.2021-ci il tarixdə 2230 manat yazıları qeyd edilmişdir. Məhkəmə iclasında tədqiqi zamanı cavabdeh bu qəbzləri sübut qismində qəbul etmədiyini, qardaşı tərəfindən yalandan yazıldığını, qəbzlərin həqiqi qaimə-faktura olmamasını bildirmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaimə fakturasında X13 Əliyevaya pəncərə 8 ədəd -1440 manat, nəfəslik böyük 1 ədəd 120 manat, nəfəslik balaca 60 manat, cəmi 1620 manat nəğd qeyd edilmiş, təhvil alan və təhvil verən imza etmişlər. Məhkəmə iclasında tədqiqi zamanı cavabdeh bu qəbzdə göstərilən malların alınmasını təsdiq etmiş, lakin ödənilmiş 1620 manat pulu özünün anasına verdiyini və bu səbəbdən də anasının adından alındığını bildirmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında nikah Şirvan şəhər Qeydiyyat Şöbəsində xx.xx.2022-ci ildə 214 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin 349 nömrəli arayışında göstərilmişdir ki, Cavabdeh xx.xx.2006-cı il tarixdən hazırki vaxtadək Sabirabad rayon Xankeçən kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir, 2021-2022-ci tədris ili üzrə cəmi 12176 manat, 22 qəpik manat əmək haqqı almışdır. Azərbaycan Respublikası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2022ci il tarixli, 175705 nömrəli arayışında göstərilmişdir ki, Cavabdeh Şirvan şəhər Apellyasiya Məhkəməsinin 2(106)-1682/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu X1 2 uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment alır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin 29 mart 2023-cü il tarixli məktubuna əlavə edilmiş arayışda Cavabdeh 2020-ci ilin 01 iyun tarixindən 01 sentyabr 2021-ci il tarixədək əmək haqqısı 2020-ci il: iyun ayı 611,67 manat, iyul ayı 601,42 manat, avqust ayı 601,42 manat, sentyabr ayı 626,51 manat, oktyabr ayı 638,89 manat, noyabr ayı 666,11 manat, dekabr ayı 666,11 manat, cəmi 4412,13 manat; 2021-ci il: yanvar ayından iyun ayınadək 666,11 manat, iyul və avqust ayları isə 631,87 manat təşkil edir. Şirvan şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(032)-1328/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, mülki iş üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: - Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obtektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmişdir. Vəsatətdə tədqiq olunan obyektə baxışın keçirilməsinin xx.xx.2022-ci il tarixə təyin edilməsi xahiş edilmişdir. Həmin tarixdə tərəflər məhkəmə binasına gəlmədiyindən, keçirilməsi üçün ekspert məhkəmə binasında olmuşdur. Məhkəmə nümayəndəsi, iş üzrə tərəflər və ekspert məhkəmə binasında olmuşdur. Məhkəmə nümayəndəsi, iş üzrə tərəflər və ekspert baxış keçirilməsi üçün tədqiqat obyekti yerləşən ünvanda olmuşdur. Cavabdeh tərəf tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaratmamışdır. Bu səbəbdən baxış keçirilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”-ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, obyektə baxışın keçirilməsinin xx.xx.2022-ci il tarixə təyin edilməsinə baxmayaraq cavabdeh tərəf tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaratmamış, bu səbəbdən baxış keçirilməsi mümkün olmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-20/2023 saylı qərardadı ilə iş üzrə yenidən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixində məhkəmə ekspertizasının aparılmasından iddiaçı tərəf baxışda iştirak etməməsi, inşa edilmiş tikiliyə dair layihə və smeta sənədlərinin təqdim olunmaması səbəbindən imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. Evlərində usta işləmişdir. Şəlalə xanım o evdə iş görməyə onu çağırmış, onu küçədə tək qarşılamış, tikiləsi evə getmişlər. Şəlalə xanımdan 1500 manat daşa görə almışdır. 54 metr beton tökmüş, 432 manatda beton üçün almışdır. Yanında 2 nəfər əlavə işçisi olmuşdur, olar pul istəyəndə 200, 300 manat pul alanda qeyd edirdi. Pul lazım olanda Şəlalə xanımın özünə deyirdi. Pulu hissə-hissə almışdır. Şəlalə xanımın yanında oğlu və qızı olurdu. Onlar da işin gedişatına baxırdılar. Şəlalə ustalara yeməklərini verirdi. Günel anasından pul alıb onlara verməyib. Evin tikintisində istifadə olunmuş materialı kimin aldığını bilmir. Ümumilikdə Şəlalə xanım ona evdə gördüyü işə görə 3500 manat pul vermişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Günellə evlənəndə ev tikilmişdi. Tikinti vaxtı orda olmamışdır. Ustanın pulunu Günel ya Asifə, ya da Şəlaləyə verirdi. Pəncərənin pulunu Günel vermişdi, ustaya sifariş vermişdilər, gəlib ölçü götürmüşdülər. Ev yiyəsi kimi ustalar onu və Güneli bilirlər. Pəncərə qurulan vaxtı 1600 manat pul verdilər. Özü də orda olmuşdur. Pulu Günel anasına vermişdir. İddiaçılar və cavabdeh tərəfindən təqdim edilmiş səs yazıları məhkəmə iclasında dinlənilmiş, tərəflərin bir-birilərinə nəlayiq formada təhqirlər etməsi, hədə-qorxu gəlmələri müəyyən olunmuşdur.
1. Səs yazısında İddiaçı2 Cavabdeh aylıq 100 manat pulu niyə verməməsini, onun telefonuna cavab verməməsini soruşur.
2. Cavabdeh və şahid Anar Abdullayevin, o cümlədən şəxsiyyəti məlum olmayan bir kişi cinsli şəxsin danışıqları əks olunur. Cavabdeh həmin şəxsə ondan pəncərə almasını və buna dair qaimədə isə anasının adının qeyd edilməsini bildirir.
3. Cavabdeh qardaşı və anasına ünvanlanmış səs yazısı əks olunmuşdur. Səs yazısında o, qardaşına anasının ölümündən sonra ona ev qalmasına imkan verməyəcəyini, hazırda qaldığı bina evinə onun və bacısının da haqqı olmasını bildirir. O cümlədən Şəlalənin tikdirdiyi evə də Asifin heç bir haqqı olmamasını bildirir, ona “ nə vaxt əziyyət çəkib ev tikdirərsən o zaman da tələb edərsən, məni evə görə 30 minlik borca salmısınız, sizə 500 manat Kərbala pulunu və 100 manat Şəlalənin kartına pul atacağam” kimi ifadələr işlədir. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Məhkəmə ilk öncə baxılan mübahisəyə düzgün və ədalətli hüquqi qiymət verilməsi üçün müvafiq maddi və prosessual yanaşmanı labüd hesab edir və irəli sürülmüş tələblərin əsaslı sübut baxımından təsdiq edilib-edilməməsini tədqiq edərkən onları müvafiq halları ilə mərhələli şəkildə qiymətləndirməyi zəruri bilir.
1. Tələbin mübahisəli evin alqı-satqısına iddiaçılar tərəfindən verilmiş 16.000 manat hissəsinə münasibətdə İddiaçı tərəf mübahisəli evin alqı-satqısında ödənilən məbləğin təxminən yarısını verdiyini iddia edir, lakin bunu təsdiq edən hər hansı yazılı və əsaslı sübutu məhkəməyə təqdim edə bilmir. Cavabdeh evi özünün yığdığı pul vəsaiti hesabına aldığını bildirir və buna dair aylıq məvacibini göstərən arayışı, keçmiş ərindən hər iki uşağı üçün verilən alimentin müəyyən edilməsi dair qətnaməni təqdim etməklə, evin alınmasına kifayət edən qədər maddi ehtiyata malik olduğunu bildirir. Məhkəmə mübahisəli evin alınmasını təsdiq edən müqaviləni, mülkiyyətə verilməsinə dair çıxarışı, tərəflərin izahatlarını tədqiq edir və hesab edir ki, evin həqiqi alıcısının və real olaraq alqı-satqı zamanı verilən məbləğin tərəflər arasında şərikli olaraq verilməsinin iddiaçı tərəfindən mübahisələndirilməsinin heç bir tutarlı əsasa söykənmədiyi səbəbindən cavabdehin evin tam hüquqlu alıcısı və nəticədə mülkiyyətçisi olmasını təsdiq edilir.
2. Tələbin evin tikilməsi üçün ustalara ödənilmiş 3500 manat hissəsinə münasibətdə Cavabdeh özü də izahatlarında sözügedən evin tikilməsi zamanı iddiaçıların böyük kömək və dəstək göstərdiyini, evin bir çox tikinti işlərinin qardaşı Asif tərəfindən edildiyini bildirir, tək boşanmış qadın olduğundan ustalarla əlaqədə, o cümlədən də tikinti materiallarının alışı zamanı anasının və qardaşının iştirak etməsini etiraf edir. Lakin yenə də xərclənən pul vəsaitinin məhz ona məxsus olmasını, iddiaçıların vasitəsilə müvafiq şəxslərə verilməsini bildirir. İddiaçıların vəsatəti ilə dindirilmiş şahid X3 usta kimi evin tikintisində iştirak etməsini, ona 3500 manat xidmət haqqı verilməsini hər iki tərəf təsdiq edir, şahid pulun ona İddiaçı1 verdiyini bildirir, cavabdeh isə pulun özünə məxsus olmasını və anası vasitəsilə ustaya verilməsini bildirsə də, bunu təsdiq edə bilən heç bir sübutu göstərə bilmir. Bu səbəbdən də məhkəmənin qənaəti belədir ki, göstərilən hallara əsasən tələbin ustalara ödənilmiş 3500 manat hissəsi - sübutetmə yükünün düzgün bölüşdürülməsi və hər bir tərəf öz tələb və etirazlarını sübuta yetirməli olması prinsipindən dolayı əsaslı hesab edilməlidir.
3. Evin tikintisi zamanı alınan inşaat materiallarına xərclənən 17.324 manat pul tələbinə münasibətdə Bu hissədə iddiaçı tərəfi öz tələbini sübuta yetirilməsi üçün bir neçə sayda qaimə faktura adlandırdığı, müxtəlif tikinti materialları və qiymətləri göstərilən qeyd vərəqələrini ödəniş qəbzləri kimi təqdim etmiş, sübut qismində qəbul edilməsini xahiş etmişdir. Göstərilən qəbzlər adi gözlə görünən səviyyədə eyni şəxs tərəfindən yazılması müəyyən olunmuş, ən əsası da qəbzlərin heç birində alınan mağazanın rəsmi rekvizitləri, satıcının möhürü, qaimə faktura kimi qəbul edilməsi üçün tarix və nömrəsi olmamışdır. Cavabdeh göstərilən qəbzləri qəbul etməmiş, iddiaçıların özləri tərəfindən yazıldığını və saxta olmasını bildirmişdır. Göstərilənlərə artıq yuxarıda qeyd olunan hər bir tərəf irəli sürdüyü tələbini sübuta yetirməlidir prinsipindən yanaşaraq iddiaçının bu hissədə tələbinin - sübuta yetirilməməsi səbəbindən təmin olunmasını məqbul hesab etmir. Lakin tədqiq edilən qəbzlərdən “pəncərənin alınması” ilə əlaqədar 1620 manat pulun ödənilməsinə dair qaimə fakturanın mövcudluğunu cavabdeh qəbul etmiş, həmin məbləğdə pəncərə alınmasını etiraf etmiş, lakin pulun öz vəsaiti hesabına ödənildiyini bildirmişdir. Bu səbəbdən məhkəmə cavabdehin etdiyi etirazını təsdiqləyəcək əsasları göstərə bilməməsinə nəzərən tələbi bu hissədə təsdiq edilən hesab edir. O ki, qaldı cavabdehin vəsatəti ilə dindirilmiş şahid Anar Abdullayevin pəncərəyə verilən pulun Cavabdeh tərəfindən ödənilməsinə dair şahid ifadəsinə - məhkəmə cavabdeh və şahidin rəsmi ər-arvad, ailə münasibətində olmasını diqqətə alaraq həmin ifadənin nə dərəcədə həqiqəti əks etdirməsinə skeptik yanaşır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların mübahisəli evin alınmasında şərikli olaraq cavabdehlə bərabər məbləğdə pul vəsaiti qoymaları təsdiq edilməsə də, İddiaçı1 sözügedən evin tikintisində qızı Cavabdeh müəyyən qədər maddi cəhətdən kömək etməsi təsdiq olunur. Məhkəmə həmçinin evin alınması, yenidən əsaslı təmiri zamanı tərəflərin mehriban ailə münasibətində olmalarını, cavabdehə tək uşaqlı ana kimi şəxsi evə sahib olmağında iddiaçıların dəstək olmasının böyük ehtimalının mümkünlüyünü diqqətdən qaçırmır və iddiaçıların ailə üzvü kimi birinin qızı, o birinin bacısı hesab edilən cavabdehə məhz İddiaçı1 tərəfindən edilən və sübuta yetirilən maddi köməkliklərin, yəni xərclənən pulların cavabdehin əsassız varlanması kimi qiymətləndirərək ondan sonuncunun xeyrinə tutulmasını mümkün hesab edir. Belə ki, yuxarıda iş üzrə tətbiq edilməsi göstərilən maddi normanın mənasına görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak, pul, əmlak hüquqları və ya maddi fayda əldə etsin. Əsassız varlanma o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı,əldə edilənləri vermək mümkün olmadıqda onların dəyəri ödənilir. Məhz bu səbəbdən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Şirvan şəhəri, ünvan 1 ünvanda 06 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin inşası zamanı ustaların zəhmət haqqısı kimi ödənilmiş 3500 (üç min beş yüz) manat, evə alınmış pəncərə üçün ödənilmiş 1620 (bir min altı yüz iyirmi) manat pul Cavabdeh İddiaçı1 xeyrinə tutulmalıdır. O ki, qaldı iddianın qalan hissəsi (evin alqı-satqısına iddiaçılar tərəfindən verilmiş 16.000 manat pulun, evin tikinti materiallarının alınması üçün ödənilmiş 15704 manat pul) ziddiyyətli və şübhəli hallara əsaslandığından sübuta yetirilməməsi səbəbindən təmin edilməsi qanunauyğun hesab edilməməlidir. Halbuki, Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Həmçinin Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş 203 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri iddianın təmin edildiyi hissədə cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 71,20 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Şirvan şəhəri, ünvan 1 ünvanda 06 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin inşası zamanı ustaların zəhmət haqqısı kimi ödənilmiş 3500 (üç min beş yüz) manat, evə alınmış pəncərə üçün ödənilmiş 1620 (bir min altı yüz iyirmi) manat pul və 71 (yetmiş bir) manat 0.20 (iyirmi) qəpik rüsumu alınaraq İddiaçı1 verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova