Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-43/2023 06.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək ilə Cavabdeh 8800 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş İddiaçı göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh iddia ərizəsində göstərilən ünavna göndərilmiş, lakin cavabdeh xaricdə olduğu üçün bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməyən tərəflər məhkəməyə gəlmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-43/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-43/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver