Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-434/2023 19.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(032)- 705/2017 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün əvvəli xx.xx.2017-ci ildən başlayaraq, hər bir uşağa görə ayda 100 manat cəmi iki uşağa görə ayda 200 manat sabit pul məbləğində alimentin cavabeh Cavabdeh tutulması dəyişdirilərək artırılmaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə ayda 220 manat olmaqla, cəmi iki uşağa görə ayda 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin nikah Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli 230 saylı qeydlə rəsmiləşdirilmiş, birgə nikahlarından xx.xx.2010-cu ildə X7 və xx.xx.2011-ci ildə X5 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri əsaslı şəkildə kəskinləşdiyidən nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyənləşdirilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(032)-705/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh arasında bağlanılmış və Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2009-cu il tarixli 230 saylı nikah qeydi pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında qalması müəyyən edilmiş və onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün əvvəli 23 yanvar 2017-ci ildən başlayaraq, hər bir uşağa görə ayda 100 manat cəmi iki uşağa görə ayda 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Mediasiya prosesdurunda da cavabdeh alimenti yaşayış minimuna uyğun ödəməkdən imtina etmişdir. Odur ki, məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o məhkəmə tərəfindən təyin edilmiş 200 manat alimenti ödəyir. Həmçinin uşaqlara əlavə maddi köməklik göstərir. Başqa gəlir yeri yoxdur. Bir uşağa 125 manat olmaqla, ümumilkdə 250 manat alimentin ödənilməsinə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 2(032)-705/2017 saylı, 23 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 ilə Cavabdeh arasında Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2009-cu ildə 230 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2010-cu ildə anadan olmuş X4 və xx.xx.2011-ci ildə anadan olmuş X3 anası X6 yanında qalmasının müəyyən olunması, Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2010-cu ildə anadan olmuş X4 və xx.xx.2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşna çatana qədər saxlanması üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləində aliment alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(032)-1789/2018 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şirvan şəhər Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(032)-705/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2010-cu ildə anadan olmuş X4 və xx.xx.2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət nəfinə keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-758/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(032)-1789/2018 nömrəli qətnaməsi ləğv edilərək İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 23 may 2017-ci il tarixli,2(032)-705/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddia tələbi təmin edilməmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə və Ələkbər Bəxtiyar oğlu xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası Cahangirova (İsmiyeva) Aynurə Varis qızıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfaiəsi Nazirliyi X1 Sistemi pensiya haqqında xx.xx.2023-cü il tarixli, ********** nömrəli arayışından görünür ki, X1 Sistemində Cavabdeh pensiyaçı olması barədə məlumat mövcud deyildir. Cavabdeh X2 filialına xx.xx.2023-ce il tarixli müraciətindən görünür ki, o, işaxtaran kimi qeydiyata alınmışdır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə cavabdehin himayəsində digər nikahından azyaşlı uşağının olmasından, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay hər uşağa görə 165 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Şirvan şəhər Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(032)-705/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yekinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər hər uşağa görə 165 manat olmaqla, ümumilikdə 330 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 130 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1560 manat (65x2=130x12=1560) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 35.60 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(032)-705/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 165 (bir yüz altmış beş) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 35.60 (otuz beş manat 60 qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-434/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-434/2023
19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver