Məhkəmə qərarları › İş №2(032)-468/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-468/2023

24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-468/2023 24.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(032)- 2422/2017 saylı qənaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər birinə 100 manat sabit pul məbləğində tutulması müəyyən edilən alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər birinə görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-2422/2017 saylı məhkəmə qətnaməsi ilə xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər bir uşağa 100 manat olmaqla iki uşağa 200 manat miqdarında alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-2422/2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indiki vəziyyətdə xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün yetərli olmadığını, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edilərkən uşaqlarının yaşı az olduğundan həmin vaxt onların tələbatının da hazırkı tələbatından olduqca aşağı olduğunu, uşaqların böyüdükcə geyinməyə, yeməyə və maddi tələbatlarının artrılmasnın zəruri olduğunu, hal-hazırda uşaqların hər ikisinin məktəbdə təhsil aldıqlarını, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-2422/2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin hazırki bazar iqtisadiyyatı şəraitində olduqca azlıq təşkil etdiyini, digər tərəfdən onun heç bir yerdə işləmədiyini və əlavə qazancının olmadığını, əgər əmək fəaliyyəti ilə məşğul olarsa uşaqları nəzarətsiz qalacağını, bunun da daha ağır fəasadlar verə biləcəyini və Cavabdeh maddi durumunun yüksək olduğundan aliment ödəməyə imkanının olduğunu nəzərə alıb Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-2422/2017 saylı məhkəmə qətnaməsi ilə xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay, hər bir uşağa 100 manat olmaqla iki uşağa 200 manat miqdarında alimentin dəyişdirilərək Cavabdeh Gülmırzə oğlundan hər ay hər bir uşağa 220 manat olmaqla iki uşağa 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini istəyir. Aralarında olan mübahisənin mediasiya prosesində həlli ilə əlaqədar müraciət olunsa da, mediasiya prosesində razılıq əldə etməmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin məhkəmə iclasında hazırkı vaxta cavabdehdən tutulacaq alimentin hər uşağa görə 150 manat olmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək etirazında bildirmişdir ki, İddiaçı ilə rəsmi nikah münasibətlərinə girərək evlənmiş, rəsmi nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı 2 uşaqları anadan olmuşdur. Ailə nikah münasibətləri iş üzrə cavabdeh İddiaçı günahı ucbatından dağılmışdır. Şirvan şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-2422/2017 saylı qətnaməsi ilə onların rəsmi nıkahlarından olan xx.xx.2008-ci il təvəllüdlu X5 və xx.xx.2010-cu il təvəlludlu X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay, bir uşağa görə 100 manat, cəmi 200 manat alımentin ondan alınaraq İddiaçı verilməsi qət ediılmişdır. Hal-hazırda həmin qətnamə icra edilərək vaxtı-vaxtında əmək haqqısından tutulur və iş üzrə iddiaçının bank hesabına köçürülür. İş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallarında qeyd etmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. İddiaçı təxminən 4 və ya 5 ildir ki, Şirvan şəhərində yerləşən “OBA MARKET” də satıcı işləyir və aylıq təxmini gəliri 500 manat civarındadır. İş üzrə iddiaçının işləyərək aylıq yaxşı qazanc əldə edir və uşaqlar onun himayəsində olmasına baxmayaraq, uşaqların atası olaraq hər ayda 10 dəfə uşaqları ilə görüşür və onların maddi təlabatlarını əlavə olaraq ödəyir. Onlara əlavə olaraq ayaqqabı, telefon, məktəb ləvazimatlarını və satır əşyalarını alır. Çünki uşaqları ilə görüşərkən onların maddi təlabatları ilə maraqlanmasa və ya onlara lazım olan əşyaları almasa onların arasında olan ünsiyyət bağları qırılacaqdır. Onunda bir ata kimi uşaqları ilə görüşərkən onlara aldığı əşyaları məhkəmə tərəfindən nəzərə alınacaqdır. Əmək haqqısında olan bəzi aylarda stabil əmək haqqından az maaş, bəzi aylarda isə əmək haqqısından çox maaş almışdır. Az maaş aldığı günlərdə iş saatı az olmuş, çox maaş olan hissəsində isə əmək məzuniyyətinə çıxdığı üçün almışdır. 2017-ci ildə insult keçritdiyi üçün səhətində çətinliklər yaranmışdır. Aldığı əmək haqqının çox hissəsini xəstəliyinin müalicəsinə xərcləyir. Ona görə aldığı aylıq əmək haqında iş üzrə iddiaçının tələb etdiyi məbləğ tutulduğu təqdirdə onun müalicə xərcinə əsaslı şəkildə təsir edəcəkdir. Bu da, onu maddi tərəfdən çox çətin əlverişsiz vəziyyətə salacaqdır. xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini nəzərə alıb, iddianı qəbul etdiyi hissədə təmin edilməsinə etirazı olmadığı nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(032)-2422/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı iki nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər birinə 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə, X4 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İİ dərəcəli əlillik statusu verilmişdir. Əlillik müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Qarasu Əməliyyat Şirkətinin 327 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Gülmirzə oğlunun əmək haqqısından hər ay 200 manat məbləğində aliment tutulur. Orta aylıq əmək haqqı 601,42 manat təşkil edir. "xxxx" market MMC-nin İR-323 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən "xxxx" market MMC-də əmək fəaliyyəti göstərir. Halhazırda satıcı-kassir vəzifəsində çalışır. Aylıq əmək haqqısı 390 manat təşkil edir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay, hər uşağa görə 135 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Şirvan şəhər Məhkəməsinin 2(032)-2422/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yekinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər birinə 135 manat, ümumilikdə 270 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 70 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 840 manat (70x12=840) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-2422/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 135 (yüz otuz beş) manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar