Məhkəmə qərarları › İş №2(032)-499/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-499/2024

06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-499/2024 06.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)- 1353/2023 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində alimentin ona verilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə faktki nikaha girməklə ailə həyatı qurmuşdur. Faktiki nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Ömər adlı bir uşaqları doğulmuşdur. Sonradan cavabdehlə münasibətləri pozulduğundan xx.xx.2019-cu ildə ayrılmışlar. Cavabdeh faktiki nikahdan doğulmuş uşağa öz soyadını vermədiyindən atalığın müəyyən edilməsi və aliment tələbi ilə Şirvan Şəhər Məhkəməsində iddia qaldırmışdır. Həmin məhkəmənin 29 avqust 2019-cu il tarixli, 2(032)-1234/2019 saylı qətnaməsinə əsasən cavabdehlə faktiki nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Ömər adlı uşağının atasının Cavabdeh olduğu müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sonradan Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu tarixli atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilərək uşağın doğum haqqında şəhadətnaməsində X2 qeyd edilmişdir. Hazırda Şirvan Şəhər Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(032)-1234/2019 saylı qətnaməsi ilə faktiki nikahdan doğulmuş uşağın saxlanılması üçün Cavabdeh 130 manat məbləğində alimenti güc-bəla ilə hissə-hissə də olsa alır. Aldığı 130 manat sabit pul məbləğində olan aliment uşağın saxlanılması üçün yetərli deyil. Bundan əlavə, uşaq dil qüsurludur və loqoped tərəfindən müalicə olunur. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edilərkən uşağın yaşı az olduğundan həmin vaxt onun geyimə, yeməyə olan tələbatı da hal-hazırkı tələbatından olduqca aşağı olmuşdur. Çünki uşaq böyüdükcə onun geyimə, yeməyə və qayğıya olan tələbatları da artmışdır. Bu hal uşağın maddi təminatının artırılmasını zəruri edir. Habelə 130 manat məbləğində aliment hazırkı bazar iqtisadiyyatı şəraitində azlıq təşkil edir. Digər tərəfdən, özü heç bir yerdə işləmir və əlavə qazancı yoxdur. Eyni zamanda yaxın qohumlarından hər hansı bir şəxs tərəfindən ona maddi yardım gostərilmir. Belə bir vəziyyətdə cavabdeh uşağın saxlanılması və əlavə xərclərlə bağlı heç bir maddi yardım göstərmir. Belə olan halda uşağın saxlanılmasını təkbaşına həyata keçirən ana olaraq onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaq və digər ehtiyaclarını ödəməkdə ciddi çətinliklə üzləşir. Cavabdehin hazırda maddi yardımı yüksəkdir. Daha sonra həmin aliment uşaqların maddi tələbatını ödəmədiyi üçün o, məcburiyyət qarşısında qalıb aidiyyəti üzrə alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 1353/2023 saylı qətnaməsi ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 165 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnaməsi qismən təmin edilmişdir. İş üzrə Cavabdeh bir uşağa ödədiyi 165 manat aliment uşağın maddi təlabatına hal-hazrda çatmır. Ona görə ki, ölkədə gedən iqtisadi inkişaf və hər gün uşaqların maddi tələbatları artdığı üçün o iş üzrə Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, Bakı şəhərində “Meyvəli bazar”da işləyir, günlük 20-25 manat olmaqla gəlir əldə edir. Hazırda evlidir, kirayədə yaşayır və ikinci evliliyindən 4 yaşlı qızı var. 2023-cü ildə qətnamə çıxarılandan sonra onun əmlak və gəlirlərində hər hansı dəyişiklik olmamışdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan; Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 353776 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu ildə Şirvan şəhərində anadan olmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 640 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 366919 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu ildə vətəndaş İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atağın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 128 nömrə ilə qeyd edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-1353/2023 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1234/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 165 manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024-00125 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cu il tarixli 1319 nömrəli məlumatdan görünür ki, xx.xx.2019cu il təvəllüdlü X6 F84.0 uşaq autizmi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarı yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Qeyd edilməlidir ki, hazırkı iş üzrə İddiaçı Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(032)-1353/2023 saylı qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonrakı ötən müddət ərzində ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə də, ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri sübut etmə yükü məhz İddiaçı üzərinə düşür. Onun tərəfindən tələbini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması ilə bağlı iddiaçının tələbi zahirən qanuna uyğun təəssürat yaratsa da, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunu və təyinatına cavab verən kimi qəbul oluna bilməz. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş Cavabdeh saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla dəyişdirilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanları, habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmaması halını nəzərə alıb hesab edir ki, iddia qismən təmin olunaraq Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-1353/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş Cavabdeh yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə diqqətə çatdırır ki, iddiaçı ərizəsində göstərir ki, uşaq dil qüsurludur və loqoped tərəfindən müalicə olunur, habelə cavabdeh əlavə xərclərlə bağlı heç bir maddi yardım göstərmir. Bu baxımdan, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında göstərilir ki, “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsi əsasları müəyyən edilmiş, onun ağır xəstə və ya əlilliyi müəyyən edilmiş uşaqlara görə tutulması göstərilmişdir. Lakin hazırkı iddia tələbi əlavə xərclərin tutulması barədə yox, alimentin artırılması haqqındadır. Habelə MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (180-130=50 manat, 50 x 12 = 600 manat) 1000 manatadək olduğundan, cavabdehdən 30 manat dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-1353/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar