Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-509/2025 26.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şirvan şəhər sakinləri kimi tanıyırdı. Digər Cavabdeh3 xx.xx.2024-cü il tarixdə avtomobil alarkən tanımışdır. xx.xx.2024-cü il tarixdə avtomobil almaq üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1la birlikdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən maşın bazarına getdilər. Həmin vaxt bazarda **-XA-*** dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobili görmüşlər. Avtomobildən anlayışı olmadığı üçün onunla birlikdə gedən Cavabdeh2 və Cavabdeh1 avtomobilə baxdıqdan sonra bildirdilər ki, avtomobil əla vəziyyətdədir və avtomibili almağı məsləhət bildilər. Avtomobilin satıcısı digər Cavabdeh3 idi. Cavabdeh3 ona bildirdi ki, avtomobili guya ona lizinq yolu ilə satacaq və ilkin ödəniş olaraq 5.000 (beş min) manat ödəməli, hər ay isǝ 420 manat ödəməlidir. Lizinq müddəti 36 aydır. Lakin onunla heç bir yazılı müqavilə bağlamamışdır. Həmin gün 4880 manat pulu Cavabdeh3 məxsus bank kartına atmışdır. Qalan 120 manat pulu isə Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə əlbəǝl olaraq Cavabdeh3 vermişdir. Avtomobili aldıqdan bir neçə gün sonra avtomobili idarə edərkən avtomobildə nasazlıq olduğunu aşkar etmişdir. Dərhal Cavabdeh3 zəng edərək avtmobilin yararsız vəziyyətdə olduğunu və avtomobili qaytarmaq istədiyini bildirmişdir. O, isə maşını Ceyhun adlı şəxsə (lizinq verən şəxs) təhvil verdiyini bildirdi. Ceyhun adlı şəxslə əlaqə saxladıqda isə ona bildirdi ki, pulu Tərlandan və onunla birlikdə avtomobil alan şəxslərdən tələb etsin. Bir neçə gün təkid etdikdən sonra 17 noyabr 2024-cü il tarixdə Ceyhun adlı şəxs yaşadığı Şirvan şəhərinə gələrək **-XA-*** dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobili ondan təhvil aldı və ona cəmi 2.000 manat pul qaytardı. Qalan 3.000 manat pulu Cavabdeh3 və digər cavabdehlərdən tələb etsə də, müraciətləri cavabsız qalmışdır. İddiaçı hazırki məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq bunun səbəbi barəsində heç bir məlumat verməmiş, məhkəmə iclasına gəlməmiş və hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdeh1 məhkəmənin hazırlıq iclası zamanı bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, İddiaçı xahişi ilə Cavabdeh2 ilə birlikdə Bakı şəhərinə avtomobillərin satıldığı bazara getmişdir. Cavabdeh2 və onun məsləhəti ilə "Chevrolet Cruze" markalı İddiaçı almışdır. Hətta onların yanında İddiaçı Cavabdeh3 hesabına 4880 manat məbləğində pul göndərmiş və 120 manat pulu isə onların yanında Cavabdeh3 vermişdir. Daha sonra isə İddiaçı və Cavabdeh3 arasında hansı danışıqlar və sənədləşmə işləri olmuşdursa onlardan məlumatı olmamışdır. Həmin gün bazar günü olduğundan sənədləşmə işlərində iştirak etməmişdir. Cavabdeh2 məhkəmənin hazırlıq iclası zamanı bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh1 bildirdiyi kimi onlar İddiaçı xahişi ilə birlikdə maşın bazarında gedərək Bakı şəhərində İddiaçı maşın almasında ona yardım etmişlər. Beləliklə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən avtomobil bazardında Cavabdeh3 satdığı "Chevrolet Cruze" markalı avtomobili bəyənmişlər və Gülnar Abıyev həmin avtomobili almaq üçün Cavabdeh3 bank kartına 4880 manat pul göndərmiş və onların yanında əlavə olaraq Cavabdeh3 120 manat mıəbləğində pul vermişdir. Daha sonra isə əlavə ödənişlər və sənədləşmə Tərlanla Gülnar arasında olmuşdur ki, həmin məsələlərdən xəbərsizdir. Cavabdeh3 dəfələrlə məhkəmə iclasına çağırılmış olsa da, iclaslarda iştirak etməkdən yayınmış və məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh3 məxsus karta 4880 manat məbləğində ödəniş edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, ** XA *** nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobil X1 mülkiyyətində olmaqla, xx.xx.2024-cü il tarixdə X2 və İddiaçı etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (AR MM) 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (AR MM) 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. (AR MM) Məhkəmə işin hallarını, tərəflərin izahatlarını və təqdim olunmuş sübutları hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında avtomobilin alınması ilə bağlı yazılı müqavilə bağlanmamış, lakin İddiaçı tərəfindən Cavabdeh3 bank hesabına 4880 manat, əlavə olaraq 120 manat isə nağd şəkildə ümumilikdə 5000 manat məbləğində ödəniş edilmişdir. Sonradan nasazlıq səbəbindən avtomobil geri qaytarılmış, lakin cavabdeh tərəfindən yalnız 2000 manat geri qaytarılmış, 3000 manat isə qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə əsasən, hüquqi əsas olmadan başqasının əmlakını əldə edən şəxs əsassız varlanmış hesab edilir. Hazırkı halda Cavabdeh3 tərəfindən 3000 manat məbləğində pul vəsaitinin qaytarılmaması onun əsassız varlanması halı kimi qiymətləndirilməlidir. Həmçinin Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün verilməyən, lakin gözlənilən məqsədə uyğun olmayan halda verilmiş vəsait geri qaytarılmalıdır. Beləliklə, Cavabdeh3 tərəfindən 3000 manat məbləğində pul vəsaiti hüquqi əsas olmadan əldə olunduğundan, iddiaçının tələb etdiyi məbləğ əsassız varlanma tərkibli öhdəlik əsasında təmin olunmalıdır. Bundan başqa pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınması hissəsinə məhkəmə bildirir ki, İddiaçı avtomobili Cavabdeh3 almış və ödənişi də sonuncuya edilmişdir. Qeyd olunan xüsusat iddiaçının izahatında öz təsdiqini tapan cavabdehlərin izahatları ilə təsdiq olunmuşdur. Beləliklə İddiaçı qarşısında Cavabdeh1 və Cavabdeh2 hər hansı öhdəliyi müəyyən edilməmişdir. Odur ki, iddianin Cavabdeh1 və Cavabdeh2 qarşı olan hissəsində tələb rədd edilməlidir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 3000 manat pul Cavabdeh3 alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 50 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh3 alınaraq İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 3000 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-509/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-509/2025
26.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver