Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-519/2024 06.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 700 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2023-cü il tarixdə yazılı formada bağlanılan borc müqaviləsi əsasında 1000 (min) manat məbləğində pul vəsaitinin borc qismində ona verilməsi nəzərdə tutulmuş, sonuncu razılaşdırılmış qaydada borcu qəbul edərək müəyyən edilən şərtlərlə müqaviləni icra edəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh götürdüyü öhdəliklərini üzrsüz səbəblərdən lazımınca icra etməmiş və bu da müqavilə şərtlərinin onun tərəfindən pozulmasına səbəb olmuşdur. Qalıq borc məbləğinin borclu tərəfindən ödənilməsinə və ödənilmədiyi təqdirdə onun məsuliyyət məsələsinin izahına dair göndərilmiş xəbərdarlıq məktubuna isə qarşı tərəfdən reaksiya verilməmiş, beləcə, mübahisənin məhkəməyədək həll yolları effektsiz qalmış və tərəfindən müqavilədən imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edərək bildirdi ki, iddianın təmin edilməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, iddiaçı işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan iddiası qiyabi qətnamə ilə təmin edilməlidir. Belə ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə bir qənaətə gəlir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. İş materiallarında olan : xx.xx.2023-cü il tarixli borc müqaviləsindən və borc müqaviləsi üzrə ödəniş görünür ki, Cavabdeh İddiaçı 01 sentyabr 2023-cü il tarixdə 1000 (bir min) manat borc pulu 5 ay müddətinə qaytarmaq şərti ilə götürməsini imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 300 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən borclu Cavabdeh kredit xətti müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli, **********819 saylı qəbzdən görünür ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu Şirvan şəhər Məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, bu hissədə tədqiq edilmiş sübutlardan tərəflər arasında borc münasibətlərinin olması tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsi ilə təsdiq olunur. xx.xx.2023-cü il tarixli borc müqaviləsinin predmeti 700 (yeddi yüz) manatdır. Borcun xx.xx.2024-cü il tarixədək qaytarılmasını cavabdeh üzərinə öhdəlik götürmüşdür. Müqavilədə borcun faizlərlə verilməsi şərti qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə üzrə aldığı 700 (yeddi yüz) manat məbləğində pulu müəyyən edilmiş müddətdə qaytarmaq öhdəliyini yerinə yetirmədiyindən və borcun qaytarılması barədə İddiaçı tələbi olduğundan, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia təmin olunmalıdır . Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumu 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul , ödənilmiş dövlət rüsumu 30 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-252-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 01 sentyabr 2023-cü il tarixli borc müqaviləsi üzrə 700 (yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Şirvan şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-519/2024
Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(032)-519/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver