Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-53/2023 16.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilmiş 6497 manat pulun, icranı gecikdirdiyinə görə 974 manat 55 qəpik faiz borcu olmaqla, cəmi 7471 manat 55 qəpik borcun və 95 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyində məsul vəzifədə çalışmışdır. Cavabdeh də hərbi qulluqçu kimi Müdafiə Nazirliyin tabeliyində çalışmış, leytenant rütbəsində olmuşdur. Bir gün cavabdeh ona müraciət edərək ailəsində problemlərin yaranması, maddi sıxıntılarının olması və bankdan kredit götürməsi üçün ona zamin durmasını xahiş etmişdir. Cavabdeh də bir gənc oğlan kimi onun səmimiyyətinə inanmış, zamin durmağa qərar vermişdir. Düşündüm cavabdeh də onun kimi hərbi qulluqçu olduğundan, əmək haqqı Kapital Bankdan alındığından və əmək haqqı olduğundan borcun ödəməsində hər hansı bir problem yaranmamışdır. Bu baxımdan onun borcunun icra edilməsinə zamin durmuşdur. xx.xx.2014cü il tarixdə borclu cavabdeh olan Cavabdeh ilə Kapiral Bank ASC-nin 1 saylı Binəqədi filialı ilə 10000 manat kreditin götürülməsinə eyni tarixdə üç tərəfli kreditor, borclu və zamin arasında müqavilə bağlanmışdır. Lakin çox keçməmişdir ki, cavabdeh xidmətində yol verdiyi nöqsanlara görə xidmətdən xaric edilmişdir. Bundan sonra cavabdeh borcun ödəməsindən yayınmağa başlamış, o zamin durduğundan kreditor bank hər dəfə onun əmək haqqından tutulmalar aparmışdır. O əmək haqqından tutulmaların səbəbini soruşduqda bankdan ona məhkəmə qərarı olmadan əmək haqqından tutulmaların aparılmasını qanunauyğun olması izah edilmişdir. Borclunun öhdəliyinin icra etməməsinə görə hər ay əsas borc, faiz borcu eləcə də gecikdirilən günlərə görə faiz məbləğ də onun əmək haqqından tutulmuşdur. Cavabdehin məsuliyyətsiz hərəkətlərinə görə o məcbur olub borclunun öhdəliyinin tam bağlanması üçün xx.xx.2017-ci il tarixdə bankla kredit müqaviləsi bağlayaraq götürdüyü kredit məbləğin elə həmin tarixdə bir dəfəlik öz adından və vəsaitindən birbaşa banka qalan bütöv yerdə qalan borcu 4589 manat 90 qəpik ödəməklə krediti tam bağlamışdır. Cavabdehin hərəkətlərinə görə o əlavə bankla öhdəlik münasibətlərinə daxil olmuş, əmək haqqından həmin öhdəliyi icra etməli olmuşdur. Beləliklə, cavabdehin (borclunun) öhdəsinə götürdüyü öhdəliyi etmədiyindən həm əmək haqqından tutulmalar olmuş, həm də nağd formasında borcu bütövlükdə bağlaması üçün bankla əlavə öhdəlik münasibətlərinə daxil olmağa məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o İddiaçı tanıyır. Təxminən 2013-2014-cü illərdə "xxxx"ASC-dən İddiaçı ilə birlikdə 10000 (on min) manat məbləğində kredit götürmüşlər. Həmin pulu aralarında 5000 (beş min) manat olmaqla bölmüşlər. O üzərinə düşən 5000( beş min) manat məbləğinə dair borcu hələ hərbi hissədə xidmətdə olarkən bağlamışdır. Daha sonra o işdən çıxmış, 2016-cı ildə Türkiyə Respublikasına getmişdir. Hesab edir ki, onun İddiaçı borcu yoxdur. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 27 iyun 2014-cü il tarixli, 115GTUM141780015 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx"ASC-nin 1 saylı Binəqədi filialından 10000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 27 iyun 2014-cü il tarixli, 115GTUM141780015 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı 27 iyun 2014-cü il tarixli, 115GTUM141780015 saylı kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öhdəliyin tamamilə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx"ASC-nin 06 dekabr 2022-ci il tarixli, 135000/10346 saylı (kredit müqaviləsi üzrə ödəniş) məlumat məktubundan görünür ki, "xxxx"ASC ilə Cavabdeh arasında 27 iyun 2014-cü il tarixli, 115GTUM141780015 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsi üzrə zamin İddiaçı tərəfindən 24 oktyabr 2017-ci il tarixinə kimi kredit borcu üzrə 4616 manat 04 qəpik ödəniş edilmişdir. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus VSDC Electron Salary növlü, 416974******0769 nömrəli kartdan xx.xx.2014-xx.xx.2017-ci illərdə 24087 manat 89 qəpik məxaric olunmuş, 24086 manat 21 qəpik mədaxil olunmuşdur. İş materiallarında olan "xxxx"ASC-nin 02 mart 2023-cü il tarixli məktubuna əlavə edilmiş ödəniş kartı üzrə xx.xx.2014-xx.xx.2017-ci illər üzrə dövrə dair çıxarışdan görünür ki, İddiaçı məxsus VSDC Electron Salary növlü, 416974******0769 nömrəli kartdan xx.xx.2016-cı ildə 648 manat 85 qəpik, xx.xx.2016-cı ildə 826 manat 79 qəpik, xx.xx.2016ci ildə 2 manat 19 qəpik, xx.xx.2016-cı il tarixdə 246 manat 89 qəpik, xx.xx.2016-cı il tarixdə 2 manat 08 qəpik,xx.xx.2016-cı il tarixdə 1 manat 87 qəpik məbləğində kredit borcu üzrə silinmə olmuşdur. İş materiallarında olan "xxxx"ASC-nin 02 mart 2023-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2017-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı 4589 manat 90 qəpik məbləğində pulu nağd ödəmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2016-cı ildə 648 manat 85 qəpik, xx.xx.2016-cı ildə 826 manat 79 qəpik, xx.xx.2016-ci ildə 2 manat 19 qəpik, xx.xx.2016-cı il tarixdə 246 manat 89 qəpik, xx.xx.2016-cı il tarixdə 2 manat 08 qəpik,xx.xx.2016-cı il tarixdə 1 manat 87 qəpik, xx.xx.2017-ci il tarixdə isə 4589 manat 90 qəpik, cəmi 6318 manat 57 qəpik məbləğində pul ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə çatdırır ki,hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğundan, tərəflərin üzərinə ayrı-ayrılıqda istinad etdikləri halları sübutetmə yükü düşmüşdür. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı zamin qismində 27 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrası üçün 6497 manat məbləğində pulun ödənilməsi təqdim edilmiş sübutlarla tam hissədə təsdiq olunmadığından, iddia yalnız 6318 manat 57 qəpik hissədə, yəni sübut edildiyi hissədə təmin edilməlidir. İddianın qalan hissəsi də məhkəmə hesab edir ki,təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki,bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına görə kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı belə bir nəticəyə gəlməyə əsas verir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmaqla borcu, faizləri və maliyyə sanksiyasını ödəməyən və həmin vəsaitdən faydalanan, yəni gəlir, artım, bəhər və ya xeyir götürən şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1,445.7-ci maddələrinə əsasən məsuliyyətə cəlb edilə bilər. Lakin cavabdehin məhkəmənin qət edəcəyi məbləği vaxtında ödəməyəcəyini və ondan faydalanacağını güman etməyə hazırda heç bir əsas olmadığından, iddianın bu hissəsi əsassız olduğuna görə təmin olunmamalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 95 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 95 manat alınaraq İddiaçı verilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6318 manat 57 qəpik manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 95 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN:ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-53/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-53/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver