Məhkəmə qərarları › İş №2(032)-547/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-547/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-547/2024 18.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6000 manat məbləğində pul vəsaitinin və 80 manat 40 qəpik məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. 22 noyabr 2020-ci il tarixdə Cavabdeh ona müraciət edərək ondan 1000 manat, 23 may 2022-ci il tarixdə isə 5000 manat pul almışdır. Ondan pulları alması barədə müvafiq qəbzlər də yazmışdır. Cavabdeh ondan aldığı 6000 manat borcu tez bir zamanda qaytaracağını bildirsə də, borcunu bu günə qədər qaytarmamışdır. Cavabdehin ona olan 6000 manat borcunu qaytarmaması səbəbindən o, hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etmədi izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, 2020-ci il tarixdə İddiaçı 300 manat pul almış, lakin 1000 manat almasına dair qəbzə imza etdirmişdir. O, bildirdi ki, əgər həmin pulu 2020-ci ildə ödəməyibsə, onda yenidən ona 5000 manat pulu niyə borc qismində verilib. İddiaçının ona pulu borc qismində deyil, faizlə verdiyini, faizlə verilən zaman isə həmişə alınan məbləğ deyil, artıq məbləğ yazıldığını bildirdi. Daha sonra 800 (səkkiz yüz) manat pul almış, yenə lakin 5000 (beş min) manat almasına qəbzə imza etdirmişdir. Onun iddiaçıya borcu yoxdur, o, həm təqaüd kartı və həm də şəhid ailəsi olmasına görə ona verilən kartları iddiaçıya vermiş, borcu həmin kartdan aylıq iddiaçı əldə edib götürmüşdür. İddiaçı ona olan borcdan artığını kartlardan aylıq götürdüyünə görə 2023-cü ilin 10 yanvar tarixində kartı bağlatdırmışdır. Hazırda iddiaçı ondan haqsız yerə pul tələb edir, onun iddiaçıya borcu yoxdur, ona olan borcunu ödəmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə bir qənaətə gəlir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. İş materiallarında olan sadə yazılı formada tərtib edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh oğlu İddiaçı 1000 manat məbləğində pul götürməsini qeyd etmişdir. Qəbzi Cavabdeh imzalamışdır. İşdə olan sadə yazılı formada tərtib edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh oğlu İddiaçı 5000 (beş min) manat məbləğində pul götürməsini qeyd etmişdir. Qəbzi Cavabdeh imzalamışdır. İşdə olan "xxxx" ASC-nin 15 may 2024-cü il tarixli 2024/111/13025 saylı məktubundan görünür ki, “məktubunuza əlavə olunmuş qərarda qeyd olunan 676867******2329 və 6768677******558121 nömrəli plastik kartlar Cavabdeh istifadəsindədir. Plastik kart hesablarından sorğu olunan dövrdə nağdlaşdırma əməliyyatlarına dair məlumatlar məktuba əlavə olunur. Məlumat üçün bildiririk ki, sorğu olunan dövrdə bankomatla aparılmış əməliyyatlara dair görüntülərin saxlanma müddəti bitdiyindən görüntülərin təqdim olunması mümkün deyil. ” Cavabdeh etiraz ərizəsindən görünür ki, o, 2018-ci ildə ilk dəfə İddiaçı 300 manat faizlə borc pul almışdır. Qeyd edilən pulu qısa müddətdə İddiaçı qaytarmışdır. Faizlə pul götürdüyü zaman girov olaraq şəhid anası olduğu üçün ona verilən təqaüd kartını İddiaçı vermişdir. Sonrakı müddətlərdə İddiaçı 300 manat və 800 manat faizə pul almışdır. İkinci dəfə 300 manat pulu 22 noyabr 2020-ci ildə almışdır. Həmin vaxt İddiaçı ona 1000 manat pul almağı barədə qəbz yazdırmışdır. 23 may 2022-ci il tarixdə isə 800 manat pul aldıqda isə İddiaçı ona 5000 manat pul almağı barədə qəbz yazdırmışdır. Ona şəhid anası kimi ödənilən prezident təqaüdü kartı 2018-ci ildən 2022-ci ilin 23 dekabr tarixinə qədər İddiaçı olmuş və ona ödənilən 500 manat təqaüdü İddiaçı tam şəkildə özü almışdır. Hal-hazırda onun İddiaçı heç bir borcu yoxdur. Əksinə İddiaçı ona verdiyi 1400 manat pulun müqabilində qeyd edilən məbləğdən 5 dəfə artıq pulu ona məxsus kartdan çıxararaq borc pulun əvəzində mənimsəmişdir. Cavabdeh Şirvan şəhər prokurorluğuna müraciəti əsasında prokurorluqda verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Şirvan şəhər prokurorluğuna daxil olmuş olmuş ərizəni özü yazmışdır. 2020-ci ildə Şirvan şəhər sakini İddiaçı aylıq 30-40 faizlə 300 manat pul götürmüşdür. Lakin Fatma ona sənədə 300 manatın yerinə 1000 manat pul verdiyini yazdırmışdır. O da ehtiyacı olduğu üçün məcbur qalıb sənədə imza çəkmişdir. Pulu götürdüyü zaman ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sənədlərini, özünə məxsus olan 583 əyyar, 7.7 qram qızıl sırğa-üzük dəstini də Fatmaya vermişdir . Çünki Fatma özü ona demişdir ki, girov qismində ona hər hansı bir şey verməlidir. 2020-ci ilin dekabr ayında özünün pensiya kartını və şəhid oğlu Hafiz Əliyevin şəhidlik kartını da Fatmaya vermişdir ki, 300 manat pul və faizini həmin kartdan çıxsın. Pensiya kartına 230 manat, şəhidlik kartına 400 manat pul yüklənmişdir. Şəhidlik kartından 270 manatını bank çıxırmışdır. Qalanını Fatma götürmüşdür. 2022-ci ilin may ayında ona yenidən pul lazım olduğu üçün Fatmadan aylıq 30 faizlə 800 manat pul götürmüşdür. Fatma yenə də kağıza 800 manatın yerinə ona 5000 manat pul yazdırmışdır. Onun da pula ehtiyacı olduğu üçün həmin kağıza imza çəkmişdir. 2022-ci ilin dekabr ayının sonlarında o, kartı bağlatdırmışdır. Çünki 2020-ci dekabr ayından 2022-ci ilin dekabr ayına qədər Fatmaya faizi ilə birlikdə 6000 manat pul qaytarmalı idi. Fatma da 2 il ərzində kartından hər ay 360 manat pul çıxarmışdır. 2 il ərzində Fatmanın kartından çıxardığı pul ümumilikdə təxminən 8640 manat etmişdir. 2022 ildə hətta şəhidlik pulu 100 manat da artaraq 500 manat olmuşdur. Ona görə də Fatma onun kartından 8640 manatdan da çox pul çıxarmışdır. Kartını bağlatdıqdan sonra Fatmanın qızları onunla dava etmişdir. Guya ki, o, Fatmaya borcunu qaytarmamışdır. Daha sonra Fatma ona zəng, etmişdir ki, “sən qızlarıma fikir vermə, bu işi sən bilərsən mən bilərəm, bu işi özümüz bilərik.” Bir il müddətində, yəni 2023-cü ildə nə Fatma, nə də ki, qızları onu narahat etməmişdir. 2024-cü ildə Şirvan Şəhər Məhkəməsindən ona bildiriş gəlmişdir ki, Fatmanın adından qızı Nəzakət onun barəsində şikayət vermişdir. Onun verdiyi şikayət tamamilə əsasızdır. Çünki onun Fatmaya borcu qalsaydı, onu 2023-cü ildə şikayət edərdi. İşdə olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən Hökümət ödəniş portalı vasitəsi ilə 80 manat məbləğdə dövlət rüsumu Şirvan Şəhər Məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, MM-in 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, bu hissədə tədqiq edilmiş sübutlardan tərəflər arasında borc münasibətlərinin olması Cavabdeh tərəfindən imzalanmış 22 noyabr 2020-ci il tarixli və 23 may 2022-ci il tarixli əlyazmaları ilə təsdiq olunur. 22 noyabr 2020-ci il tarixli borc müqaviləsinin predmeti 1000 (min) manat və 23 may 2022-ci il tarixli borc müqaviləsinin predmeti 5000 (beş min) manatdır. Müqavilədə borcun faizlərlə verilməsi şərti qeyd olunmamışdır. Həmçinin cavabdeh izahatında iddiaçıdan borc qismində 1000 (min) manat məbləğində deyil 300 (yüz) manat və 5000 (beş min) manat məbləğində deyil 800 (səkkiz yüz) manat məbləğində pul aldığını, qəbzdə müvafiq olaraq 1000 (min) manat və 5000 (beş min) manat məbləğində pulu almasının qeyd edilməsini və borc qismində aldığı pulları onun pensiya və təqaüd kartını iddiaçıya verməklə qaytardığını qeyd etsə də, istinad etdiyi halın təsdiqi kimi hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və bununla da istinad etdiyi halı sübut edə bilməmişdir. Ona görə də, məhkəmə cavabdehin istinad etdiyi bu halı nəzərə almamış və qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, Cavabdeh 22 noyabr 2020-ci il tarixli 23 may 2022-ci il tarixli borc müqaviləsi üzrə aldığı 1000 (min) manat və 23 may 2022ci il tarixli borc müqaviləsi üzrə aldığı 5000 (beş min) manat məbləğində pulu müəyyən edilmiş müddətdə qaytarmaq öhdəliyini yerinə yetirmədiyindən və borcun qaytarılması barədə İddiaçı tələbi olduğundan, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1000 (min) manat və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5000 ( beş min) manat, ümumlikdə 6000 (altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, bununla da iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumu 80 (səksən) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1000 (min) manat və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5000 (beş min) manat, ümumlikdə 6000 (altı min) manat məbləğində, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1000 (min) manat və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5000 (beş min) manat, ümumlikdə 6000 (altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar