Məhkəmə qərarları › İş №2(032)-56/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-56/2023

14.04.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-56/2023 14.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri, H.Əliyev küçəsi 48A saylı evin 24 nömrəli mənzili, yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Heydər Əliyev prospekti 253, M2, m2 saylı mənzildəki onun 1/6, Cavabdeh 5/6 hissədə payının naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri, H.Əliyev küçəsi 48A saylı evin 24 nömrəli mənzili, yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Heydər Əliyev prospekti 253, M2, m2 saylı mənzildəki onun 1/6, Cavabdeh 5/6 hissədə payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırarkən hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müvafiq mediasiya sessiyasından keçmədiyindən iddia baxılmamış saxlanılmalıdır. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Bundan əlavə iş üzrə xx.xx.2022-ci il tarixli, 2(032)-1672/2022 saylı müvafiq məhkəmə qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, 10/7738 nömrəli ekspert rəyi üzrə tədqiqatın dəyəri 50 (əlli) manat olmuşdur. Odur ki, İddiaçı iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri, H.Əliyev küçəsi 48A saylı evin 24 nömrəli mənzili, yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Heydər Əliyev prospekti 253, M2, m2 saylı mənzildəki onun 1/6, Cavabdeh 5/6 hissədə payının naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu ( qəbzin nömrəsi 9********) İddiaçı qaytarılsın. İddiaçı iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar