Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-560/2024 15.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı böyük icra məmuru (probasiya üzrə) X1 , Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2277 (iki min iki yüz yetmiş yeddi ) manat 40 (qırx) qəpik pulun alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Şirvan şəhər məhkəməsinin 1(032)-301/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhər Məhkəməsinin 1(032)-301/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh bir ədəd “Attenti” markalı 078CE22726 seriya nömrəli sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı 35654753 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerii toplayıcısı tətbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Həmçinin Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokola məhkum və icra məmuru probasiya üzrə əməkdaşı tərəfindən imza edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh təyin edilmiş cəza müddəti başa çatdığı üçün ona tətbiq edilmiş elektron nəzarət vasitəsi açılaraq götürülmüşdur. xx.xx.2023-cü il tarixdə "xxxx" QSCnin mühəndisi Eldar Qurbanov tərəfindən məhkum Cavabdeh götürülmüş elektron nəzarət vasitələrinin yoxlanması zamanı “Attenti” markalı mobil nəzarət qurğusunu yararsız hala salındığı müəyyən edilmişdir. Belə olan halda hesab edirik ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı böyük icra məmuru (probasiya üzrə) X2 iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, belə ki, elektron nəzarət vasitəsinə onun tərəfindən ziyan vurulmağı heç bir sübut yoxdur, o həmin elektron nəzarət vasitəsini icra və probasiya şöbəsinə işlək vəziyyətdə təhvil verilmişdir. Onun tərəfindən elektron nəzarət vasitəsinə yapışdırıcı vurulmamışdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 1(032)-301/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının əvvəli yaşadığı yer üzrə İddiaçındə qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Cavabdeh qeydiyyatda olduğu yer üzrə İddiaçınə həvalə edilməsi, üzərinə yaşayış yeri olan Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi F.Quliyev küçəsi, 59 saylı evi hər gün saat 23.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən İddiaçı iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifəsini yerinə yetirmək vəzifələri qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni" qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. xx.xx.2023-cü il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən görünür ki, məhkum Cavabdeh 1 ədəd “attenti” markalı 35654753 saylı, 1 ədəd mobil qurğu, 1 ədəd 078CE22726 saylı elektron qolbaq və 1 ədəd enerji doldurmaq üçün adaptor tam işlək vəziyyətdə təhvil verilmişdir. Məhkum Cavabdeh məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. ED 000414 saylı elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, seriya nömrəsi 35654753 attentiV6 nobil qurğusuna xx.xx.2023cü il tarixdə texniki baxış keçirilmişdir. Texniki baxışın nəticəsi: plastik qapağa yağıştırıcı vurulub. Yapıştırıcı ana plataya sızılıb və nəticədə toxunma paneli sıradan çıxıb. Təmiri mümkün deyil. İstifadəyə tam yararsız. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, ED-M-96-21 saylı məktubundan görünür ki, Sadə elektron qolbaq -sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası- x1 vasitələrin dəyəri 1930 (bir doqquz yüz otuz) manat, ƏDV 347 (üç yüz qırx yeddi) manat 40 (qırx) qəpik, cəmi 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/982 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş elektron nəzarət qurğusu istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş elektron nəzarət qurğusunum yan, səthlərində rəyin tədqiqi hissəsində təsvir edilən qırılma zədələri vardır. Elektron nəzarət qurğusunun yan səthləri fiziki qüvvənin təsiri nəticəsində bağlanma yerlərindən qırılmışdır. Tədqiqata təqdim edilmiş elektron qolbağın gövdə hissəsinin üzərində istismar xarakterli izlər müşahidə olundu. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarında göstərilən aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir: Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərininhüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Göründüyü kimi iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən sübutlara əsaslanaraq məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı tərəf qismində çıxış edən İddiaçı tərəfindən ona vurulmuş zərərin məhz Cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin təşəbbüsü əsasında təyin edilən ekspert rəyində isə “Elektron nəzarət qurğusunun yan səthləri fiziki qüvvənin təsiri nəticəsində bağlanma yerlərindən qırılmışdır.” qeyd olunsa da, bu təsirin məhz cavabdeh tərəfindən, elektron nəzarət qurğusunun onun istifadəsində olduğu zaman yarandığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Əlavə - “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 8.4-cü bəndinə əsasən elektron nəzarət vasitələri çıxarıldıqda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi onun texniki vəziyyətini yoxlayır və mövcud olan bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər barədə akt tərtib edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Bakı Şirvan şəhər Məhkəməsinin 1(032)-301/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə digər vəzifələrlə yanaşı elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Cavabdeh xx.xx.2023-cü il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokola əsasən 1 ədəd “attenti” markalı 35654753 saylı, 1 ədəd mobil qurğu, 1 ədəd 078CE22726 saylı elektron qolbaq və 1 ədəd enerji doldurmaq üçün adaptor tam işlək vəziyyətdə təhvil verilmiş, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İddia ərizəsinə və məhkəmə iclasında verilmiş izahatlara əsasən müəyyən edilmişdir ki, elektron nəzarət vasitəsi xx.xx.2023-cü il tarixdə məhkuma təyin edilmiş cəza müddəti başa çatdığı üçün ona tətbiq edilmiş elektron nəzarət vasitəsi açılaraq götürülmüşdür. Lakin azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitəsinin çıxarılması zamanı onun texniki vəziyyəti yoxlanması və onda olan nasazlıqlar, xəsarətlər və digər əlamətlərin olmasına dair akt tərtib edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Belə olan halda “Attenti” markalı mobil nəzarət qurğusunun Cavabdeh tərəfindən, onun istifadəsində olan zaman yararsız hala salındığı müəyyən olunmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində “Attenti” markalı mobil nəzarət qurğusunun yararsız hala salınması halı müəyyən olunmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, prosessual hüquq norması sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/982 saylı ekspertizanın aparılmasına dair ekspetiza xərcləri barədə bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 117.2-ci maddəsinə əsasən bu Məcəllənin 117.1-ci maddəsindəgöstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin əvəzi olaraq 65 (altmış beş) məbləğində pul vəsaiti dövlət hesabına aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ekspertiza xərcinin əvəzi olaraq 65 (altmış beş) məbləğində pul vəsaiti dövlət hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-560/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-560/2024
15.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver