Məhkəmə qərarları › İş №2(032)-563/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-563/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-563/2024 15.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 26000 manat və dövlət rüsumu kimi ödədiyi 168 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Oktay qızı ilə qohumluq münasibəti vardır. Belə ki, həmin şəxs onun gəlinin nənəsidir. Cavabdehin maddi sıxıntıları olduğundan 2021-ci il mart ayında ona borc pul verməyini xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 2021-ci ilin mart ayının 14-də ona 26000 manat məbləğində borc vermişdir. Bu barədə onunla göstərilən tarixdə öz aralarında “borc müqaviləsi” bağlayaraq onun öhdəliyini hüquqi cəhətdən rəsmiləşdirmişlər. Cavabdeh almış olduğu pulu 25 avqust 2021-ci il tarixə kimi qaytarmağa söz vermiş və bu müddəti aralarında bağlanan müqaviləyə də daxil etmişlər. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh Oktay qızı ilə qohumluq münasibəti olduğu üçün uzun müddət ona qarşı pul tələbini məhkəmədən kənar qaydada həll etməyə çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. Eyni zamanda, cavabdeh ona olan borcunu qaytarmayacağını ifadə edir və onu şərləməklə hədələyir. İddia ərizəsinə əlavə edilən Şirvan şəhər polis şöbəsinin kapitanı Əhməd Balağlanov tərəfindən qəbul edilən 21 avqust 2022-ci il cinayət işininin başlanmasının rədd edilməsi haqqında qərarın məzmununa əsasən Cavabdeh X3dan DİNin 102 Xidməti vasitəsi ilə polis orqanlarına şikayət etmiş və iddia etmişdir. X3 müvafiq olaraq Cavabdeh, onun gəlini Ayşən Əliyevaya, onun nəvəsi Şəbnəm Əliyevaya müxtəlif bədən xəsarətləri yetirmişdir. Lakin, onun bu iddialar onun və oğlunun timsalında ailəsini şərləməyi, eyni zamanda ona olan borcundan imtina etməyi ehtiva edir. Belə ki, Məhkəmə Tibbi Eskpertizasının 27 iyul 2022-ci il tarixli “394”, “395” və “396” nömrəli rəylərinə əsasən Cavabdeh, onun gəlini Ayşən Əliyevayada, onun nəvəsi Şəbnəm Əliyevayada heç bir bədən xəsarəti aşkar olunmamışdır. Eyni zamanda, Məhkəmə Tibbi Eskpertizasının 27 iyul 2022-ci il tarixli “397” nömrəli rəyindən görünür ki, oğlu Nəsirov Ağahüseynin bədən səthində aşkar olunan xəsarətlər - boyunun sağ yan səthində və vidaci çuxurundan sıyrıqlar, döş qəfəsinin sol ön hissəsində qançır-küt əşya tərəfindən törənmişdir. Cavabdeh və onun ailə üzvləri oğluna bədən xəsarətləri yetirdiyi halda, onlar oğlundan şikayət etmiş, lakin nəticədə onların bu şikayəti onlar barəsində inzibati icraat aparılması üçün əsas olmuşdur. O və oğlu Nəsirov Ağahüseyn dözümlülük nümayiş etdirərək cavabdehin bu hərəkətini bağışlamış və oğlu Nəsirov Ağahüseyn polis orqanlarına gedərək barışıq ərizəsi yazmış və nəticədə onlar barəsində aparılan inzibati icraata xitam verilmişdir. Göründüyü kimi, Cavabdeh ona olan borcunu ödəməkdən uzun müddətdir ki, yayınmışdır və o, bu halı süni şəkildə uzadır. Onunla aralarında olan qohumluq münasibətlərini nəzərə alaraq bu müddət ərzində bu məsələnin həllini öz aralarında həll etməyə çalışsa da, heç bir faydası olmamışdır. Göstərlin halları nəzərə alaraq və Cavabdeh etdiyi çoxsaylı xəbərdarlıqlar heç bir nəticə vermədiyindən ərazi aidiyyatı üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, o iddianı qətiyyən qəbul etmir və iddiaçıdan 2021-ci ilin mart ayında heç bir məbləğdə pul almamış və ona borcu yoxdur. İddiaçı tərəfindən iddiasının əsaslandırılması məqsədilə iş materiallarına guya ona borc pul verilməsinə dair 14 mart 2021-ci il tarixli müqavilə əlavə edilmişdir. Lakin həmin müqavilədəki yazı və imzalar ona aid deyildir. Belə ki, Fəxrəddin onu aldadaraq boş kağıza imzalatdırmışdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib,cavabdehin iddiaya dair etiraz ərizəsini, ekspert rəyini nəzərdən keçirib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı qızı Cavabdeh xx.xx.2021-ci il tarixdə 26000 məbləğində borc verməsini təsdiq edən sadə yazılı formada bağlanmış müqaviləni təqdim etmişdir. Belə ki, işdə olan yazılı formada tərtib edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı 26000 manat pul götürməsini, xx.xx.2021-ci il tarixədək qaytaracağını qeyd etmişdir. Cavabdeh müqaviləni öz imzası ilə təsdiq etmişdir. Cavabdeh etiraz ərizəsindən görünür ki, iddiaşı İddiaçı Teyyub oğlu ilə qudadır. Onun nəvəsi Şəhla onun oğlu Sabutayın həyat yoldaşıdır. Əvvəllər münasibəti pis olmayıb. İddiaçı Teyyub oğlu ona qarşı 26000 manat pul tələbi barədə məhkəmədə iddia qaldırmışdır. O, iddia ərizəsinin surətini alıb tanış olmuşdur. İddia tələbini qəbul etmir. O, heç bir vaxt ona 26000 manat pul borclu olmamışdır. Onun üstünə böhtanlar atırlar. O, yaxın adamının yasında olan zaman İddiaçı ona telefonla zəng etmiş, ona demişdir ki, onun mağazasına getsin, onunla işi var. Həmin vaxt onun mağazasına gəlmiş və İddiaçı ona demişdir ki, nəvəsi Fəxri üçün Badamdardan villa almışdır, onun yanında boş torpaq sahəsi var. Həmin torpaq sahəsində nəvəsi Altay üçün almaq istəyir. Həmin torpaq sahəsində 3 mərtəbə ev tikdirəcə 2-ci, 3-cü mərtəbələrini nəvəsi Altaya verəcəkdir. 1-ci mərtəbəsində “oba” mağaza açdıracaq, oranı da icarəyə verəcəkdir. Həmin “oba” market mağazasın iki min manata icarəyə verəcəkdir. Həmin vaxt Fəxrəddin ona demişdir ki, Altay həm də onun nəvəsidir, həmin torpağın pulunu sən verərsən. Həmin vaxt o Fəxrəddinə demişdir ki, “alırsan çox mübarəkdir, almırsan özün bilərsən.” Həmin vaxt Fəxrəddin ona demişdir ki, Altay onların hər ikisinin nəvəsidir o da pul qoymalıdır. Fəxrəddin onun iki evini satdırıb pulunu mənimsəyib. Onu İxtiyar adlı şəxsin adı ilə qorxuzur. Onun yüz min manatlıq qızıl polkasını mənimsəyib. O, özünə ev tikdirən vaxt yetmiş beş min manat pulunu hissə-hissə alıb mənimsəyib. İddiaçı X1 qızın toyundan 1 ay qabaq ondan 30000 min manat pul istəmiş, o da ona demişdir ki, onda olan pul qızın cehizinin puludur verə bilməz. Həmin vaxt Ağahüseyn ona demişdir ki, “sən 30000 min manat pulu mənə ver, mən həmin pulu tezliklə sənə qaytaracağam” o da inanmış və qızının 30000 min cehiz pulunu ona vermişdir. Ağahüseyn Fəxrəddin oğlu aldığı 30000 manat pulu bu ona qaytarmamışdır. Cavabdeh müqavilədəki olan imzanın ona aid olmadığını bildirdiyindən və bu halı müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verdiyindən, vəsatət təmin edilərək məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/648 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertrizaya təqdim olunmuş, mülki işin 48-ci vərəqəsində olan İddiaçı ilə Cavabdeh adlarından olan 14 mart 2021-ci il tarixli Borc müqaviləsinin 1-ci və 2ci səhifələrinin aşağı hissəsində “Müqaviləni oxudum, şərtlərlə və öhdəliklərlə razıyam. Şəxsiyyətimi öz imzamla təsdiq edirəm. Cavabdeh: ”yazıları və “Cavabdeh:” yazıları qarşısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə bu hissədə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, tərəflər arasında ümumi 26000 manat məbləğində pulun borc verilməsinə dair müqavilə xx.xx.2021-ci il tarixdə imzalandığından, müqavilə imzalandığı andan yəni xx.xx.2021-ci il tarixdən bağlanmış sayılmalıdır. Diqqətə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə 26000 manat məbləğində borc müqaviləsinin bağlanması təqdim olunmuş yazılı sübut vasitəsi ilə təsdiq olunduğundan, Cavabdeh aldıqlarını İddiaçı qaytarmalı, bununla da iddia təmin olunmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 168 (yüz altmış səkkiz) manat dövlət rüsumundan və 126 (yüz iyimi altı) manat ekspertiza tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 168 (yüz altmış səkkiz) manat məbləğində pul vəsait ialınaraq İddiaçı verilməli, Cavabdeh ekspertiza xərci qismində 126 (yüz iyimi altı) manat məbləğində pul vəsaiti alınaraq dövlət nəfinə keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 26000 (iyirmi altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 168 (yüz altmış səkkiz) manat məbləğində pul vəsait ialınaraq İddiaçı verilsin. Cavabdeh ekspertiza xərci qismində 126 (yüz iyimi altı) manat məbləğində pul vəsaiti alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar