Məhkəmə qərarları › İş №2(032)-595/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-595/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-595/2024 23.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)- 539/2018 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 üçün cavadeh Cavabdeh hər ay ona verilməsi üçün qət olunmuş hər ay 100 manat sabit pul məbləğində olan alimentin artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya təşkilatına ödənilmiş rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini tələb etmişdir . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 2010-cu ildə nikahlarını rəsmi qeyd etdirmədən ailə həyatı qurmuşlar. Birgə yaşadığı müddətdə 01 iyul 2011-ci il tarixdə X7 və adlı bir övladı anadan olmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən tərəflər arasında olan nikah münasibətləri pozulmuş Şirvan şəhər Məhkəməsinin 2(032)-883/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 01 iyul 2011-ci ildə Şirvan şəhərində anadan olmuş X5 atasının Cavabdeh olması faktı müəyyən edilmiş, uşağın saxlanması üçün əvvəli xx.xx.2013-cü il tarixdən başlanmaqla hər ay sabit pul məbləğində 60 manat aliment tutulması qət edilmişdir. Cavabdeh uşağın saxlanması üçün maddi yardım göstərmədiyindən və uşağı ilə maraqlanmadığından müraciəti əsasında Şirvan şəhər Məhkəməsinin 2(032)-539/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aliment məbləği hər ay 100 manat sabit pul məbləğində artırılmışdır. Ayrı yaşadıqları müddət ərzində cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmamış və uşağın saxlanması üçün aliment məbləğindən kənar ona heç bir zəruri maddi yardım göstərməmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşağın atasına qarşı ehtiyac və tələbatları artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Şirvan şəhər Məhkəməsinin 2(032)-539/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşağın tələbatı üçün bu günkü həyat şəraiti, uşağın saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatlarının alınması ilə uyğunlaşmır. Ona görə də uşağın saxlanılmasında maddi çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Cavabdeh hal-hazırda heç bir yerdə işləmir və məhkəmə ona aliment ödəməyi müəyyən etdiyi müddətdən sonra onun əmlak vəziyyətində və gəlirlərində heç bir dəyişiklik olmamışdır. Belə olan halda isə onun uşağın saxlanılmasından ötrü hər ay 235 manat pul məbləğində aliment ödəməyə qətiyyən maddi imkanı yoxdur. O, yalnız anasının maddi köməkliyi ilə ona hər ay pensiyasından müəyyən məbləğlə etdiyi yardımla 150 manat sabit pul məbləğində aliment ödəyə bilər. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 434573 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci ildə Şirvan şəhərində anadan olmuş X4 atası Cavabdeh, anası X8r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 553 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 243053 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2011-ci ildə vətəndaş X6 doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 2 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)-883/2013 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, xx.xx.2011-ci ildə Şirvan şəhərində anadan olmuş X4 atasının Cavabdeh olması faktı müəyyən edilməsi, həmin uşağın saxlanması üçün əvvəli xx.xx.2013-cü ildən hesablanmaqla xx.xx.1986-cı ildə Saatlı rayonunda anadan olmuş , Saatlı rayonu Qaranuru kəndində qeydiyyatda olan və yaşayan X3 hər ay sabit pul məbləğində 60 manat aliment tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-539/2018 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Şirvan şəhər Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli 2-(032)883/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh Əlzakir oğlundan 01 iyul 2011-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024-00409 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Avropa Kursları tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 0029 saylı arayışdan görünür ki, X7 həqiqətəndə 06 sentyabr 2023-cü il tarixindən etibarən Şirvan şəhər Avropa Kurslarında 7-ci sinif üzrə ödənişli təhsil almaqdadır və aylıq ödənişi 120 (yüz iyirmi manat) təşkil edir. Cavabdeh etiraz ərizəsindən görünür ki, İddiaçı ona qarşı Şirvan şəhər Məhkəməsində “alimentin məbləğinin artırılaraq 235 manat müəyyən olunması” tələbinə dair iddia qaldırmışdır. İddiaçı iddia tələbi əsassızdır. İddiaçı əsassız olaraq birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün təyin olunmuş alimentin məbləğinin artırılıraq 235 manat müəyyən olunmasını tələb edir. İşin faktiki halları ilə bağlı olaraq bildirir ki, iddiaçı ilə 2010-cu ildə rəsmi nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7 adlı bir uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan Şirvan şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)- 883/2013 saylı qətnaməsinə əsasən iddiaçı ilə nikahları pozulmuş, uşağın iddiaçının himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ay 60 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Aliment təyin olunduqdan sonra o, həmişə alimenti vaxtı-vaxtında iddiaçıya ödəyir. Hal-hazırda isə iddiaçı yenidən Şirvan şəhər Məhkəməsinə müraciət edərək ondan tutulan alimentin məbləğinin artırılaraq hər 235 manat sabit pul məbləğində müyyən olunmasını tələb edir. O, bir valideyn, ata olmağına baxmayaraq həmişə alimenti vaxtıvaxtında ödəmişdir. Hal-hazırda heç bir yerdə işləmir və məhkəmə ona aliment kəsdiyi müddətdən sonra onun əmlak vəziyyətində və gəlirlərində heç bir dəyişiklik olmamışdır. Belə olan halda isə o uşağın saxlanılmasından ötrü hər ay 235 manat pul məbləğində aliment ödəməyə qətiyyən maddi imkanı yoxdur. O, yalnız anasının maddi köməkliyi ilə ona hər ay pensiyasından müəyyən məbləğlə etdiyi yardımdan sonra yalnız hər ay 150 manat sabit pul məbləğində aliment ödəyə bilər. Bundan artığına isə onun qətiyyən maddi imkanı yoxdur. Qeyd olunmuş faktiki əsaslar sübut edir ki, İddiaçı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2011-ci ildə anadan olmuş X2 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla, hər ay hər 180 manat sabit pul məbləğində olmaqla müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununu İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, uşağın təhsil xərclərininin olmasını nəzərə alıb hesab edir ki Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-539/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2011-ci ildə Şirvan şəhərində anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (180-100=80 manat, 80 x 12 = 960 manat) 1000 manatadək olduğundan, cavabdehdən 30 manat dövlət rüsumu dövlət nəfinə alınmalı və mediasiya prosesində çəkilən xərcin əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-539/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın . Cavabdeh mediasiya təşkilatına ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar