Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-653/2023 07.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Heydərov Fərrux Fəttah oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 02 dekabr 2015-ci il tarixli, 2(032)-3002/2015 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 21 oktyabr 2015-ci il tarixdən hesablanmaqla xx.xx.1983-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X3 hər ay 100 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması hissəsində dəyişdirilərək artırılması, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X3 hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X11 ilə xx.xx.2009-cu ildə Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən tərəflər arasında olan nikah Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Şirvan şəhər Məhkəməsinin 02 dekabr 2015-ci il tarixli, 2(032)-3002/2015 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X2 anasının yanında qalması, yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 21 oktyabr 2015-ci il tarixdən hesablanmaqla xx.xx.1983-cü ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X3 hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmamış və uşağın saxlanması üçün aliment məbləğindən kənar heç bir zəruri maddi yardım göstərməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını özü çəkir. Böyüdükcə uşağın atasına qarşı ehtiyac və tələbatları artsada cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çətindir. Cavabdeh Şirvan şəhərində yerləşən “Araz” zavodunda rəngsaz vəzifəsində, həmçinin nəqliyyat vasitələrinin təmiri ilə məşğul olmaqla müntəzəm gəliri vardır. Özünə məxsus yaşadığı ünvan üzrə təmir sexi tikmişdir.Şirvan şəhər Məhkəməsinin 02 dekabr 2015-ci il tarixli, 2(032)-3002/2015 saylı qətnaməsi ilə təyin edilmiş aliment uşağın tələbatı üçün bu günkü həyat şəraiti, uşağın saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatların alınması ilə uyğunlaşmır. İddiaçı məhkəmə iclasında iştirak edərək və iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X11 hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə cavabdeh X8 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-3002/2015 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh X7 qarşı nikahın pozulması,uşağın yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X4 iddiaçı X5 yanında qalması, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 21 oktyabr 2015-ci il tarixdən hesablanmaqla xx.xx.1983-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X3 hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq X9 verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X12 ilə birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 X12 ilə bağlanmış nikahı xx.xx.2016-cı il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 46 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyi “X17” MMC-nin xx.xx.2023-cü il tarixli, 14/140 nömrəli arayışında göstərilmişdir ki, X11 “X17” MMC-də 3-cü dərəcəli rəngsaz peşəsində işləyir və aylıq əmək haqqısı 550 manat təşkil edir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, cavabdehin maddi vəziyyətini, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Məhkəmə alimentin miqdarının artırılması üçün qanuni əsasın olması nəticəsinə gələrkən, uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi, nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə iddiaçının tələblərinə münasibət bildirərək qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi, qazanca malik olmaması və ya az gəlirli olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin etməmək üçün əsas yoxdur. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə tərəfindən uşağın saxlanılması üçün müəyyən edilən 100 manat aliment aşağı məbləğ olduğu üçün mütləq şəkildə artırılmalı və aliment məbləğini müəyyən edərkən məhkəmə işin hallarını nəzərə alaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 160 manat təyin edilməsi mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları araşdıraraq, onlara qiymət verərək, eləcədə müəyyən olunmuş aliment miqdarının aşağı səviyyədə olmasını, uşağın yaşını, mövcud ola biləcək maddi tələbatlarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2010-cu il təvəllüdlü X2 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maskimal saxlanılması üçün Şirvan şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-3002/2015 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay uşağa görə 100 manat miqdarında aliment dəyişdirilərək artırılmalı, əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla ünvan 2 ünvanında yaşayan xx.xx.1983-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X3 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib məbləğdə cavabdehdən dövlət nəfinə alınmalıdır. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq cavabdehdən 39 manat 20 qəpik dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-3002/2015 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay uşağa görə 100 manat miqdarında aliment dəyişdirilərək artırılsın, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla ünvan 2 ünvanında yaşayan xx.xx.1983-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X3 hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 verilsin. Cavabdeh X3 dövlət rüsumu kimi 39 manat 20 qəpik tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-653/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-653/2023
07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver