Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-653/2025 14.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşviq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3577 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 57 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Energetik küçəsi, 265-də bağ evləri vardır. Həmin bağ evində özlərinə mənsub ərzaq mağazaları vardır. Həmin mağazada o və həyat yoldaşı İddiaçı2 Əlbəyaz qızı işləyir. Cavabdeh yaxından tanıyırlar. Mağazadan 70-80 manatlıq ərzaq götürürdü. Cavabdeh 2022-ci il tarixində ayrı-ayrı vaxtlarda mağazadan 4927 manatlıq yeyinti malı götürmüşdür. Həmin götürdüyü malın pulundan 1350 manatını qaytarmış, 3577 manat borcu qalmışdır. Hər dəfə pulu istəyəndə qaytaracağını deyirdi. Son vaxtlar telefon zənglərinə də cavab vermirdi, onun bu hərəkətinə görə Şirvan şəhər Polis Şöbəsinə şikayət etdi. Polis Şöbəsində Cavabdeh izahatında, İddiaçı1 3577 manat borcunun qaldığını, həmin pulu hər ayın 25-dən 1-ə qədər hər ay 400 manat pul ödəyəcəyini bildirərək, bu barədə rəsmi qəbzdə imzalamışdır. Həmin vaxtdan bir müddət keçməsinə baxmayaraq, o, pulu qaytarmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək iddianı etiraf etdiyini, iddiaçılara 3577 manat borcu olduğunu bildirərək, həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, həmçinin cavabdehin tərəfindən iddianın etirafı qəbul edildiyindən iddia təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçılar tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh tərəfindən yazılması və imzalanması kimi göstərilmiş qəbzdə iddiaçılar İddiaçı1 və İddiaçı2 Əlibayaz qızına 3577 manat borcu olduğunu, hər ayın 25-dən 1-də qədər 100 manat ödəyəcəyi dair söz vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 4927 manat dəyərində ərzaq almış, ərzağın pulundan 1350 manat ödəmiş, qalan 3577 manat pulu ödəyəcəyinə dair söz vermiş, lakin Cavabdeh verdiyi sözə əməl etməmişdir. Hazırda isə iddiaçılar göstərilən məbləği tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normaları tələbin hüquqi əsası kimi çıxış etməklə mübahisə üzrə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh iddiaçılardan 4927 manat məbləğində ərzaq alması nəticəsində onların hesabına əsassız varlanmışdır. Başqa sözlə, o, məhrum olanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. - 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə işin hallarını və yuxarıda qeyd olunan qanunvericilik aktlarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, tərəflər arasında şifahi razılığa əsasən cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş, habelə öhdəliyik götürdüyü işi icra etməmiş və həmçinin həmin öhdəliyə əsasən iddiaçılardan götürdüyü ərzağın 3577 manat məbləğində dəyərini tam qaytamalı olduğu halda, qaytarmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış, məhz elə buna görə iddiaçıların tələbi ilə 3577 manat məbləğində pulu ona qaytarmalıdır. Odur ki, Cavabdeh 3577 manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçılar tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 57 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3577 (üç min beş yüz yetmiş yeddi) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 57 (əlli yeddi) manat alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-653/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-653/2025
14.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver