Məhkəmə qərarları › İş №2(032)-655/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-655/2024

01.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-655/2024 01.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 07 iyul 2015-ci il tarixli, 2(032)1380/2015 saylı və 28 sentyabr 2022-ci il tarixli 2(032)-1464/2022 saylı qətnamələri ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 07 fevral 2014-cü il tarixində anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Mircəfər oğlunundan hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2013-cü il tarixdə nigahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından 07 fevral 2014-cü il tarixdə X9 adlı bir uşaqları olmuşdur. Cavabdeh ilə əvvələr münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pozulmuşdur. Şirvan şəhər məhkəməsinin 14 aprel 2015-ci il tarixli 2(032)-80/2015 saylı qətnamə ilə nigahları pozulmuşdur. Məhkəmənin 07 iyul 2015ci il tarixli 2(032)-1380/2015 saylı qətnamə ilə X3 yetkinlik yaşına çatana kimi Cavabdeh Mircəfər oğlundan hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. 80 manat alimentlə o, uşağın saxlanması üçün çox çətinlik çəkdiyindən o, 2022-ci ilin sentyabr ayında alimentin artırılması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin 26 sentaybr 2022-ci il tarixli 2(032)-1464/2022-ci il tarixli qətnaməsi ilə 07 fevral 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay 130 manat sabir pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Halhazırda X3 10 yaşı vardır, məktəblidir onun məktəbə olan təlabatı çoxdur. 130 manat alimentlə onu saxlamaqa maddi cəhətdən çətinlik çəkir, Rəvan 130 manat alimentdən savayı heç bir köməklik etmir. Uşaqın gəliri maddi təlabatı artmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqın saxlanması üçün hər ay 235 manat məbləğində alimentin artırılması uşagın saxlanılması xərclərini qisməndə olsa ödəyər. Cavabdeh hal-hazırda Polis şöbəsində işləyir 500 manata yaxın əmək haqqı alır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1464/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına matanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməməklə, onun təmin olunmamasını xahiş etdi və izahatında qeyd etdi ki, iddiaçı ilə birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. X15 İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir, əmək haqqısı 583 manatdır, hazırki vaxtda əmək haqqısında artım olmamışdır. Əlavə olaraq ailə vəziyyətində dəyişiklik olmuş, 2021-ci ildə başqa bir şəxslə nikaha daxil olmuş, həmin nikahdan da xx.xx.2019-cu il təvəllüdlü X10 adlı bir uşağı vardır, həmin uşaq nitq qüsurludur, hər 3 aydan bir müalicəyə ehiyacı vardır, başqa gəlir yeri yoxdur. Əvvəlki qətnamə ilə müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəyir, həmçinin aralarında alimentin artırılması barədə Mediasiyada barışıq sazişi bağlanılaraq hər ay 140 manat məbləğində alimentin ödənilməsinə dair razılığa gəlmişlər. Hazırki iddia da təmin ediləcəyi təqdirdə alimenti ödəmək iqtidarında olmayacaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 673141 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2014-cü i il tarixdə Şirvan şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası X4r. İş materillarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 199557 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təqdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah qeydi ləğv edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-1380/2015 saylı qətnaməsi ilə xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1464/2022 saylı qətnaməsi ilə Şirvan şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-747/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment alnaraq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 412119 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X11 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə X10 doğulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/MT-023/2023-01331 nömrəli barışıq sazişindən görünür ki, X1 Rəvan Mirsəfər oğlu ilə mediasiya sessiyasında alimentin artırılaraq 140 manat ödənilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan “X18” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X6 nitqin yaşa görə geriliyi xəsdəliyi ensefalopatiya diaqnozu qoyulmuşdur. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, əksinə əlavə olaraq cavabdehin ailə vəziyyətində dəyişiklik olmaqla yenidən nikaha girməklə həmin nikahdan da bir uşağının olması, eyni zamanda tərəflərin arasında Mediasiya barışıq sazişi bağlanılması da nəzərə alınmalı olduğundan, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)- 1464/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2014cü il təvəllüdlü X3 yetkinlik yaşına matanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar