Məhkəmə qərarları › İş №2(032)-656/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-656/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-656/2024 06.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat pul vəsaitinin və ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır o, onun oğlu ilə yaxın münasibətdə olub. O, taksi xidməti göstərir, maşınını təzələmək məqsədi var idi, hər dəfə oğluna deyirmiş ki, maşını əl vermir yenisi ilə əvəz edəcəkdir. 03 dekabr 2022-ci il tarixdə Cavabdeh onların evin gəlmiş və ona demişdir ki, maşını əl vermir onu dəyişmək istəyir. Ona 7000 (yeddi min) manat pul lazımdır. O, Cavabdeh tanıdıgına görə etiraz etməmişdir. Həmin gün Cavabdeha 7000 (yeddi min) manat pul vermişdir. Ramilə pul verən vaxtı onun şəxsiyyət vəsiqəsinin surətini almış və müqavilə yazıb ona imza etdirmişdir. Həmin vaxt Ramilin heç bir etirazı olmamış, yeddi min manatını altı aya qaytaracağını demişdir. O da ona inanmış, 6 ay keçəndən sonra o, Ramilə telefonla zəng etmiş və ondan pulu qaytarmasını xahiş etmiş, Ramil ona demişdir ki, narahat olma bu yaxında pulunu qaytaracaqdır. Lakin bu günə kimi onun pulunu qaytarmamışdır. O, artıq onun telefon zənglərinə də cavab vermir. Bu səbəbdəndə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Hal-hazırda ondan yeddi min manat pulunu tələb edir . Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. 06 iyun 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, o 2018-ci ildə Səbirədən 7000 (yeddi min) manat deyil 3000 (üç min) manat borc almışdır. 2022-ci il tarixdə Səbirə onu evinə çağıraraq ona bildirmişdir ki, müqaviləni təzələyir, həmin müqaviləyə 7000 (yeddi min) manat yazsa da ondan 3000 (üç min) manat pul alacağını bildirmişdir. O da Səbirəyə inanıb müqaviləni imzalamışdır. Lakin ona pulu faizlə verməsinə dair və 3000 (üç min) manat borc almasına dair məhkəməyə sübut təqdim edə bilmir. Onun Səbirəyə hazırki vaxtda 3000 (üç min) manat borcu vardır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə bir qənaətə gəlir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. İş materiallarında olan : Yazılı formada tərtib edilmiş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Hacıyev X1 Səbirə Oktay qızından 03 dekabr 2022-ci il tarixdə 7000 (yeddi min) manat borc pul götürməsini imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, 90 (doxsan) manat məbləğində dövlət rüsumu Şirvan şəhər Məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, bu hissədə tədqiq edilmiş sübutlardan tərəflər arasında borc münasibətlərinin olması Cavabdeh ilə İddiaçı Oktay qızı arasında bağlanmış, Cavabdeh tərəfindən imzalanmış 03 dekabr 2022-ci il tarixli müqavilə ilə təsdiq olunur. 03 dekabr 2022-ci il tarixli borc müqaviləsinin predmeti 7000 (yeddi min) manatdır. Borcun qaytarılmasını cavabdeh üzərinə öhdəlik götürmüşdür. Müqavilədə borcun faizlərlə verilməsi şərti qeyd olunmamışdır. Həmçinin, cavabdeh izahatında iddiaçıdan borc qismində 7000 (yeddi min) manat məbləğində deyil 3000 (üç min) manat məbləğində pul aldığını, müqavilədə 7000 (yeddi min) manat məbləğində pulu almasını qeyd etsə də, istinad etdiyi halın təsdiqi kimi hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və bununla da istinad etdiyi halı sübut edə bilməmişdir. Ona görə də məhkəmə cavabdehin istinad etdiyi bu halı nəzərə almamış və qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, Cavabdeh 03 dekabr 2022-ci il tarixli borc müqaviləsi üzrə aldığı 7000 (yeddi min) manat məbləğində pulu müəyyən edilmiş müddətdə qaytarmaq öhdəliyini yerinə yetirmədiyindən və borcun qaytarılması barədə İddiaçı Oktay qızının tələbi olduğundan, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul alınaraq İddiaçı Oktay qızına verilməli, bununla da iddia təmin olunmalıdır . Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumu 90 (doxsan) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul , ödənilmiş dövlət rüsumu 90 (doxsan) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 90 (doxsan) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar