Məhkəmə qərarları › İş №2(032)-66/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-66/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-66/2023 16.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Heydərov Fərrux Fəttah oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyan tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Khazar SD” minik markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri ilə birlikdə 1095 manat, lizinq müqaviləsi üçün ödədiyi 768 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat pulun Cavabdeh alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Sabirabad rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarının surətindən görünür ki, Cavabdeh xx.xx.1969-cu ildə Sabirabad rayonu, Vladimirovka kəndində anadan olmuşdur və Sabirabad rayonu, Nizami Ərazi Dairəsi, Nizami kəndində rəsmi olaraq qeydiyyatdadır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyan tələbinə dair iddiası cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə Sabirabad rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalırının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa hakim işi aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Beləliklə məhkəmə belə hesab edir ki, hazırki mülki iş baxılması üçün Sabirabad rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyan tələbinə dair iddiası üzrə 2(032)-66/2023 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilsin. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar