Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-699/2023 26.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X14, nümayəndəsi və vəkili X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı cavabdeh X17 qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayaış evinə istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X17 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində pasport qeydiyyatındadır və hal-hazırda da orada yaşayır. İş üzrə cavabdeh onun doğma qardaşıdır. Mübahisə predmeti olan fərdi yaşayış evi onun ata mülkü olub. Sənəd üzrə (faktiki-10 sota yaxındır) 06 sot torpaq sahəsində X1 1960-cı illərdə 1 mərtəbəli 4 otaqdan ibarət (qeyd: sonradan cavabdeh evi təmir edərkən otaqlardan birini bir böyük zal edib və hal-hazırda 3 otaq 1 zaldan ibarətdir) evi inşa etmiş və anası X20, atası X22 oglu və onların birgə nikahlarından dogulmuş 6 uşaq (4 bacı, 2 qardaş) bu uşaqlar içində iş üzrə iddiaçı və cavabdeh olmaqla həmin evdə doğulmuş, boya-başa çatmışlar. X1 həmin mübahisəli evin 06 sot həyətyanı torpaq sahəsində 1988-1990-cı illərdə böyük oğlu Azər Məmmədov üçün də 2 mərtəbəli (qeyd: 1-ci mərtəbə 1 otaq, 1 mətbəx, 2-ci mərtəbədə 2 otaq, bir zal) ev inşa etmişdir. Həmin ev sənədləşdirilməmişdir. Azər Məmmədov 1990-cı ildə ailə quraraq həmin evdə yaşamış, sonradan özünə mənzil alaraq Bakı şəhərinə köçüb yaşamışdır. 3 bacısı da ailə qurub müxtəlif rayon şəhərlərə gəlin köçüb həmin ünvanlarda yaşayırlar. Cavabdeh isə ailəsi ilə birlikdə 1960-cı illərdə inşa edilmiş ata mülkündə yaşamış və hal-hazırda da yaşamaqdadır. İddiaçı 2004-cü ildə ailə qurub Şirvan şəhərində ayrı ünvana gəlin köçüb, lakin elə həmin il həyat yoldaşı ilə ailə münasibətləri pozulduğundan ata evinə qayıdıb və qardaşı Azər üçün sonradan tikilmiş 2 mərtəbəli həyət evində yaşayır və cehiz əmlakları da həmin evə yığılmışdır. Özü 2-ci qrup ekzema xəstəliyi ilə əlaqədar əlildir və həmin evdə tənha yaşayır. Ailəli olduğu dövrdə uşağı olmamışdır. X31 xx.xx.2004-cü ildə vəfat etmiş, atası İnqilab Məmmədov isə 2005-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra atalarından həmin 06 sot torpaq sahəsində inşa edilmiş 2 fərdi yaşayış evi (1 sənədləşməmiş) evlər və şəxsi Maz-Kran avtomobili miras qalmışdır. Həmin avtomobildən qardaşı iş üzrə cavabdeh Əli Məmmədov istifadə edib qazanc əldə etmək üçün həmin miras əmlakları onun adına keçirməyi vərəsələrdən xahiş etmiş və digər vərəsələrin miras paylarından imtina nəticəsində miras əmlaklar Əli Məmmədovun adına keçirilmişdir. Notariusda onun razılığını alanda cavabdeh ona söz vermişdir ki, onun ata mülkündə sonradan tikilmiş 2 mərtəbəli evdən istifadəsinə, yaşamağına əngəl törətməyəcək və ömrünün sonuna qədər həmin evdə rahat yaşaya bilər. Bundan sonra o da digər vərəsələr kimi razılıq verərək miras əmlakın qardaşı Əlinin adına keçirilməsinə etiraz etməmişdir. Lakin son zamanlar cavabdeh ona maneələr yaradır, onu pasport qeydiyyatından çıxaracağı, evdən qovacağı ilə hədələyir, onun yaşadığı 2 mərtəbəli evin alt mərtəbəsində yerləşən mətbəxdən özünün mətbəxi ola-ola istifadə edir, mətbəxdən, hamamdan istifadə etməsinə maneçilik yaradır, narazılıq edir və sair maneələr yaradır. Bu səbəblərdən hüquqlarını müdafiə etdiyi İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hal-hazırda yaşadığı və cehiz əmlakları yığılan 2 mərtəbəli evdə yaşamaq, həmin evin mətbəxindən, həyətdə olan ümumi istifadədə olan hamam-tualetdən manesiz, sərbəst şəkildə istifadə etmək istəyir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yanında bir həyətdə olan X21 tərəfindən 1989-cu ildə inşa və təmir edilmiş sənədsiz fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, hazırda həmin evdə yaşayır, ona məxsus olan əşyalar həmin evdə olmaqdadır. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X23 iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X24 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yanında bir həyətdə olan X21 tərəfindən 1989-cu ildə inşa və təmir edilmiş sənədsiz fərdi yaşayış evində yaşayır, həmin evin mətbəxindən, həyətdə olan ümumi istifadədə olan hamam-tualetdən maneəsiz, sərbəst şəkildə istifadə edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 məhkəmə iclasında bildirdi ki, mübahisəli torpaq sahəsində iki tikili mövcuddur. Həmin tikililərdən biri ata mülkü olmuşdur. Hazırda bacısı İddiaçı məxsus olan əşyaların yerləşdirldiyi ev isə yardımçı tikili olmuşdur. Bacısı İddiaçı qısa zaman ərzində nikahda olmuş sonra nikahı pozulmuş və nikah pozulduğu vaxtdan həmin tikilidə yaşayır. Qeyd edilən tikili onun vəsaiti əsasında yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. X35 iddiaçıya həmin evdə yaşamasına şərait yaratmır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, xx.xx.2009-cu il tarixli seriya MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri Məhəmməd Əsədov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42,0 m2 yaşayış, 52,78 m2 köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında 3 nönrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şirvan şəhəri 1 saylı Dövlət Notariat Kontorunun 2v-10 nömrəli xx.xx.2009-cu il tarixli notariat işinə əlavə edilmiş Şirvan şəhər Kommunal Kombinatı müəssisəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 60 nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında daimi qeydiyyatda olan şəxslər X8, X20, X23, X15, X21, İddiaçı, X16, X10, X7r. İş materiallarında olan Şirvan şəhəri 1 saylı Dövlət Notariat Kontorunun 2v-10 nömrəli xx.xx.2009-cu il tarixli notariat işinə əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın təsvirinə və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən tikili “A”, “B” və “V” tikililərindən ibarətdir. “A” tikili 1979-cu ildə tikilmişdir. Bir mərtəbəli iki yaşayış otağından ibarətdir. Yaşayış sahəsi 42 m2 , köməkçi 52,78 m2, ümumi 94,78 m2 sahədən ibarətdir. “B” tikilisi 1979-cu ildə əl evi kimi 1979-cu ildə tikilmiş bir mərtəbəli tikilidən ibarətdir. “V” tikilisi 2000-ci ildə inşa edilmiş hamamdan ibarətdir. Həmçinin əmlaka dair xüsusi qeydlər hissəsində qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ Əli Bayramlı şəhər ZDS İK-nin xx.xx.1966-cı il tarixli 31 nömrəli qərarı əsasında yaranmışdır. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfndən verilmiş AZ İ 144647 nömrəli xx.xx.2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2-V-10 reyestr nömrəli notariat işindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Şirvan şəhəri M.Əsədov küçəsi 15 saylı evdə yaşayanlar oğlu X18r və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Miras əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu ildə verilmiş 0695 saylı Arayışın və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli, ******* saylı çıxarış əsasında məxsus olan ünvan 5 ünvanda yerləşən 15 saylı, 0,06 ha torpaq sahəsində olan, 1979-cu ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 42 kv. metr, köməkçi sahəsi 52,78 kv. metr, ümumi sahəsi 94,78 kv. metrdəndən ibarər həyatyanı tikililəri ilə birlikdə bütövlikdə fərdi yaşayış evindən və BDYPİ-nin Əli-Bayramlı şəhəhərində 4 saylı RQİB tərəfindən xx.xx.2003-ci ildə verilmiş AA N 439040 saylı X6 Şəhadətnaməsi əsasında məxsus olan MAZ-5334 SMK 101 xüsusi markalı, mühərriki nömrəsiz, buraxılış ili 1987-ci il, ** BD *** qeydiyyat nömrəsi olan bütövlikdə nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan İddiaçı Şirvan şəhəri, 1 saylı dövlət notariat kontoruna vermiş olduğu ərizəsindən görünür ki, xx.xx.2005-ci ildə vəfat etmiş X1ndan miras qalmış Şirvan şəhəri, M.Əsədov küçəsi 15 saylı yaşayış evindən və MAZ-5334 SMK 101 xüsusi avtokrandan heç bir vərəsəlik payı tələb etmir və gələcəkdə bununla əlaqədar heç bir məhkəmə mübahisəsi qaldırmayacaqdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 5ndə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.0 kv.m yaşayış, 52.78 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun, İddiaçı, müdafiəçi və nümayəndəsi Vəkil, cavabdeh X23, nümayəndəsi və vəkili X11, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, ünvan 6 ünvanına baxış keçirildi, baxış zamanı həyətdə 2 tikili evin olduğu (A və B) müəyyən olundu. A tikilisi çıxarış əsasında X17 məxsusdur. Həmin həyətdə olan digər “B” tikili köhnə və çıxarışı olmayan tikilidi. Qeyd edilən “B” tikili iki mərtəbədən ibarətdir. “B” tikilinin birinci mərtəbəsi X23 tərəfindən istifadə olunur. İkinci mərtəbədə yerləşən 2 qapı olan tikilidir. Birinci tikilidə 2 iç-içə otaqdır və həmin otaqda İddiaçı məxsus əşyalar mövcuddur. Yaşayış üçün yararlı vəziyyətdədir və yaşayış olması aşkar olaraq görünür. Digər ikinci mərtəbədə olan ikinci qapı içərisində Məmmədov Azər, İddiaçı və Məmmədov Əliyə məxsus əşyalar mövcuddur. “B” tikilinin aşağı 1-ci mərtəbəsində birinci otaq ümumi istifadədə olan mətbəxdir, həmin tikilinin yanında qaraj, digər tikili isə hamamdı. Ümumi girişində sol tərəfdə ümumi istifadədə olan sanitar qovşaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edidi ki, ünvan 4 X3 mülkiyyətində olmuşdur. ünvan 4 ünvanında daimi qeydiyyatda olan şəxslər X8, X20, X23, X15, X21, İddiaçı, X16, X10, X12 olmuşdur. X8 xx.xx.2005-ci ildə vəfat etmişdir. X2 miras qalmış əmlakdan İddiaçı qardaşı X14 xeyrinə imtina etmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, ünvan 5ndə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.0 kv.m yaşayış, 52.78 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X14 mülkiyyətindədir. Eyni zamanda Şirvan şəhəri 1 saylı Dövlət Notariat Kontorunun 2v-10 nömrəli xx.xx.2009-cu il tarixli notariat işinə əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın təsvirinə və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli arayışından müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən tikili “A”, “B” və “V” tikililərindən ibarətdir. “A” tikili 1979-cu ildə tikilmişdir. Bir mərtəbəli iki yaşayış otağından ibarətdir. Yaşayış sahəsi 42 m2 , köməkçi 52,78 m2, ümumi 94,78 m2 sahədən ibarətdir. “B” tikilisi 1979-cu ildə əl evi kimi 1979-cu ildə tikilmiş bir mərtəbəli tikilidən ibarətdir. “V” tikilisi 2000-ci ildə inşa edilmiş hamamdan ibarətdir. Həmçinin məhkəmə tərəfindən keçerilimiş yerli baxışın nəticəsi olaraq müəyyən edilmişdir ki, ünvan 6 ünvanında həyətdə şərti olaraq adlandırılmış (A və B) 2 tikili evin olduğu, A tikilisi çıxarış əsasında X17 məxsus olan tikili, digər “B” tikili köhnə və çıxarışı olmayan tikili olduğu, qeyd edilən “B” tikili iki mərtəbədən ibarət olduğu, “B” tikilinin birinci mərtəbəsi X23 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İkinci mərtəbədə yerləşən 2 qapı olan tikili olduğu, ikinci mərtəbəyə münasibətdə birinci tikilidə 2 iç-içə otaq olduğu və həmin otaqda İddiaçı məxsus əşyalar mövcud olduğu aşkar edilmişdir. Digər ikinci mərtəbədə olan ikinci qapı içərisində Məmmədov Azər, İddiaçı və Məmmədov Əliyə məxsus əşyalar mövcuddur. “B” tikilinin aşağı 1-ci mərtəbəsində birinci otaq ümumi istifadədə olan mətbəxdir, həmin tikilinin yanında qaraj, digər tikili isə hamamdı. Ümumi girişində sol tərəfdə ümumi istifadədə olan sanitar qovşaqdır. Qeyd edilən tikilidə İddiaçı yaşaması işin mübahisəsiz halı olaraq qəbul edilmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yanında bir həyətdə olan X21 tərəfindən 1989-cu ildə inşa və təmir edilmiş sənədsiz fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının tələbi evə köçürülmə və istifadə hüququnun tanınmasından ibarətdir. İddiaçının iddia tələbinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yanında bir həyətdə olan X21 tərəfindən 1989-cu ildə inşa və təmir edilmiş sənədsiz fərdi yaşayış evinə istifadə hüququnun tanınması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, 1982-ci ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, “... Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir.” Həmçinin sözügedən Plenum Qərarında qeyd edilmişdir ki, “...Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İşin faktiki hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi ilkin olaraq X5 Əli Bayramlı şəhər ZDS İK-nin xx.xx.1966-cı il tarixli 31 nömrəli qərarı əsasında verilmişdir. Həmin əmlak X3 mülkiyyətinə verildikdən sonra ailə üzvü olaraq hazırkı mülki iş üzrə iddiaçı X13 fərdi yaşayış evində yaşamış və istifadə hüququ mövcud olmuşdur. Göründüyü kimi iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ 2001-ci ilədək yaranmış olan hüquqdur və həmin hüquq 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq tənzimlənir. İşin faktiki hallarından həmçinin görünür ki, (hazırkı halda) ünvan 4 ünvanında yerləşən tikili “A”, “B” və “V” tikililərindən ibarətdir. “A” tikilisi yaşayış, “B” tikilisi əl evi kimi və “V” tikilisi isə hamam olaraq qeydə alınmışdır. Həmin əmlak mülkiyyət hüququ ilə X5 məxsus olmuş, sonuncunun vəfatından sonra həmin əmlak vərəsəlik qaydasında X14 mülkiyyətinə keçmişdir. Göründüyü kimi “B” tikilisi ünvan 4 ünvanında yerləşən əmlakın tərkib hissəsidir. Hazırkı mülki iş üzrə iddiaçı isə ünvan 4 ünvanında qeydiyyatdadır və mübahisəli əmlak özəlləşdirilənədək iddiaçı həmin evdə yaşamışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş olan vərəsəlik işindən və daşınmaz əmlaka dair sənədlərdən də görünür ki, iddiaçı ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış və miras əmlak payından qardaşı X14 xeyrinə imtina etmişdir. Bu da, onu deməyə əsas verir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ mövcuddur. “B” tikilisi isə qeyd edildiyi kimi ünvan 4 ünvanında yerləşən tikilinin tərkib hissəsidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yanında bir həyətdə olan X21 tərəfindən 1989-cu ildə inşa və təmir edilmiş sənədsiz fərdi yaşayış evinə istifadə hüququnun tanınması hissəsinə münasibtədə iddiası təmin edilə bilməz. İddiaçının iddia tələbinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yanında bir həyətdə olan X21 tərəfindən 1989-cu ildə inşa və təmir edilmiş evə köçürülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarından görünür ki, hazırkı mülki iş üzrə İddiaçı ünvan 4 ünvanında “B” tikilisində 2 iç-içə olan otaqlarda iddiaçıya məxsus olan əşyaların mövcud olması və onun həmin tikilidə yaşaması işin mübahisəsiz halı kimi qəbul edilmişdir. İddiaçının həmin tikildə yaşaması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcələnin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cu maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X17 qarşı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin yanında bir həyətdə olan X21 tərəfindən 1989-cu ildə inşa və təmir edilmiş sənədsiz fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-699/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-699/2023
26.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver