Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-71/2024 07.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2000 manat məbləğində pul və 40 manat ödənilmiş dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehləri ev alqı-satıqısı ilə əlaqədar tanımışdır. Belə ki, cavabdehlər özlərinə məxsus mənzili satmaq istəyirdilər. 01 yanvar 2022-ci il tarixdə cavabdehlərə məxsus mənzilə gedərək mənzili almaq istədiyini bildirmiş, cavabdehlər onlara 2022-ci ilin mart ayına qədər vaxt verməyini bildirmiş və onlarla razılaşmışdır. Beh olaraq Cavabdeh2 vermişdir. Bundan sonra bir neçə dəfə cavabdehlərlə əlaqə saxlayaraq mənzili nə vaxt tam şəkildə satacaqlarını və boşaldacaqlarını soruşmuşdur. Onlar hər dəfə mənzili 2022-ci ilin mart ayının sonuna qədər tam şəkildə ona satacaqlarını və mənzili boşaldacaqlarını bildirmişdirlər. Bir müddət sonra ona məlum olmuşdur ki, cavabdehlər mənzili başqa şəxsə satmışlar. Yəni alqı-satqı müqaviləsinin bağlanması məhz cavabdehlərin ucbatından baş tutmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı 2022-ci ilin yanvar ayında gəlib ev almağa görə ona beh olaraq 1000 manat pul vermiş, evi satıb həmin pula özünə ev almaq fikri olmuş, 1000 manatı gedib alacağı evə görə beh vermiş, sonra fevral ayında Vilayət gəlib həmin 1000 manatı istəmiş, o, isə pulu yeni alacağı ev üçün beh vermiş olduğunu bildirib, pulu qaytarmayacağını demişdir. Vilayət evi almadığı üçün o da ziyana düşmüş, sonradan avqust ayında həmin evi başqa bir şəxsə 25000 manata satmışdır. Behin bağlanmasına dair sənəddən görünür ki, 1000 manat məbləğində pul ona verilmişdir, onun qızı Cavabdeh2 heç bir adiyyəti yoxdur. Odur ki, iddiaçının pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı bir neçə dəfə onların evin almaq üçün gəlmiş, o, həmin evi almaq istəmiş, sonuncu dəfə 2022-ci ilin yanvar ayında onların evinə gələrək 1000 manat beh vermiş, həmin vaxt onlarda ev almaq istəmişdirlər. Həmin pulu başqa bir adama beh vermişlər. Atası İddiaçı zəng vuraraq evin hazır olduğunu gəlib ala biləcəyini bildirmiş, Vilayət isə evi ala bilməyəcəyini, evi almağına oğlunun razı olmadığını, ev alacağı pulu oğlunun götürdüyünü, başqa ev aldığını demişdir. İddiaçı görə sonrada evi dəyərindən aşağı qiymətə satmışdırlar. Halbuki iddiaçı beh verəndən sonra onların evini daha yaxşı qiymətə istəyənlər olub, lakin atası Vilayətə söz verdiyinə görə evi başqasına satmamışdır. Atası İddiaçı şərt kəsmişdir ki, iddiaçı evi almaqdan imtina etsə 1000 manat pul qaytarmayacaq, yox əgər onun atası imtina etsə 1000 manat behi geri qaytaracaqdır. Avqust ayına kimi həmin evdə yaşamışlar, iyul ayında evlərini satmışlar, avqust ayında yeni aldıqları evə köçmüşlər. Ev atasının adınadır, iddiaçı atası ilə öz aralarında danışıblar, beh də onların ikisinin arasında imzalanmışdır. Lakin həmin pul geri qaytarılmamışdır. Evin satılması ilə bağlı onunla iddiaçı arasında hər hansı bir razılaşma olmamışdır. Hazırda iddiaçının ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etməsini əsassız hesab edir ki, bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixində saat 13:19-da 1000 manat ev almaq üçün beh vermişdir. Qalan məbləğ 23500 manatı verəcəkdir. Həmin şəxslər öz imzaları ilə yazılı sənədi təsdiq etmişdirlər. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqısı ilə bağlı AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 verilmiş **********70-05101-093027 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan Şirvan şəhəri F.Eynullayev küçəsi 1 saylı evin 20 saylı ünvanında yerləşən mənzili X1 25000 manata satmışdır. İş materiallarında olan X2 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/021N13A01480522/1 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Şirvan şəhəri, Xəqani küçəsi ev 17, 17 saylı mənzil Cavabdeh2 satılmış və ipoteka ilə yüklü edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında olan şifahi razılaşmaya əsasən sonuncu mülkiyyətində olan Şirvan şəhəri F.Eynullayev küçəsi 1 saylı evin 20 saylı ünvanında yerləşən mənzili 24500 manata İddiaçı satmalı idi. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən İddiaçı tərəfindən Cavabdeh1 ilkin olaraq 1000 manat pul ödənilmişdir. Lakin sonradan tərəflər arasında mənzilin alınması ilə bağlı razılaşma pozulmuş və son olaraq Cavabdeh1 mülkiyyətində olan mənzili digər bir şəxsə satmışdır. İddiaçı tərəfindən evin alınması ilə bağlı ilkin olaraq 1000 manat pulun ödənilmiş olması işin mübahisəsiz halıdır. Hazırda iddaçı aralarında olan razılaşmanın şərtlərinin pozulması ilə bağlı tərəfindən ilikn olaraq ödənilmiş olan 1000 manat pulun və ötən müddət ərzində çəkmiş olduğu xərclərin əvəzi olaraq 1000 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olduğunu iddia edir. Məhkəmə hesab edir ki, mənzilin alınması ilə bağlı ödənilmiş pula, xərc əvəzi olaraq tutulması tələb olunan pula və pulun tutulacaq şəxslərin dairəsi müəyyən edilməklə tələbə hüquqi qiymət verilməlidir. İlkin olaraq məhkəmə qeyd edir ki, işin fakitiki hallarından göründüyü kimi iddiaçının tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yönəldilmişdir. Qeyd edilən hissədə məhkəmə hesab edir ki, iddiaçının tələbi Cavabdeh2 qarşı olan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun (maddə 54.1), İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (maddə 54.2). Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehlə əvəz edə bilər. Məhkəmə iclaslarında iddiaçıya Mülki Prosessual Məcəllənin 54-cü maddəsində nəzərədə tutulmuş hüququ izah edilməsinə baxmayaraq iddiaçı iddia tələbi üzrə pulunun hər iki cavabdehdən tutulamlı olduğunu iddia etmişdir. Lakin məhkəmə araşdırması zamanı və tərəflərin məhkəməyə təqdim etmiş olduğu sübutlardan müəyyən edilmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh1 olmuş və mənzilin satılması ilə bağlı razılaşma İddiaçı ilə Cavabdeh1 arasında olmuşdur. İlkin olaraq ödənilmiş olan 1000 manat pul da, məhz Cavabdeh1 ödənilmişdir. Yəni hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh2 pulun ödənilmiş olması, həmçinin mənzilin mülkiyyətçisi olması halları müəyyən edilməmişdir. İddiaçıya tələbinin əsası ilə bağlı həmin hissədə sübut təqdim edilməsi təklif olunmasına baxmayaraq, iddiaçı tərəfindən məhkəmə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddaçı İddiaçı idda tələbi Cavabdeh2 2000 manat pulun tutulması hissəsində təmin edilməməlidir. İddia tələbinin evin alınması ilə bağlı iddiaçı tərəfindən Cavabdeh1 ödənilmiş 1000 manat pulun Cavabdeh1 tutulması hissəsinin münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbində və məhkəmə iclasında vermiş olduğu izahatında cavabdehə 1000 manat beh vermiş olduğunu bildirmiş və məhkəməyə təqdim edilmiş olan razılaşmada da bu hal öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir (maddə 491.2). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləninin tələblərindən göründüyü kimi beh tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Beh müqavilənin bağlanmasını təsdiq etmək və onun icrasını təmin etmək məqsədilə ödənilən pul təminatıdır. Lakin qanunvericiliyin tələblərindən göründüyü kimi daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilələr üzrə beh haqqında razılaşma notariat qaydasında təsdiq edilməlidir. İşin faktiki hallarından göründüyü kimi tərəflərin beh olaraq qəbul etmiş olduğu razılaşma daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı olmasına baxmayaraq həmin razılaşma (beh müqaviləsi) notariat qaydasında təsdiq edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin Şirvan şəhəri F.Eynullayev küçəsi 1 saylı evin 20 saylı ünvanında yerləşən mənzilin satılması ilə bağlı ilkin ödənilmiş olan 1000 pulun beh kimi qəbul edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda həmin məbləğ avans kimi qəbul edilir. İşin fakitiki hallarından göründüyü kimi iddiaçı tərəfindən əmlakın alınması ilə bağlı ilkin olaraq 1000 manat pul ödənilmişdir. Həmin pul məbləği beh kimi ödənilmiş olduğu iddia edilsə də, məhkəmə müqavilənin daşınmaz əmlakla bağlı olduğu halda müqavilənin notariat qaydada təsdiq edilmədiyindən, həmin məbləği beh kimi qəbul etməmişdir. Qeyd edilən məbləğin beh kimi qəbul edilməməsi isə Mülki qanunvericiliyin tələblərinə əsasən həmin məbləği avans kimi qəbul etməyə əsas verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Şirvan şəhəri F.Eynullayev küçəsi 1 saylı evin 20 saylı ünvanında yerləşən mənzilin alınması ilə bağlı Cavabdeh1 ödəmiş olduğu 1000 (min) manat pul avans kimi qəbul edilməlidir. İddiaçının iddia tələbinin 1000 (min) manat çəkmiş olduğu xərclərin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi qeyd edilən hissədə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehlərin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələri tələb olunur. Belə ki, iddiaçının tələbi üzrə istinad etdiyi hallar sübuta yetirilmədiyindən iddiaçının ona dəymiş 1000 manat maddi ziyanın cavabdeh tərəfindən ödənilməli olduğuna dair iddia tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığından həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 1000 manat maddi zərərin tutulması hissəsində təmin edilə bilməz. Beləkilə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 40 manat dövlət rüsumunun 20 manat hissəsi iddiaçıya aid edilməli, 20 manat hissəsi isə Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1000 manat pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi iddiaçıya aid edilsin. Ödənilmiş olan dövlət rüsumunun 20 (iyirmi) manatı Cavabdeh1 tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-71/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-71/2024
07.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver