Məhkəmə qərarları › İş №2(032)-717/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-717/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-717/2024 11.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh2 iştirakıları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Kreditor X8 ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 799 manat borcun və ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Borclular xx.xx.1994-cü ildə Əli-bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Şirvan şəhəri Naxçıvan küçəsi 6 ev 423 ünvanında yaşayan Cavabdeh1 (Fin: xxxxxxx), xx.xx.1965-cı ildə Əli-bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş , Şirvan şəhəri Naxçıvan küçəsi 6 ev 423 ünvanında yaşayan Cavabdeh2 (Fin: xxxxxxx) və xx.xx.2002-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şirvan şəhəri Naxçıvan küçəsi 6 ev 423 ünvanında yaşayan Cavabdeh3 (Fin: xxxxxxx) müştərək qaydada 650 (altı yüz əlli) manat əsas borcun və ərizə verilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq kreditor X5 ödənilməsi barədə Şirvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(032)-717/2024 saylı məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ərizə ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 2(032)-717/2024 saylı 29 mart 2024-cü il tarixli məhkəmə əmrinin ona verilməsini xahiş etdiyindən Şirvan Şəhər Məhkəməsinin 2(032)-717/2024 saylı 23 aprel 2024-cü il tarixli qərardadı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-717/2024 saylı 29 mart 2024-cü il tarixli məhkəmə əmri ləğv edilmiş, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materiallar iddia icraatına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri M.Ə.Rəsulzadə 23A-da yerləşən sahibkar X4 məxsus mağaza onun xüsusi mülkiyyətindir və orada mövcud məişət avadanlığının satışını həyata kecirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bununla bağlı vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər idarəsində qediyyyatda dayanaraq dövlətə vergi ödəyir. Ulu öndərin layiqli davamçısı olan Dövlət Prezidentin sahibkarlara göstərdiyi qayğı nəticəsində iş fəaliyyətini genişləndirir və iş yerinin artırılması məqsədi ilə dövlət proqramına sadiq olaraq mağazada işçi işlədərək DSMF-nin Şirvan şəhər şöbəsinə ödənişlər edir. Lakin Cavabdeh1, Cavabdeh2 və X1 iş fəalliyətinə xələl gətirərək, onlar kimi sahibkarlara maneələr törədir. Belə ki, Cavabdeh1, 30 iyul 2023-ci ildə rəsmi ərizə ilə onlara müraciət edərək, ümumi dəyəri 650 (altı yüz əlli) manat olan bir ədəd T/V Hofman (109) olan ilkin ödəniş etmədən, qrafikə uyğun olaraq , birinci ay 650 ( altı yüz əlli) manat olmaqla ödəmək şərti ilə kreditlə götürmüşdür. Lakin bu günə kimi qalıq borcdan ödəniş ödilməmişdir. Buna əsasən 650 (altı yüz əlli) manat əsas borc, 149 (yüz qırx doqquz) manat cərimə, ümumilikdə isə 799 (yeddi yüz) manat məbləğində borc yaranmışdır. Araşdırma aparılıb sənədlər yoxlandıqdan sonra, yuxarıda qeyd edilən bir ədəd T/V ofman (109) 650.0 ( altı yüz əlli ) manat , həmin şərtlə verilib. Bu barədə Cavabdeh1 ilə 30 iyul 2023-ci İl tarixli “942” saylı müqavilə imzalanmışdır. Lakin Cavabdeh1 30 iyul 2023-ci il tarixdən bu günə kimi qaliq borcdan ödəniş edilməmişdir. Nəticədə kredit müqaviləsinin tələblərinə əsasən 650 (altı yüz əlli) manat əsas borc 149 (yüz qırx doqquz) manat cərimə ümumilikdə isə 799 (yeddi yüz doxan doqquz) manat məbləğində borc yaranmışdır. Bu barədə borcluya və zaminlərə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Borclular borcunu ödəməkdən boyun qaçırdığından məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı etiraf etmədi və izahat verərək bildirdi ki, iddia tələbi razı deyiləm, belə ki, 650 (altı yüz əlli) manat məbləğində televizor nisyə götürülsə də, həmin televizorun pulu iddiaçıya ödənilmişdir. O, iddiaçının evini təmir etmiş, ona veriləcək puldan televizora olan borca silinməsi barədə razılığa gəlmişlər. Lakin bununla bağlı hər hansı sənədi məhkəməyə təqdim edə bilmir. Şahidi vardır ki, o Fəxrəddinə olan borcunun ödəməsini təsdiq edə bilər. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh1 məhkəmə bildirişi verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh3 qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin qeydiyyatda olduğu ünvandan köçməsi səbəbindən bildiriş geri qaytarılmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. İş materiallarında olan : Yazılı formada tərtib edilmiş xx.xx.2023-cü il tarixli 942 saylı müqavilədən görünür ki, Cavabdeh1 X2 xx.xx.2023-cü il tarixdə 650 (altı yüz əlli) manat dəyərində götürdüyü Hofman 109 smart 1 aya, xx.xx.2023-cü ilədək tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Yazılı formada tərtib edilmiş xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 X2 xx.xx.2023-cü il tarixli 942 saylı müqavilə üzrə zamin qismində Cavabdeh2 öhdəliyin təminatı qismində müqaviləni imzalamışdır. Yazılı formada tərtib edilmiş xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 X2 xx.xx.2023-cü il tarixli 942 saylı müqavilə üzrə zamin qismində Cavabdeh3 öhdəliyin təminatı qismində müqaviləni imzalamışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sahibkar X4 məxsus mağaza ilə bağlanmış “942” saylı 30 iyul 2023-cü il tarixli müqaviləyə əsasən 1 (bir) ay müddətinə ümumi dəyəri 650 (altı yüz əlli) manat olan bir ədəd T/V Hofman (109) 650 (altı yüz əlli) manat telefon kreditlə götürmüşdür. Belə ki, 30 iyul 2023-cü il tarixinə borcalanan mağazaya 650 (altı yüz əlli) manat əsas borc və 149 (yüz qırx doqquz) manat cərimə borcu, cəmi 799 manat (yeddi yüz doxsan doqquz) manat məbləğində cərimə borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 21255450 nömrəli alqı-satqı müqaviləsi üzrə Kombi “Demir Dokum” tam qüsursuz halda təhvil verilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin : 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4 və 600.5-ci maddələrinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Beləliklə, məhkəmə tərəflər arasında malların nisyə alqı-satqı münasibətlərinin mövcud olmasını, satılmış televizora görə cəmi 650 manat məbləğində ödənilməmiş pulun qalmasını nəzərə alıb, hesab edir ki, Cavabdeh1 nisyə aldığı televizora görə iddiaçı X4 əsas borc olaraq 650 manat məbləğində pul ödəməlidir. Bundan əlavə, MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 149 manat məbləğdə dəbbə pulunun 10 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar nisyə alqı-satqı müqaviləsi üzrə alınmış borca görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nisyə alğı-satqı müqaviləsi üzrə alınmış borca görə zamin olduqlarından, onlar Cavabdeh1 iddiaçı qarşısında olan öhdəliyinin təminatını öz üzərlərinə götürmüşlər. Cavabdeh2 və Cavabdeh3 zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədiklərindən, Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid göstərdi ki, Cavabdeh2 onun qudasıdır. O, Musa ilə birlikdə Fəxrəddinin oğlunun evində təmir işi görmüşlər, bu işin müqabilində Fəxrəddin tərəfindən hissə-hissə onlara pul ödənilmişdir. Musa Fəxrəddindən televizor, sərinkeş almışdır. Fəxrəddinin oğlunun evində təmir işi gördüklərinə görə ümumlikdə 7000 manat pul ödənilmiş, həmin puldan ona 400 manat pul verilmişdir. O bilir ki, onlara ödənilən puldan televizorun pulu Musaya çatası puldan çıxılmışdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş şahidin ifadəsini tədqiq edərək lazımi hüquqi qiymət verərək qeyd edir ki, məhz mübahisə edilən pul vəsaitinin iddiaçıya verilməsi barədə dəqiq və dolğun məlumatlar vermədiyindən, habelə verdiyi informasiya digər mötəbər sübutlarla təsdiq edilmədiyindən onların məhkəmə üçün sübutetmə qüvvəsi yoxdur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarına görə Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti,non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil,iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bununla yanaşı, məhkəmə qeyd edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri 100 manat məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 650 (altı yüz əlli) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 660 (altı yüz altmış) manat məbləğində və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada alınaraq iddiaçı X4 verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar