Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-739/2024 04.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)- 1108/2015 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin ona verilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh X7 ilə xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2012-ci il tarixdə X3 adlı bir övladları anadan olmuşdur. Aralarında olan nikah münasibətləri Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(032)-1108/2015 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş X3 ananın himayəsində saxlanmış, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmamış və uşağın saxlanması üçün ona heç bir zəruri maddi yardım göstərməmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşağın atasına qarşı ehtiyac və tələbatları artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(032)-1108/2015 saylı qətnaməsi ilə təyin edilmiş aliment uşağın tələbatı üçün bu günkü həyat şəraiti, uşağın saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatlarının alınması və s. ilə uyğunlaşmır. O, hazırda heç bir yerdə işləmir və müntəzəm gəlir yeri yoxdur. Ona görə də uşağın saxlanılmasında maddi çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda uşaq “ sağ alın payının abssesi” diaqnozu ilə müalicə alır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianı etiraf etmədi, izahat verərək bildirdi ki , iddia tələbi ilə razı deyil. Belə ki, oğlu xəstədir, lakin onun xəstəliyinə dair sənədi təqdim edə bilmir, oğlunun alimenti ödəməyə maddi imkanı çatmır. İşləmir, heç bir yerdən gəliri yoxdur. İddiaçının qeyd etdiyi kimi uşaq xəstə deyil, uşağın xəstəliyinə dair olan sənədlər saxta sənədlərdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan : xx.xx.2016-cı ildə tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci ildə Şirvan şəhərində anadan olmuş X2 atası Rövşən Dadaşzadə, anası Nigar Dadaşovadır . AZ-İ seriyalı 229565 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 04 fevral 2016-cı il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Dadaşov , qadına Həmidova soyadı verilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-1108/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin olunması, Cavabdeh ilə X8 arasında xx.xx.2012-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 162 saylı nikah qeydinin pozulması, onların birgə nikahlarından 13 iyul 2012-ci il tarixdə anadan olmuş X2 iddiaçı X4 himayəsində saxlanılması, 13 iyul 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəli 13 may 2015-ci ildən hesablanmaqla xx.xx.1988-ci ildə Rusiya Federasiyası Kemerov vilayətində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh hər ay 100 manat sabit oul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-1345/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmısi, Şirvan şəhər Məhkəməsinin 2(032)-120/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Bəxtiyar Babayev tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən “Şirvan Şəhər Məhkəməsnin 2(032)-1108/2015 saylı 22 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə birgə nikahdan 13 iyul 2012-ci il tarixdə doğulmuş X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşağa görə müəyyən edilmiş 100 manat alimenti miqdarının dəyişdirilərək artırılması, 13 iyul 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəli Şirvan şəhər Məhkəməsinin 2(032)-120/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şirvan şəhəri N.Nərimanov küçəsi ev 9, mənzil 14-də qeydiyyatda olan, 21 avqust 1988-ci il təvəllüdlü Cavabdeh uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı verilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə İddiaçı qarşılıqlı iddia tələbi təmin edilməməsi, qətnamənin iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Bəxtiyar Babayev tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024-00404 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarı yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Qeyd edilməlidir ki, hazırkı iş üzrə İddiaçı Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-1108/2015 saylı qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonrakı ötən müddət ərzində ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə də, ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri sübut etmə yükü məhz İddiaçı üzərinə düşür. Onun tərəfindən tələbini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması ilə bağlı iddiaçının tələbi zahirən qanuna uyğun təəssürat yaratsa da, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunu və təyinatına cavab verən kimi qəbul oluna bilməz. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın səhhəti ilə bağlı xərcləri , eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla dəyişdirilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanları, habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmaması halını nəzərə alıb hesab edir ki, iddia qismən təmin olunaraq Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-1108/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır . Habelə MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (180-100=80 manat, 80 x 12 = 960 manat) 1000 manatadək olduğundan, cavabdehdən 30 manat dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-1108/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh dövlət rüsumu üçün 30 (otuz) manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-739/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-739/2024
04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver