Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-754/2023 23.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(032)- 1449/2020 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşağının saxlanılması üçün cavabdeh X1 hər ay alınaraq ona verilməsi qət olunmuş 170 manat sabit pul məbləğində olan alimentin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə xx.xx.2016-cı il tarixində rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5 adlı bir uşaqları doğulmuşdur. Sonradan cavabdehlə münasibətləri pozulduğundan Şirvan şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(032)-1449/2020 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Şirvan şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(032)-1449/2020 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqlarının saxlanılması üçün cavabdeh X1 hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Halhazırda Şirvan şəhər məhkəməsinin 25 noyabr 2020ci il tarixli, 2(032)-1449/2020 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqlarının saxlanılması üçün cavabdeh X1 170 manat sabit pul məbləğində alimenti güc-bəla, hissə-hissədə olsa alır. Cavabdehdən almış olduğu 170 manat sabit pul məbləğində olan aliment məbləği azdır və uşağının saxlanılması üçün yetərli deyildir. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edilərkən uşağın yaşı az olduğundan həmin vaxt onun geyimə, yeməyə olan tələbatı da hal-hazırkı tələbatından olduqca aşağı olmuşdur. Çünki uşaq böyüdükcə onun geyməyə, yeməyə və qayğıya olan tələbatları da artmışdır. Bu hal uşağın maddi təminatının artırılmasını zəruri edir. Habelə, 170 manat məbləğində aliment hazırki bazar iqtisadiyyatı şəraitində azlıq təşkil edir. Digər tərəfdən, mən heç bir yerdə işləmir, əlavə qazancı yoxdur. Eyni zamanda, yaxın qohumlarından hər hansı bir şəxs tərəfindən ona maddi yardım göstərilmir. Belə bir vəziyyətdə cavabdeh uşağın saxlanılması və əlavə xərclərlə bağlı heç bir maddi yardım göstərmir. Belə olan halda uşağın saxlanılmasını təkbaşına həyata keçirən ana olaraq onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaq və digər ehtiyaclarını ödəməkdə ciddi çətinliklə üzləşmişdir. Cavabdehin bu günki gün maddi durumu yüksəkdir. Onun maddi durumu uşağın saxlanılması üçün 220 manat aliment ödəməyə imkan verir. Aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq izahatında bildirdi ki, özü parfumeriya dükanında işləyir, aylıq qazancı 150 manat təşkil edir. xx.xx.2019-cu il təvəllüdlü X5 epilepsiya xəstəsidir, uşağın qızdırması olduğu vaxt sudurğası tutur, onu həkimə aparmaq məcburiyyətində qalır. Uşağının dərman pullarına onun atası və anası köməklik edir. Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh müəyyən edilmiş 170 manat alimenti heç ödəmək iqtidarında deyil. Belə ki, Pünhan Baxşalıyev fəhlə işləyir, aylıq gəliri təxminən 320-330 manatdır. Bundan başqa onun heç bir əlavə gəliri yoxdur. Kredit borcu var, Bakı şəhərində kirayədə qalır, kirayə haqqı olaraq 450 manat ödəniş edir. Məhkəmə iddiaçı ilə aralarında nikahı pozduqdan sonra o, ailə qurmuşdur, həmin nikahdan xx.xx.2022-ci il tarixdə anadan olmuş X14 adlı bir övladı vardır. Həmin uşağın böyüməsi üçün maddi və mənəvi qayğılarının göstərilməsi üçün əmək haqqısı yetərli deyildir. Bu səbəbdən də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(032)-1449/2020 saylı qətnaməsi ilə iddiaçının İddiaçı cavabdeh X6 ilə Hacıqabul rayon Qeydiyyat şöbəsində xx.xx.2016-cı ildə 381 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2019-cu ildə anadan olmuş X3 İddiaçı yanında qalması müəyyən edilməsi, cavabdeh X1 xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 446124 saylı atalığın müəyyən edilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə X8 doğulmuş X9 atası hesab edilmişdir. Doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X2 X13 ilə birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X14 adlı uşaqları anadan olmuşdur. xx.xx.2023-cü il tarixli kirayə müqaviləsindən görünür ki, X7 hazırda Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev kirayə qalır, aylıq 450 manat kirayə haqqı ödəyir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay 190 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Şirvan şəhər Məhkəməsinin 2(032)-1449/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı xx.xx.2019-cu il təvəllüdlü X3 yekinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 İddiaçı xeyrinə hər ay 190 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 20 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 840 manat (20x12=240) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-1449/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə X1 İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 İddiaçı xeyrinə hər ay 190 manat sabit pul məbləğində aliment tutulsun. X1 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-754/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-754/2023
23.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver