Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-764/2023 18.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbi barədə iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maşınına dəymiş ziyanın əvəzi olaraq 1020 manat pulun və ödənilmiş 40 manat 20 qəpik dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünə məxsus olan “Mercedes Benz E220” markalı, ** OK *** qeydiyyat nömrəli avtomobili qardaşı Nümayəndə idarə edib. xx.xx.2022-ci il tarixdə, saat 18:10 radələrində Hacıqabul rayonu, Horadiz yolunun 5-ci kilometrliyində heyvan keçidi olmayan yerdə ünvan 1 ünvanında yaşayan Cavabdeh iribuynuzlu mal qaranı yoldan keçirərkən yol hərəkəti qaydalarını pozaraq onun öhdəsində olan inək yolda qardaşı Nümayəndə idarə etdiyi ona məxsus olan “Mercedes Benz E220” markalı ** OK *** qeydiyyat nömrəli avtomobilə dəyərək avtomobilə zərər yetirmişdir. Azərbaycan Respublikasının DİN-nin Baş Yol Polis İdarəsinin Sabirabad bölməsinin əməkdaşları hadisə yerinə gəlmiş Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən inzibati xəta protokolu tərtib edilərək barəsində tədbir görülməsi üçün toplanmış material Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixdə materiallara baxaraq Cavabdeh 80 manat məbləğində cərimə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:10 radələrində Cavabdeh şəxsi mülkiyyətində olan iribuynuzlu mal qaranın keçidi olmayan yerdə keçirərkən onun inəyi maşınını vuraraq zərər yetirmişdir. Özünə məxsus olan “Mercedes Benz E220” markalı ** OK *** qeydiyyat nömrəli avtomobilə Cavabdeh mal qarası vurması nəticəsində dəymiş olduğu ziyanı müəyyən edilməsi üçün Beyləqan şəhəri, H.Əliyev prospekti 21-də yerləşən “Sərxan” Avtomotoservis və ticarət firmasının xx.xx.2022-ci il tarixli SA 141№ yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün ziyan aktında nəqliyyat vasitəsində əzilmiş, qırılmış, deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşmüş hissələrinin və tələb olunan materialın dəyərinin 600 manat təşkil etdiyini, nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə salınması, təmiri, rənglənməsi və hadisə yerindən təmir sexinə daşınması üçün tələb olunan xidmət haqqının məbləği 400 manat təşkil etdiyi, yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 1000 manat təşkil etdiyi göstərilmişdir. Nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün qeyd olunan “Sərxan” avtomotoservis 198 103 nömrəli kassa qəbzi ilə 20 manat pul ödəmişdir. İddiaçı və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus İddiaçı məxsus “Mercedes Benz E220” markalı ** OK *** qeydiyyat nömrəli avtomobilə dəymiş və nəticədə onun inəyi tələf olmuşdur. Hadisə yerinə DİN-in Baş Yol Polis İdarəsinin Sabirabad bölməsinin əməkdaşları gəlmiş, guya günahın onda olduğu üçün protokol tərtib olunmasını bildirdilər. Həmin vaxt iddiaçı ona bildirdi ki, “avtomobildə elə bir problem yoxdur, 200 manat pul ver aranızdakı məsələni həll edək”, ona “mənim günahım ucbatından olmayıb” deyərək razılaşmadı və polis əməkdaşı onun barəsində nədənsə protokol tərtib edib aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərdi. Şirvan şəhər Məhkəməsi xx.xx.2022-ci il tarixdə İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. İddia ərizəsi ilə razı deyil, verilən ziyan aktı düzgün yazılmayıb, həddindən artıq şişirdilmiş qiymətlər yazılıb. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(032)-1426/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli, SA 141 nömrəli ziyan aktında göstərilmişdir ki, yol nəqliyyat hadisəsi zamanı avtomaşının qabaq sağ farası, alın şüşəsi, sağ yan güzgüsü güclü zərbə nəticəsində izlərək yararsız vəziyyətə düşmüşdür. Nəqliyyat vasitəsində əzilmiş,qırılmış, deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşmüş hissələrin və tələb olunan materialların dəyəri 600 manat təşkil edir. Nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə salınması, təmiri, rənglənməsi və hadisə yerindən təmir sexinə daşınması üçün tələb olunan xidmət haqqının məbləği 400 manat təşkil eidr. Yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 1000 manat təşkil edir. Sifarişçi nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün xidmət haqqı olaraq ziyan məbləğinin 2%-ni müəssisənin kassasına 198103 nömrəli qəbzlə 20 manat pul vəsaiti xidəmət haqqı ödəyir. X1 məxsus olan “Mercedes Benz E220” markalı, AZ ** OK *** dövlət qeydiyyat nişanlı avtomaşına yolnəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın siyahısında göstərilmişdir ki, qabaq sağ fara 1 ədəd 180 manat, alın şüşəsi 1 ədəd 240 manat, sağ yan güzgü 1 ədəd 90 manat, qabaq sağ qənəd 1 ədəd, qabaq kapot 1 ədəd, avtoemal “gümüş metal” 0.5 kq 30 manat, şpatilovka 1 kq 10 manat, qurunt 1 kq 10 manat, lak örtük 1 kq 40 manat, dəmirçi ustaya 100 manat, rəngsaz ustaya 300 manat, cəmi 1.000 manat məbləğində hesablanmışdır. Məhkəmə iddiaçının izahatını yoxlamaq məqsədilə və cavabdehin hazırki ziyanın məbləğini mübahislələndirməsi ilə əlaqədar eləcədə, mülki işlə bağlı bütün məsələləri tam, obyektiv və hərtərəfli araşdırmaq üçün iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Şirvan şəhər Məhkəməsinin 2(032)-764/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2023-cü il tarixli, 9/5207 saylı rəyində göstərilmişdir ki, “Sərxan” avtomotoservis və ticarəti firması tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Mercedes Benz E220” markalı, AZ ** OK *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 1000 manat müəyyən edilir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri hissəsinə gəldikdə isə ödənilmiş 40 manat 20 qəpik dövlət rüsumundan və aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdan ibarətdir. Beləliklə, məhkəmə iş üzrə yekun nəticəyə gələrək hesab edir ki, iddiaçıya tələbində göstərdiyi ziyanın cavabdeh tərəfindən ona vurulması tam şəkildə sübuta yetirilmişdir və bu səbəbdən də iddia təmin edilməli, cavabdehdən maddi ziyana görə 1000 manat, həmçinin iddiaçının texniki servisin ona göstərdiyi xidmət müqabilində verdiyi 20 manat pul, dövlət rüsumu kimi 40 manat 20 qəpik pul alınaraq İddiaçı verilməli və iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehdən alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddia təmin edilsin. Cavabdeh 1020 (bir min iyirmi) manat dəymiş maddi ziyan və ödənilmiş 40 manat 20 qəpik dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-764/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-764/2023
18.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver