Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-78/2024 29.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, X29 katibliyi, İddiaçı, Cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Nümayəndə3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Nümayəndə3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Nümayəndə3 1900 manat borcun və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun mərhum X5 miras qalmış əmlaka yönəldilməklə ödənilməsi və ya mərhumun vərəsəsi olan cavabdehlərdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Nümayəndə3 həyat yoldaşı, Cavabdeh2 atası mərhum X9 uzun illər müddətində yaxından tanımış və bir-birləri ilə səmimi münasibətləri olmuşdur. O, 2022-ci ildə vəfat etmişdir. X26 böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi. O, bu xəstəliklə bağlı davamlı olaraq müalicə olunurdu. Onun müalicəsi külli miqdarda vəsait tələb edirdi. X26 müalicə xərclərindən ötrü yaxın münasibətdə olduğu tanışlarına müraciət edirdi. Bu səbəbdən ona da müraciət edərək 2000 manat məbləğində borc pul verməyini xahiş etdi. Yaxından tanıdığından ona 1900 manat məbləğində borc pul vermişdir. X23 1900 manat məbləğində pulu verərkən onunla notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə X26 ondan aldığı 1900 manat məbləğində pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq ümumiyyətlə ona ödəniş olunmamışdır. Vurğun Şükürov vəfat etdikdən sonra ona kredit müqaviləsi üzrə borclu olduğu pulu cavabdehlərdən qaytarılmasını xahiş etsə də, nəticəsi olmamışdır. Cavabdeh tərəf müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişlər. Cavabdeh X19 mərhum Vurğu Şükürovun həyat yoldaşı, Cavabdeh2 isə onun qızıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, yoldaşı 2021-ci ilin mart ayında iddiaçı ilə notarial qaydada 1900 manat məbləğində pulun alınması ilə bağlı müqavilə imzalamışdır. Həmin müqavilənin evdə görmüşdür. Müqavilənin 1 ay müddəti olmuşdur. 4 ay sonra isə yəni sentyabr ayının 5-də yoldaşı vəfat etmişdir. Yoldaşı sağlığında borcunu qaytardığını bildirmişdir. Vərəsəliklə bağlı yoldaşından onlara heç bir miras qalmamışdır. Özü isə ankoloji xəstədir. Ağır əməliyyat keçirmişdir. Hazırda kirayədə yaşayır. Qeyd edilən borcu qaytarmağa maddi imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X15 ilə X19 arasında nikah xx.xx.1994-cü ildə 253 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 02 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, X16, Cavabdeh2, X14, X17, X15, X10, X7, X18 və Nümayəndə3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. X16, X14, X2 Aysel Ağabala qızı, X7 və X3 şəhər, Ş.Şükürov küçəsi dalan 3, ev 8 ünvanında qeydiyyatdadır və yaşayır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X11 1900 manat məbləğində pulu xx.xx.2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanına dair 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv materiallarında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin məktubunda göstərilmişdir ki, “Elektron Notariat” İnformasiya sistemində X8 adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məktubunda göstərilmişdir ki, şəxsin təvəllüdlü və ya fərdi identifikasiya nömrəsi barədə məlumat qeyd olunmadığından, onun adına daşınmaz əmlakın olub-olmaması haqqında məlumatın təqdim edilməsi mümkün olmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-78/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Nümayəndə3 və Cavabdeh2 müştərək qaydada 1900 (bir min doqquz yüz) manat məbləğində pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Nümayəndə3 nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-78/2024 saylı qiyabi qətnaməsindən məlumatları olmamışdır, hazırda Şükürov Vurğun vəfat etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)- 78/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-78/2024 saylı qərardadı ilə cavabdeh Nümayəndə3 nümayəndəsi Nümayəndə2 qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsi təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)- 78/2024 saylı qətnaməsi ləğv edilərək məhkəmə hazırlıq iclası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 1337/10-26 nömrəli məktubundan görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixində borclu X6 əmək haqqından tutulmalar məqsədi ilə onun işlədiyi "xxxx" ASC-yə göndərilmişdir. İş yerindən təqdim olunan çıxarışdan aydın olur ki, borclu X4 əmək haqqından cəmi 1 ay müddətində (269.50 manat) tutulma aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Həmin Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin faktki hallarından və iş üzrə tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, borc münasibətlərinin tərəfləri borc verən İddiaçı və borcalan X15 olmuşdur. Lakin borcalan xx.xx.2021-ci il tarixdə vəfat etmiş, hazırda iddiaçı borc verən İddiaçı pulun qaytarılmasını X8 faktiki vərəsələri olan cavabdehlər Nümayəndə3 və Cavabdeh2 tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, mərhum X15 götürdüyü borcu İddiaçı qaytarmamış, öhdəliyini icra etməmişdir. Bununla bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarını xüsusilə qeyd etməyi zəruri hesab edir. Göstərilən qərara əsasən borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qiyabi icraat çərçivəsində işi hüquqi qiymətləndirib belə hesab edir ki, hazırda cavabdehlərin mərhum X1 mirası rəsmi qəbul etmələrinə dair məhkəmədə hər hansı məlumat olmamasına baxmayaraq, məhkəmə onları mərhum borcalanın faktiki vərəsələri kimi qəbul edib, onlardan borcalan kimi X8 kreditor İddiaçı qarşısında öhdəliyinin icrasını təmin etməyi müəyyən edə bilər. Göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, iddia təmin edilməli cavabdehlər Nümayəndə3 və Cavabdeh2 1900 manat məbləğində pul müştərək qaydada alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 40 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Nümayəndə3 müştərək qaydada 1900 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-78/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-78/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver