Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-796/2023 03.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4.000 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsinə göndərilməlidir. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarının surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə Şirvan şəhərində anadan olmuşdur və Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, Hərbi şəhərciyi 470, N saylı hərbi hissədə rəsmi qeydiyyatdadır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının pul tələbinə dair iddiası cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə Abşeron rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa hakim işi aidiyyəti üzrə göndərməlidir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Beləliklə işin faktiki halları ilə müəyyən olundu ki, cavabdehin rəsmi ünvanı Abşeron rayonudur, iddiaçı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə hesab edir ki, hazırki mülki iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə 2(032)-796/2023 saylı mülki iş baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-796/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-796/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver