Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-799/2023 11.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Cavabdeh1 10750 manat məbləğində pulun, hər iki cavabdehdən maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 10000 manat məbləğində təzminatın müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2-ci qrup Qarabağ Müharibəsi əlilidir, hərəkət qabiliyyətində problemlər olduğu üçün özünə nəqliyyat vasitəsi almaq qərarına gəlmiş, buna görə də xx.xx.2022-ci il tarixdə Cavabdeh1 etibarnamə əsasında **-UU-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomaşını 10750 (on min yeddi yüz əlli) manat ödəməklə almışdır. Avtomobili bir müddət etibarnamə əsasında idarə etdikdən sonra xx.xx.2022-ci il tarixdə maşını oğlu X10 adına rəsmiləşdirmək üçün Sumqayıt şəhər DYPnin X11 müraciət etmiş, orada ona məlum olmuşdur ki, almış olduğu **-UU-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomaşın hazırda “İnterpol” (Beynəlxalq Cinayət Polisi İdarəsi) tərəfindən axtarışdadır. Həmin avomobil Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin cərimə meydançasına aparılmış və hazırda da maşın oradadır. Almış olduğu maşının “İnterpol” (Beynəlxalq Cinayət Polisi İdarəsi) tərəfindən axtarışda olduğunu öyrəndikdən sonra maşını almış olduğu Cavabdeh1 müracitə etmiş, o isə bildirmişdir ki, guya maşının axtarışda olmasından xəbəri yoxdur. Cavabdeh1la bu işdə əlbir olan şəriki digər Cavabdeh2 adlı şəxs ona bildirmişdir ki, heç yerə şikayət etmə, özü maşının problemlərini həll edib maşını onun adına rəsmiləşdirəcəkdir. Onun və oğlu X10 şikayəti əsasında araşdırma aparmış, Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X14 tərəfindən xx.xx.2022-ci ildə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərardan vermiş olduğu şikayət əsasında qərar ləğv edilmiş, Sumqayıt şəhər Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi X8 xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuş və ona dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəfindən cavabdehlər Cavabdeh1 və X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin xahiş etdi hissəsində cavabdehlərdən birinin, yəni X2 adı qeyd edilməmişdir. Ona görə də iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 10.750 manat məbləğində pulun, hər iki cavabdehdən maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 10.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul qəbul edərək izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Lalofo.az səifəsində “Kia Rio” markalı **-UU-*** nömrə nişanlı avtomaşının satışa yerləşdirildiyini görmüş və satış qiyməti çox ucuz olduğundan diqqətini çəkmiş, daha sonra tanışı Cavabdeh2lə əlaqə saxlayaraq ondan avtomobili almaq üçün pul istəmiş, daha sonra həmin avtomaşını satış üçün yerləşdirən Nizami Cahangirovla əlaqə saxlayaraq onunla Bakı şəhəri 4-cü mikrorayon ərazisində görüşmüş və həmin avtomaşına baxdıqda bir qədər təmir işlərinə ehtiyacı olduğunu görmüş və almaq qərarına gəlmişdir. Ondan həmin avtomaşını 9000 manata almış və təxminən bir aya yaxın müddət ərzində təmir etdirmiş, nəticədə 800 manata qədər xərc qoymuş və bir dəfə Sumqayıt maşın bazarında satmaq üçün aparsa da sata bilməmiş, ikinci dəfə xx.xx.2022-ci il tarixdə yenidən Sumqayıt maşın bazarına aparmış və orada Adil adlı bir nəfər maşını almaq istədiyini bildirmiş və birlikdə Sumqayıt şəhəri ərazisində olan bir neçə ustaya getmiş və ustalara baxdıqdan sonra aralarında qiymət danışılmış və 10750 manata razılaşaraq Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən notariusda həmin avtomaşını baş etibarnamə ilə Adil adlı şəxsə satmışdır. Bundan bir neçə ay sonra Adil ona zəng edərək, ondan aldığı maşını adına keçirmək üçün getdiyi zaman avtomaşının İnterpol xətti üzrə axtarışda olduğu müəyyən edildiyindən həmin avtomaşının duracağa yerləşdirildiyini bildirmişdir. O, bundan sonra avtomaşını aldığı Nizami adlı şəxsə zəng etmiş, o, avtomaşını aldığı şəxsin nömrəsini vermiş və o, həmin nömrəyə zəng etdikdə zəng çatmamışdır. Bundan sonra Adil adlı şəxs ondan pulunu tələb etmişdir. Avtomaşını satdığı zaman axtarışda olduğunu bilməmişdir. Avtomaşını satdığı zaman notariusda ona 99- UU397 nömrə nişanlı avtomaşının xx.xx.2022-ci il tarixdən İtaliya Respublikasındın İnterpol xətti üzrə beynəlxalq axtarışa verildiyi barədə heç nə deyilməmiş və etibamamə verilmişdir. Əlavə olaraq Cavabdeh1 iddia tələbinin 10750 manat pulun tutulması hissəsində qəbul etdiyini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında cavabdeh Quliyev X6 Nurlan Valeh oğlunun izahatına uyğun izahat verərək, iddianı qəbul qəbul etdiyini, ondan 10750 manat pulun tutulmasına etirazı olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X8 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, X4, X7, X13, X5 və Cavabdeh1 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2 maddəsinə əsasən rədd edilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X9 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, X10 əməinə cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-101017/2023 nömrəli məktubundan görünür ki, KİA RİO markalı KNEDE**********81 ban nömrəli nəqliyyat vasitəsinin İtaliyada oğurlandığı üçün “İnterpol” tərəfindən axtarışda olması barədə müvafiq sistemdə məlumat mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 etibarnamə əsasında **-UU-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomaşını 10750 (on min yeddi yüz əlli) manat ödəməklə almışdır. Avtomobili bir müddət etibarnamə əsasında idarə etdikdən sonra xx.xx.2022-ci il tarixdə maşını oğlu X10 adına rəsmiləşdirmək üçün Sumqayıt şəhər DYP-nin X11 müraciət etmiş, orada ona məlum olmuşdur ki, almış olduğu **-UU-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomaşın hazırda “İnterpol” (Beynəlxalq Cinayət Polisi İdarəsi) tərəfindən axtarışdadır. Həmin avomobil Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin cərimə meydançasına aparılmış və hazırda da maşın oradadır. Cavabdehlər isə həmin 10750 manat pul almış olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia 10750 manat pulun İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilməsi sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.1-ci maddəsinə görəiddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehlərin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 10750 manat pul alınaraq İddiaçı verilməlidir. İddia ərizəsindən göründüyü kimi iddiaçı ona dəymiş 5000 manat maddi zərərin cavabdehlər tərəfindən ödənilməli olduğunu Mülki Məcəllənin 1096-cı maddəsinin tələbləri qaydasında onların mülki hüquqi məsuliyyətinin yaranması ilə əsaslandırmışdır. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdehlərin mülki hüquqi məsuliyyətləri yaranmamışdır. Bu zaman məhkəmə nəzərə alır ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehlərin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələri tələb olunur. İddiaçının tələbi üzrə istinad etdiyi hallar sübuta yetirilmədiyindən iddiaçının ona dəymiş 5000 manatlıq maddi ziyanın cavabdehlər tərəfindən ödənilməli olduğuna dair iddia tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığından həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən 5000 manat maddi zərərin tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdehlərə yönəltdiyi tələbinin ona dəymiş maddi ziyan hissəsi təmin edilmədiyindən müvafiq olaraq da tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır. Çünki həmin tələb digər tələblərdən birbaşa asılıdır və məhz onların mövcudluğu halında məhkəmə tərəfindən qiymətləndirilərək münasibət bildirilə bilər. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 10750 manat pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 10750 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-799/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-799/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver