Məhkəmə qərarları › İş №2(032)-802/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-802/2023

19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-802/2023 19.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Heydərov Fərrux Fəttah oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 150 manat məbləğində alimentin miqdarının artırılaraq 220 manat sabit pul məbləğində alimentin ərizənin verildiyi gündən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında xx.xx.2009-cu il tarixli 624 saylı rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da sonradan fikir ayrılıqları səbəbi ilə aralarında mübahisələr yaranmış və Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(032)- 452/2012 saylı qətnaməsi ilə rəsmi nikaha xitam verilmiş, birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X3 ananın himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanması üçün cavabde Cavabdeh hər ay 87 manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Sonradan övladının tələbatlarını, xəstə olması səbəbi ilə həkim, dərman xərclərini ödəyə bilmədiyinə görə alimentin miqdarının artırılması tələbi ilə bağlı Şirvan şəhər Məhkəməsinə müraciət etdi və Şirvan şəhər Məhkəməsinin qərarına əsasən alimentin miqdarı dəyişdirilərək 150 manat məbləğində təyin edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Təyin olunmuş alimentin məbləği övladının tələbatını təmin etmir, onun təhsilinə, sğalamlığına, dolanışığına xeyli vəsait tələb olunur. Xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Övladı əqli inkişafın geriliyindən əziyyət çəkir, vaxtında müayinə və müalicə olunmazsa, 18 yaşı tamam olanadək beyin inkişafı tamamı ilə pozulacaq. Mütəmadi olaraq müalicə alması üçün maddi imkanı yoxdur. Heç bir yerdən əlavə gəliri, qazancı yoxdur. İddiaçı məhkəmə iclasında iştirak edərək və iddianı müdafiə edərək 120 manat məbləğində alimentin artırılaraq 220 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə məlum telefon nömrəsi vasitəsilə sms xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə Cavabdeh oğunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(032)-452/2012 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X2 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-1666/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilərək artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(032)-83/2012 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat miqdarında alimentin dəyişdirilərək artırılması, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin tutulmasının əvvəli Şirvan şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-1666/2017 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(106)-1965/2017 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-1666/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ilə birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Bakı Baş Səhiyyə X6 Şəxsi 4 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 yüngül dərəcəli əqli gerilik diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, cavabdehin maddi vəziyyətini, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Məhkəmə alimentin miqdarının artırılması üçün qanuni əsasın olması nəticəsinə gələrkən, uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi, nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə iddiaçının tələblərinə münasibət bildirərək qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi, qazanca malik olmaması və ya az gəlirli olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin etməmək üçün əsas yoxdur. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə tərəfindən uşağın saxlanılması üçün müəyyən edilən 120 manat aliment aşağı məbləğ olduğu üçün mütləq şəkildə artırılmalı və aliment məbləğini müəyyən edərkən məhkəmə işin hallarını nəzərə alaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 170 manat təyin edilməsi mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları araşdıraraq, onlara qiymət verərək, eləcədə müəyyən olunmuş aliment miqdarının aşağı səviyyədə olmasını, uşağın yaşını, mövcud ola biləcək maddi tələbatlarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2010cu il təvəllüdlü X3 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maskimal saxlanılması üçün Şirvan şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-1666/2017 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay uşağa görə 120 manat miqdarında aliment dəyişdirilərək artırılmalı, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-802/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 3-cü küçə, 13A ünvanında yaşayan xx.xx.1981-ci ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş Cavabdeh uşağa görə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdehdən dövlət nəfinə alınmalıdır. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq cavabdehdən 40 manat 40 qəpik dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şirvan şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-1666/2017 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay uşağa görə 120 manat miqdarında aliment dəyişdirilərək artırılmalı, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-802/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 3-cü küçə, 13A ünvanında yaşayan xx.xx.1981-ci ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş Cavabdeh uşağa görə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilsin. Cavabdeh 40 manat 40 qəpik tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar