Məhkəmə qərarları › İş №2(032)-820/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-820/2023

09.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-820/2023 09.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Heydərov Fərrux Fəttah oğlunun katibliyi İddiaçı X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı uşağın atasının icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılması tələbinə dair iddia ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı uşağın atasının icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Zəngilan rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan portaldan çıxarışdan görünür ki, X1 rəsmiqeydə alındığı ünvan Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, ev 37, Cavabdeh isə Zəngilan rayonu, Malatkeşin kəndindir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa hakim işi aidiyyəti üzrə göndərməlidir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Beləliklə işin faktiki halları ilə müəyyən olundu ki, iddiaçının rəsmi ünvanı Bakı şəhəri, Xətai rayonu, cavabdehin rəsmi ünvanı ünvan 3madan ölkə hüdudlarından kənara çıxarılmasıdır. Belə olduğu təqdirdə isə iddiaya cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə ərazi aidiyyətinə görə Zəngilan rayon Məhkəməsində baxılmalıdır. İddiaçının nümayəndəsi mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Zəngilan rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə, yuxarıda sadalanan qanun normalarını rəhbər tutub, tərəfin mövqeyini, işin faktiki halları ilə birlikdə nəzərə alıb belə qənaətə gəlir ki, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Zəngilan rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı uşağın atasının icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılması tələbinə dair iddiası üzrə 2(032)-820/2023 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Zəngilan rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar