Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-821/2023 26.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 558PFAK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 10911.45 (on min doqquz yüz on bir manat, 45 qəpik) manat, bundan 10891.98 (on min səkkiz yüz doxsan bir manat, 98 qəpik) manat əsas, 19.40 (on doqquz manat 40 qəpik) manat faiz, 0.07(0 manat 07 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka predmeti olan “Hyundai Azera” minik markalı (Tip:sedan Buraxılış ili-2013 Ban-KMHFH41BXEA280386) ** GF *** dövlət qeydiyyat nişanlı avtomobdə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi hada, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan “Hyundai Azera” minik markalı (Tip:sedan Buraxılış ili-2013 Ban-KMHFH41BXEA280386) ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulması, həmin avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin cərimə meydançasında saxlanılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(032)-31/2023 saylı qərardadı ilə Ləğv prosesində olan İddiaçı ASC-nin ərizəsi qismən təmin edilərək, Cavabdeh məxsus olan “Hyundai Azera” minik markalı (Tip:sedan, Buraxılış ili-2013 Ban- KMHFH41BXEA280386) ** GF *** qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X1 iddia ərizəsinin baxılmamış saxlanılması və ödənilmiş 123 manat dövlət rüsumunun iddiaçı təşkilata geri qaytarılmasını, eləcə də Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(032)-31/2023 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə ünvanladığı ərizədən göründüyü kimi iddiaçı mülki iş üzrə iddianın baxılmamış saxlanılmasını və Cavabdeh məxsus olan “Hyundai Azera” minik markalı (Tip:sedan, Buraxılış ili-2013 Ban-KMHFH41BXEA280386) ** GF *** qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilməsi barədə müvvəqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, ilkin olaraq iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması barədə tələbinə qiymət verərək hesab edir ki, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. İddiaçının Cavabdeh məxsus olan “Hyundai Azera” minik markalı (Tip:sedan, Buraxılış ili-2013 Ban-KMHFH41BXEA280386) ** GF *** qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilməsi barədə müvvəqəti təminat tədbirinin ləğv edilməsinə münasibətədə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barəsində ərizə verdiyindən, həmçinin Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(032)-31/2023 saylı qərardadının ləğv olunmasını xahiş etdiyindən iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmaqla, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(032)-31/2023 saylı qərardadı ləğv olunmalıdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 123 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(032)-31/2023 saylı qərardadı ləğv edilsin. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin və həmin orqana qərardadın icrası barədə Şirvan şəhər Məhkəməsinə məlumat verilməsi tapşırılsın. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş (qəbz nömrəsi **********, xx.xx.2023cü il tarixli) 123 manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-821/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-821/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver