Məhkəmə qərarları › İş №2(032)-859/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-859/2023

22.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-859/2023 22.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Şirvan şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2, X13 və X26 qarşı əmlakda payın müəyyən edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin iddiaçıya verilməsi vəzifəsinin notariat ofisinə həvalə edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Şirvan şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2, X13 və X26 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həyat yoldaşı X5 ilə ər-arvadın ümumi mülkiyyətinə aid olan və X47dan miras qalmış ünvan 1 ünvanında yerləşən 259,3 m2 bağ evinin və 0,05 ha torpaq sahəsinin ½ hissəsinə, yəni 0,025 ha torpaq sahəsinə və bağ evinin 129,65 m2 sahəsinə İddiaçı birgə mülkiyyət hüququ tanınması və ona ünvan 1 ünvanında yerləşən bağ evinin və 0,05 ha torpaq sahəsinin ½ hissəsinə, yəni 0,025 ha torpaq sahəsinə və bağ evinin 129,65 m2 sahəsinə İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə həvalə edilməsi, X5ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 259,3 m2 bağ evinin və 0,05 ha torpaq sahəsinin miras kütləsinə daxil olan 129,65 m2 bağ evinin və 0,025 ha torpaq sahəsinin 81,03 m2 bağ evinə və 0,015 ha torpaq sahəsinə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik payı müəyyən edilməklə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və ünvan 1 ünvanında yerləşən 259,3 m2 bağ evinin və 0,05 ha torpaq sahəsinin 81,03 m2 bağ evinə və 0,015 ha torpaq sahəsinə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə həvalə edilməsi, X5 ilə İddiaçı, cavabdehlər Cavabdeh2, Gülnarə Şükürovanın və Ramil Şükürovun ümumi birgə mülkiyyətlərində olan ümumi sahəsi 78,7 m2 olan Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzilin (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) X4 məxsus sahəsi (miras əmlakına daxil olan hissəsi) müəyyən edilməsi, həmin hissədə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik payı müəyyən edilərək vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və müəyyən edilmiş vərəsəlik payına mütənasib olaraq İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum həyat yoldaşı miras qoyan X17 ilə 08 may 2007-ci il tarixdə nikaha daxil olmuşdur, birgə nikahlarından uşaqları olmamışdır. X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Miras qoyan X7 birinci nikahından 3 övladları olmuşdur. Həmin övladlar cavabdehlər Cavabdeh2, X23 və X27r. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 adına xx.xx.2012-ci il tarixdə ünvan 2 saylı bağ evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi, həmçinin xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, Xəqani küçəsi, ev 30, 18 saylı mənzilin bir hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı ilə nikahda olarkən miras qoyan X7 adına ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və bağ evi qeydə alınmışdır və xx.xx.2012-ci il tarixdə hüquqların qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan əlavə X3 adına Şirvan şəhəri, Xəqani küçəsi, ev 30, 18 nömrəli mənzilin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Həmin mənzilə dair X3, İddiaçı, cavabdehlər Cavabdeh2, R.Şükürovanın və R.Şükürovun adlarına birgə mülkiyət hüququ verən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Deməli, miras qoyan X3 miras kütləsinə daxil olan əmlakları: 1. ünvan 2 saylı bağ evi və onun yerləşdiyi 0.06 ha topaq sahəsinin ½ hissəsi,

2. Şirvan şəhəri, Xəqani küçəsi, ev 30, 18 nömrəli mənzilin bir hissəsi ölümündən əvvəl miras qoyan X5 xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Notariat ofisində 2 nəfər şahidin iştirakı ilə İddiaçı vəsiyyətnamə verərək, ölən gündən ona məxsus bütün daşınar və daşınmaz əmlakını arvadı İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə hazırda qüvvədədir. Ona görə də, İddiaçı mərhum həyat yoldaşı X6 miras qalmış bütün əmlaklara vəsiyyətnamə üzrə vərəsəlik hüququ vardır. İddiaçı hər iki daşınmaz əmlakı faktiki surətdə onlardan birində yaşayır, digərini isə idarə edir. Hazırki mübahisə vəsiyyətnamə hüququna əsasən həll olunmalıdır. İddiaçı cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə ərizə verərək, mərhum əri X7 adına olan yuxarıda qeyd olunan daşınmaz əmlaklara - ünvan 2 saylı bağ evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsini, Şirvan şəhəri, Xəqani küçəsi, ev 30, 18 nömrəli mənzilə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini tələb etmişdir. Cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı qeyd olunan əmlaklara mülkiyyət hüququ haqqında şəhadətnamə və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Cavabdeh Notariat ofisi imtinanı onunla əsaslandırmışdır ki, ünvan 2 saylı bağ evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi X47 tərəfindən İddiaçı ilə birgə nikah dövründə əldə edilmədiyindən həmin əmlaka dair İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilə bilməz. X44 məxsus digər əmlak - Şirvanı şəhəri, Xəqani küçəsi, ev 30, 18 nömrəli mənzilin birgə nikah dövründə əldə edilməsinə dair İddiaçı tərəfindən cavabdeh notariat ofisinə sübut təqdim edilmədiyinə görə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Onun mərhum əri X6 miras qalmış qeyd olunan əmlaklara dair vəsiyyətnamə üzrə vərəsəlik payı vardır və məhkəmə həmin əmlaklara onun vəsiyyətnamə üzrə vərəsəlik hüququnu tanımalı, eyni zamanda birinci əmlakın ½ hissəsinə mülkiyyət hüququnu tanımalıdır. Birinci əmlak ünvan 2 saylı bağ evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi miras qoyan X7 birinci nikahda olduğu zaman ona “Cihazlar zavodu” X29 tərəfindən xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ayrılmış torpaq sahəsi və bağ evidir. Həmin torpaq sahəsi və bağ evinə dövlət reyestrindən çıxarış xx.xx.2012-ci ildə verilmişdir. Cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisi imtina qərarında iddia edir ki, Əli-Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ayrılmış ünvan 2 saylı bağ evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi X46 tərəfindən onunla birgə nikahdan əvvəl əldə edilmişdir, ona görə də, həmin əmlakda İddiaçı ər-arvadın ümumi mülkiyyət hüququ yoxdur. Lakin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinin qərarında istinad etdiyi DƏDKR 13 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda Əli Bayramı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə X44 1986-cı ildə torpaq sahəsi və bağ evi ayrıldığı göstərilsə də, bu mümkün olan hal deyildir əvvəla ona görə ki, Əli-Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə X44 0,05 ha həyətyanı torpaq sahəsi deyil, 0,06 ha bağ bostan sahəsi ayrılmışdır, yəni bağçılıq-bostançılıq məqsədilə 0,06 ha torpaq sahəsi verilmişdir, bağ evi və 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmamışdır. X47 bağçılığa üzv olmuşdur. Bunlar onu deməyə əsas verir ki, xx.xx.2012-ci il qeydiyyat tarixli, **********53-11301 reyestr nömrəli, Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3 tam payla xüsusi mükiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evi və 0,05 ha torpaq sahəsi Əli-Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ona ayrılmış 0,06 ha bağçılıq torpaq sahəsi deyildir. xx.xx.1986-cı il tarixli 8 saylı protokolla ayrılmış torpaq sahəsi mərhum X18 üçüncü əmlakıdır, həmin əmlak barədə məlumat əldə edilməsi üçün məhkəmə tərəfindən müvafiq sorğular verilməlidir. X4 Əli-Bayramlı “Cihazlar zavodu” HİKnin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ayrılmış 0,06 ha bağçılıq torpaq sahəsi barədə məlumatlar "xxxx" X30 tərəfindən gizlədilir, əmlakın yerləşmə ünvanı protokoldan çıxarış iddiaçıya təqdim olunmur, yalnız şablon xarakterli cavab məktubu verilməklə kifayətlənir. Lakın iddia ərizəsinə əlavə olunmuş sorğulara cavab məktublarından açıq aydın şəkildə görünür ki, Əli Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ayrılmış 0.06 ha torpaq sahəsi ilə X47un adına xx.xx.2012-ci il tarixli **********-11301 reyestr nömrəli Seriya RX ******* nömrəli dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3 tam payla xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evi 0.05 ha torpaq sahəsi ayrı-ayrı əmlaklardır. Ona görə də, məhkəmə tərəfindən Əli-Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ayrılmış 0,06 ha bağçılıq torpaq sahəsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinə (VÖEN: **********) məhkəmə sorğusu göndərilməli, Əli-Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolundan çıxarış tələb olunmalıdır. X4 məxsus olmuş ünvan 1 ünvanında yerləşən bağ evi və 0,05 ha torpaq sahəsi X47 tərəfindən İddiaçı ilə birgə nikahda olduğu vaxt əldə edilmiş əmlakdır. Ona görə də, həmin əmlakın ½ hissəsinə, yəni 0,025 ha torpaq sahəsinə və bağ evinin 129,65 m2 sahəsinə İddiaçı birgə mülkiyyət hüququ, qalan ½ hissəsinə aid hissədə isə vəsiyyətnamə üzrə vərəsəlik payı müəyyən olunmalıdır, yəni miras kütləsinə ünvan 1 ünvanında yerləşən 259,3 m2 sahəsi olan bağ evinin və 0,05 ha torpaq sahəsinin ½ hissəsi — bağ evinin 129,65 m2 sahəsi, torpaq sahəsinin 0,025 ha hissəsi aid edilməlidir. Həmin əmlakda İddiaçı vəsiyyətnamə üzrə 81,03 m2 bağ evinə və 0,015 ha torpaq sahəsinə vəsiyyətnamə üzrə vərəsəlik payı müəyyən edilməklə vərəsəlik hüququ tanınmalıdır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası X49 filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, “Cihazlar zavodu” Həmkarlar İttifaqı Komitəsinin protokolları X49 filialına təhvil verilməyibdir. Əli-Bayramlı XDS İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən müxtəlif idarə və təşkiatlara bağ evi yox, bağçılıq-bostançılıq məqsədilə torpaq sahələri verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC X16 xx.xx.2023-cü il tarixli 06/Ş-04 nömrəli məktubunda qeyd olunur ki, X4 (“Cihazlar zavodu”nun sabiq işçisi) “Cihazlar zavodu” HİT tərəfindən xx.xx.1986-cı il tarixində 8 saylı Protokolla ona 0,06 ha bağ-bostan sahəsi verilmişdir. Lakin iddia ərizəsinə əlavə olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2012-ci il qeydiyyat tarixli, **********53-11301 reyestr nömrəli, Seriya RX ******* nömrəli çıxarışında X47un adına 0,06 ha bağ-bostan sahəsi deyil, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və ümumi sahəsi 259,3 m2 olan bağ evi qeyd olunur. Deməli, bu onu deməyə əsas verir ki, birinci miras əmlak ünvan 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və ümumi sahəsi 259,3 m2 olan bağ evi X44 onun işlədiyi Əli- Bayramlı “Cihazlar Zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ayrılmış 0,06 ha bağ-bostan sahəsi deyildir, həmin 0,06 ha bağ-bostan sahəsi başqa əmlakdır və həmin üçüncü əmlak da müəyyən edilərək miras tərkibinə daxil edilməli və iddiaçının həmin əmlak üzərində vəsiyətnamə üzrə vərəsəlik hüququ tanınmalıdır. İkinci əmlak — xx.xx.2022-ci il qeydiyyat tarixli, **********25-05101-093061 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3, İddiaçı, cavabdehlər Cavabdeh2, Gülnarə Şükürovanın və Ramil Şükürovun birgə mülkiyyətində olan ümumi sahəsi 78,7 m2 olan ünvan 4-in (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) X44 aid hissəsi miras kütləsinə daxil olan əmlakdır. 78,7 m2 sahəsi olan mənzil 5 nəfərin birgə mülkiyyətindədir, həmin mənzilin 1/5 hissəsi X44 məxsus əmlak olduqda, Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzilin 15,74 m2 hissəsi miras əmlakın tərkibinə aiddir. X3 iddiaçı və cavabdehlərlə ümumi birgə mülkiyyətində olmuş Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzilin miras kütləsinə aid olan 15,74 m2 hissəsində İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınaraq vərəsəlik payı müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh2, Gülnarə Şükürova və Ramil Şükürov heç biri miras əmlaklarda yaşamırlar, heç zaman yaşamamışlar və mirası da faktiki qəbul etməmişlər. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X5ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin 0,03125 ha torpaq sahəsi hissəsinə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik payı müəyyən edilməklə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə həvalə edilməsi, həyat yoldaşı X5ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən və birgə nikah dövründə inşa edilmiş 259,3 m2 bağ evinin ½ hissəsinə, yəni bağ evinin 129,65 m2 sahəsinə İddiaçı birgə mülkiyyət hüququ tanınması və mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə həvalə edilməsi, həyat yoldaşı X5ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən və birgə nikah dövründə inşa edilmiş 259,3 m2 bağ evinin digər ½ hissəsinin, yəni 129,65 m2 sahəsinin 81,031 m2 hissəsinə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik payı müəyyən edilməklə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə həvalə edilməsi, X5 ilə İddiaçı, cavabdehlər Cavabdeh2, Gülnarə Şükürovanın və Ramil Şükürovun ümumi birgə mülkiyyətlərində olan ümumi sahəsi 78,7 m2 olan Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzilin (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) X4 məxsus sahəsi (miras əmlakı) müəyyən edilsin, həmin hissədə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik payı müəyyən edilərək vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınması və müəyyən edilmiş vərəsəlik payına mütənasib olaraq iddiaçıya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şirvan şəhəri 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdehlər Cavabdeh2, X23 və X24 faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdirlər, lakin onların həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X43, X32, X38, X25r. İş materiallarında olan Şirvan şəhəri Qeydiyyat şöbəsi tərfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Əli Bayramlı (indiki Şirvan) şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Məmməd qızı xx.xx.2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Əli Bayramlı (indiki Şirvan) şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X28 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikah aktları qeydi kitabında 191 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada “Şükürova” soyadı verilmişdir. İş materiallarında olan Hacıqabul rayon Notariat ofisinin xüsusi notariusu X39 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, X2 rayon Notariat ofisində 2 nəfər şahidin iştirakı ilə İddiaçı vəsiyyətnamə verərək, ölən gündən ona məxsus bütün daşınar və daşınmaz əmlakını arvadı İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsininin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X7 adına xx.xx.2012-ci il tarixdə ünvan 1 saylı bağ evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi, həmçinin xx.xx.2012-ci il tarixdə Şirvan şəhəri, Xəqani küçəsi ev 30, 18 saylı mənzilin bir hissəsi (yeni qaydalarla: AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Xəqani küçəsi ev 30, 18 saylı mənzil (yeni qaydalarla: AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) ümumi birgə mülkiyyətdə olmaqla X7 adına əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 saylı bağ evi X7 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası X49 filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48-DA-14F/2-116/2023 saylı cavab məktubunda qeyd olunur ki, Cihazlar zavodu Həmkarlar İttifaqı Komitəsinin protokolları X49 filialına təhvil verilməyibdir. Əli-Bayramlı XDS İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən müxtəlif idarə və təşkiatlara bağ evi yox, bağçılıq-bostançılıq məqsədilə torpaq sahələri verilmişdir. Hər bir təşkilat isə Həmkərlar Komitəsinin protokoluna əsasən bu torpaq sahələrini bağçılığa üzv olan əməkdaşları arasında bölüşdürülmüşdür. X57 XDS İcraiyyə Komitəsinin sözügedən qərarları mühafizə olunur. Bu qərarlar müxtəlif tarixlərdədir. Vətəndaş işlədiyi müəssisənin Həmkərlar təşkilatından aldığı arayışı onlara təqdim etməklə ona hansı ildə verilmiş. Hansı saylı ümumi qərardan çıxarış verilməsi aydınlaşdırılır. Əgər vətəndaş dəqiq qərar tarixi göstərə bilmirsə ona müvafiq istiqamət verilir. Həmkərlar Komitəsinin müvafiq arayışı olmadan ümumi qərardan çıxarış nə sizə və ya məhrum həyat yoldaşınıza torpaq sahəsi verilməsi faktını təsdiqləmir. İş materiallarında olan Azərbaycan Respublikası X49 filialının xx.xx.2023-cü il tarixli. 3-48-DA-14F/2-116/2023 nömrəli məktubundan görünür ki, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 29 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər sovetinin xx.xx.1985-ci il tarixli qərarına əsasən şəhərdə kollektiv bağçılıq və bostançılığı inkişaf etdirmək məqsədi ilə şəhərin şimal hissəsində 6,0 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Şirvan şəhəri 1 saylı notariat ofisinin Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı qeyd olunan əmlaklara mülkiyyət hüququ haqqında şəhadətnamə və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İmtinada qeyd edilmişdir ki, X19 və Hüseynova (nikahdan sonra Şükürova) Şəfiqə Məstəli qızı xx.xx.2007-ci il tarixdə Əli Bayramlı VVADQ şöbəsində nikaha daxil olmuşlar. X8, X20 və digər şəxslərin ünvan 6 ünvanda yerləşən 78,7 m2 sahəli mənzil ümumi birgə mülkiyyət hüququ DƏDRX tərəfindən ********** nömrə altında xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. X7 Şirvan şəhəri Xəqani kücəsi 226 ünvanda yerləşən 259.3 m2 bağ evinə dair mülkiyyət hüququ DƏDRX tərəfindən ********** nömrə altında xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdir. DƏDKR 13 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda məlumat verilmişdir ki, ünvan 8 ünvanda yerləşən torpaq sahəsi və onun üzərindəki bağ evi Əli Bayramli “Cihazlar Zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu əsasında X7 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi bu əmlak xx.xx.2007-ci il tarixdə bağlanmış nikahdan əvvəl xx.xx.1986-cı il tarixdə əldə edilmişdir. Digər əmlakın ünvan 6 ünvanda yerləşən 78.7 m2 sahəli mənzilin birgə nikah dövründə əldə edilməsinə dair İddiaçı notariat ofisinə sübut təqdim etməmişdir. X17 xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon notariat ofisində təsdiqlənmiş vəsiyyətnaməyə əsasən bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmiş və xx.xx.2021-ci il tarixdə ölmüş, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri 1 saylı notariat ofisində vəsiyyət edənin barəsində vərəsəlik işi açılmışdır. X7 mirasdan məcburi pay hüququ olan vərəsələri Cavabdeh2, X33 və X14r. Vərəsəlik işi üzrə müəyyən edilir ki, mirasın təkibinin müəyyən edilməsi üçün miras qoyanın adına dövlət qeydiyyatına alınmış əmlakın birgə nikah dövründə əldə edilib-edilməməsi müəyyənləşdirilməlidir. Eyni zamanda nikahdan əvvəl əldə edilmiş əmlaka dair ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üzrə notariat hərəkətlərinin aparılmasından imtina edilməldir. İş materiallarında olan Əli Bayramlı şəhər “Cihazlar” zavodu HİK-nin xx.xx.1986-cı il tarixli, 8 saylı protokoldan çıxarışdan görünür ki, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli qərarı ilə “Cihazlar” zavoduna ayrılmış 6.0 ha torpaq sahəsindən “Cihazlar” zavodunun xx.xx.1986-cı il tarixli 8 saylı qərarı ilə zavodun işçisi X10 0.06 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsininin məhkəməyə ünvanladığı X7 adına verilmiş xx.xx.2012-ci il tarixli ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sanədi və həmin sənədin verilməsinə əsas olan sənədlərin, həmçinin torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair qeydlər aparılmış 3 nömrəli dövlət reyestr kitabının 55 nömrəli vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 8 saylı bağ evi iki mərtəbəli ümumi sahəsi 259,3 m2 təşkil edir. Onlardan 115,9 m2 yaşayış sahəsi, 143,4 m2 yarımçı sahədən ibarətdir. İşə əlavə edilmiş Əli Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli icazə məktubundan görünür ki, X11 bağ evinin tikintisinə icazə verilmişdir. Obyetkin Qəbul Komissiyası tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi komissiyasının aktından görünür ki, X15 məxsus Şirvan şəhəri Xəqani küçəsində yerləşən bağ evi istismara qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 saylı bağ evi (Əli Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli icazə məktubuna əsasən X11 bağ evinin tikintisinə icazə verilmiş, Obyetkin Qəbul Komissiyası tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi komissiyasının aktına əsasən bağ evi istismara qəbul edilmişdir.) və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi, həmçinin ümumi birgə mülkiyyətdə olan Şirvan şəhəri, Xəqani küçəsi ev 30, 18 saylı (yeni qaydalarla: AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) mənzilin bir hissəsi (ümumi birgə mülkiyyət hüququna əsasən X17, Cavabdeh2, İddiaçı Məmməd qızı, X33 və X23) X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə həmçinin müəyyən etdi ki, X17 ilə X28 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikah aktları qeydi kitabında 191 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada “Şükürova” soyadı verilmişdir. Məhkəmə eyni zamanda müəyyən etdi ki, X2 rayon Notariat ofisində 2 nəfər şahidin iştirakı ilə İddiaçı vəsiyyətnamə verərək, ölən gündən ona məxsus bütün daşınar və daşınmaz əmlakını arvadı İddiaçı vəsiyyət etmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, X17 xx.xx.2021-ci il tarixdə, (X7 birinci həyat yoldaşı) İddiaçı Məmməd qızı xx.xx.2002-ci il tarixdə ölmüşdür. Hazırda iddiaçı mərhum həyat yoldaşı X7 adına dövlət reyestrində qeydə alınmış əmlaklar üzərində birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla payının və vərəslik üzrə payının müəyyən edilməklə əmlaklar üzrində hüququnun qeydə alınması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilkin olaraq Şirvan şəhəri 1 saylı Notariat ofisinə müraciət etmiş, lakin notariat ofisi tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İmtinaya əsas olaraq qeyd edilmişdir ki, ünvan 8 ünvanda yerləşən torpaq sahəsi və onun üzərindəki bağ evi Əli Bayramli “Cihazlar Zavodu” HİK-nin xx.xx.1986-ci il tarixli 8 saylı protokolu əsasında X7 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi bu əmlak xx.xx.2007-ci il tarixdə bağlanmış nikahdan əvvəl xx.xx.1986-cı il tarixdə əldə edilmişdir. Digər əmlakın ünvan 6 ünvanda yerləşən 78.7 m2 sahəli mənzilin birgə nikah dövründə əldə edilməsinə dair İddiaçı notariat ofisinə sübut təqdim etməmişdir. X17 xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon notariat ofisində təsdiqlənmiş vəsiyyətnaməyə əsasən bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmiş və xx.xx.2021-ci il tarixdə ölmüş, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri 1 saylı Notariat ofisində vəsiyyət edənin barəsində vərəsəlik işi açılmışdır. X7 mirasdan məcburi pay hüququ olan vərəsələri Cavabdeh2, X33 və X14r. Vərəsəlik işi üzrə müəyyən edilir ki, mirasın təkibinin müəyyən edilməsi üçün miras qoyanın adına dövlət qeydiyyatına alınmış əmlakın birgə nikah dövründə əldə edilib-edilməməsi müəyyənləşdirilməlidir. Eyni zamanda nikahdan əvvəl əldə edilmiş əmlaka dair ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üzrə notariat hərəkətlərinin aparılmasından imtina edilməlidir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi X5ndan miras qalmış əmlak kütləsi ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş bağ evi, həmçinin Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzilin (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) bir hissəsindən ibarətdir. Qeyd edilən əmlaklardan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş bağ evi X17 ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İşin fakitiki hallarından göründüyü kimi ünvan 1 saylı bağ evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. Həmçinin iş materiallarından göründüyü kimi X17 ilə X28 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Yəni qeyd edilən əmlak tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakdır. Eyni zamanda bu halı iş materiallarında olan evin tikintisinə verilmiş icazə və istismara qəbul aktı da sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır və həmin əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alındığı vaxtdan yaranır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 1 saylı bağ evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi X17 ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməli və həmin əmlakda iddiaçının ½ hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1180-cı maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. İşin fakitiki hallarından göründüyü kimi Hacıqabul rayon Notariat ofisinin xüsusi notariusu X39 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamə əsasında X17 vəsiyyətnamə verərək, ölən gündən ona məxsus bütün daşınar və daşınmaz əmlakını arvadı İddiaçı vəsiyyət etmişdir. Həmçinin iş materiallarında olan Hacıqabul rayon Notariat ofisinin xüsusi notariusu X39 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə iki şahidinin iştirakı ilə vəsiyyət edənin sözləri ilə yazılmış vəsiyyət edənə Mülki Məcəllənin 1166-1178 və 1193-cü maddələrinin məzmunu notarius tərəfindən izah edilmişdir. Göründüyü kimi vəsiyyətnamə tərtib edilərəkən notarius tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X17 vəsiyyətnamə tərtib edərək, ona məxsus olan əmlakı vəsiyyət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı miras əmlak üzərində vəsiyyət üzrə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı almaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X6 miras qalmış əmlaklar üzərində İddiaçı məcburi pay almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. İşin faktiki hallarından göründüyü kimi Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzil (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) X7, İddiaçı Məmməd qızının, X21, X22 və X12 ümumi birgə mülkiyyətində olan əmlakdır. Məhkəmə hesab edir ki, Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzilin (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) 1/5 hissəsinə X7 payı müəyyən edilməli və həmin 1/5 hissədə payın 4/8 hissəsinə vəsiyyət üzrə və 1/8 hissəsinə qanun üzrə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. X1 Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzilin (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) miras əmlak üzrə payı müəyyən edilmiş 1/5 hissəsinin 3/8 hissəsinə digər 3 vərəsə, yəni X21, X22 və X12 arasında bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 2-ci bəndinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17 və 26-cı maddələrinə uyğun olaraq notarius vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verilməsi ilə bağlı müvafiq hərəkətləri həyata keçirir. Həmin təlimatın 19-cu bəndinə əsasən notariat hərəkətlərinin aparılmasından əvvəl notarius “Elektron notariat” informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin təsdiqi və ya ləğv edilməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilibverilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır. Həmin təlimatın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin təlimatın 116-cı bəndinə əsasən ər-arvadın biri öldükdə, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Həmin təlimatın 117-ci bəndinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir. Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X5ndan miras qalmış əmlak üzrə İddiaçı vəsiyyət üzrə, məcburi pay hüquq üzrə və birgə nikah dövründə əldə edilmiş əmlak üzrə vərəsəlik və mülkiyyət hüququ üzrə şəhadətnamə almaq hüququna malikdir və həmin hüquqların qeydə alınması ilə bağlı müvafiq şəhadətnamə notarius tərəfindən verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mərhum əri X6 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınmalı və mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi 1 saylı Notariat ofisinin üzərinə qoyulmalı, həmin əmlakın ¼ hissəsi üzərində vəziyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınmalı (ümumilikdə ümumi əmlak üzərində ümumi payı 13/16) və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulmalı, İddiaçı məhrum əri X6 miras qalmış ünvan 8 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən bağ evinin ½ hissəsinə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınmalı və mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi 1 saylı Notariat ofisinin üzərinə qoyulmalı, əmlakın ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınmalı (ümumilikdə ümumi əmlak üzərində ümumi pay 13/16) və vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulmalı, Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı (yeni qaydalarla AZ 1800 Şirvan şəhəri, Xəqani Şirvani küçəsi 262 M4 m2) mənzilin 1/5 hissəsinə X7 payı müəyyən edilməli, X7 1/5 hissədə payının 4/8 hissəsinə vəsiyyət üzrə və 1/8 hissəsinə qanun üzrə İddiaçı vərəsəlik hüququ tanınmalı və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulmalı, X7 Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı (yeni qaydalarla AZ1800 Şirvan şəhəri, Xəqani Şirvani küçəsi 262 M4 m2) mənzilin miras əmlak üzrə payı müəyyən edilmiş 1/5 hissəsinin 3/8 hissəsi digər 3 vərəsələr, yəni X31, X33 və X23 arasında bölüşdürülməli və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mərhum əri X6 miras qalmış ünvan 8 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Şirvan şəhəri 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. Həmin əmlakın ¼ hissəsi üzərində vəziyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınsın (ümumilikdə ümumi əmlak üzərində ümumi payı 13/16) və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. İddiaçı məhrum əri X6 miras qalmış ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən bağ evinin ½ hissəsinə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. Əmlakın ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınsın (ümumilikdə ümumi əmlak üzərində ümumi pay 13/16) və vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı (yeni qaydalarla AZ 1800 Şirvan şəhəri, Xəqani Şirvani küçəsi 262 M4 m2) mənzilin 1/5 hissəsinə X7 payı müəyyən edilsin, X7 1/5 hissədə payının 4/8 hissəsinə vəsiyyət üzrə və 1/8 hissəsinə qanun üzrə İddiaçı vərəsəlik hüququ tanınsın və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. X3 Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı (yeni qaydalarla AZ1800 Şirvan şəhəri, Xəqani Şirvani küçəsi 262 M4 m2) mənzilin miras əmlak üzrə payı müəyyən edilmiş 1/5 hissəsinin 3/8 hissəsi digər 3 vərəsələr, yəni X31, X33 və X23 arasında bölüşdürülsün və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar