Məhkəmə qərarları › İş №2(032)-87/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-87/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-87/2023 02.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacığa qızı və Cavabdeh3 qarşı “borc tələbi barədə” iddia ərizəsinə əsasən mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacığa qızı və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacığa qızı və Cavabdeh3 müştərək qaydada 5382 manat 67 qəpik əsas borc, 93 manat 15 qəpik faiz borcu, cəmi 5475 manat 82 qəpik borcun və 74 manat 75 qəpik dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkuilatının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli, 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (İddiaçı QSC) Salyan filialı ilə Cavabdeh1 arasında 30 sentyabr 2020-ci il tarixli 11 saylı“Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 5382 manat 67 qəpik vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 60 ay müddətində İddiaçı QSC-yə ödənilinəsi barədə öhdəlik götürmüşdür. Cavabdeh1 ilə bağlanmış 30 sentyabr 2020-ci il tarixli 11 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi”nin təminatı kimi İddiaçı QSC-nin Salyan filialı ilə Cavabdeh2 və Cavabdeh3 oğiu arasında 30 sentyabr 2020-ci il tarixli 11 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh1 Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış xx.xx.2020-ci il tarixli 11 saylı Restrukturizasiya Müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı QSC-yə olan 5382 manat 67 qəpik əsas borc, 93 manat 15 qəpik faiz borcu, cəmi 5475 manat 82 qəpik təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zamininə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndə X1 ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacığa qızı və Cavabdeh3 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehər Cavabdeh1, Cavabdeh2 Hacığa qızı və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan 30 sentyabr 2020-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə qaytarılması şərtilə illik 1%- olmaqla, cəmi 5382 manat 67 qəpik kredit verilmişdir. İş materiallarında olan 30 sentyabr 2020-ci il tarixli 11 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2 Hacığa qızı və Cavabdeh3 30 sentyabr 2020-ci il tarixdə bağlanmış 11 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya” müqaviləsi əsasında borcluya veriləəck 5382 manat 67 qəpik kreditlə əlaqədar olaraq borclu kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borclu ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına 5382 manat 67 qəpik əsas borc, 93 manat 15 qəpik faiz borcu, cəmi 5475 manat 82 qəpik borcu vardır. İş materiallarında olan bildirişlərdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacığa qızı və Cavabdeh3 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında icra etmək barədə İddiaçı QSC-i Bank olmayan Kredit Təşkilatı tərəfindən xəbərdar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Salyan filialı ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixdə bağlanmış 11 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya” müqaviləsi əsasən cavabdehə 60 ay müddətinə qaytarılması şərtilə illik 1 % olmaqla, cəmi 5382 manat 67 qəpik kredit verilmişdir. Cavabdehlər Cavabdeh2 Hacığa qızı və Cavabdeh3 30 sentyabr 2020-ci il tarixdə bağlanmış 11 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya” müqaviləsi əsasında borcluya veriləəck 5382 manat 67 qəpik kreditlə əlaqədar olaraq borclu kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borclu ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. xx.xx.2022-ci il tarixə Cavabdeh1 Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatına 5382 manat 67 qəpik əsas borc, 93 manat 15 qəpik faiz borcu, cəmi 5475 manat 82 qəpik borcu vardır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, Cavabdeh1 5382 manat 67 qəpik əsas borc, 93 manat 15 qəpik faiz borcu, cəmi 5475 manat 82 qəpik məbləğində pul alınaraq İddiaçı QSC-i Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Cavabdeh2 Hacığa qızı və Cavabdeh3 Cavabdeh1 ilə birlikdə İddiaçı QSC-i Bank olmayan Kredit Təşkilatı qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, cavabdehlərdən 5382 manat 67 qəpik əsas borc, 93 manat 15 qəpik faiz borcu, cəmi 5475 manat 82 qəpik məbləğində pul alınaraq İddiaçı QSC-i Bank olmayan Kredit Təşkilatına verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki,məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 74 manat 75 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacığa qızı və Cavabdeh3 müştərək qaydada 5382 manat 67 qəpik əsas borc, 93 manat 15 qəpik faiz borcu, cəmi 5475 manat 82 qəpik borc iddiaçı Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacığa qızı və Cavabdeh3 müştərək qaydada ödənilmiş 74 manat 75 qəpik dövlət rüsumu alınaraq İddiaçı QSC-i Bank Olmayan Kredit Təşkilatına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar