Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-898/2025 19.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, VNR 3720 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 3334 manat pulun və ödənilmiş 54 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin hal-hazıradək cavabdehin iddia tələbinə dair hər hansı münasibətini məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İş üzrə iddiaçı tərəfindən ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında ərizə verilməsini, cavabdeh tərəfindən isə işin mahiyyəti üzrə həll edilməsinə dair hər hansı bir müraciətinin daxil olmamasını və mülki prosesusal qanunvericiliyin analogiya üzrə tətbiqinin mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələblərin uyğun qaydada İddiaçı cavabdeh X1 qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 54 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş olan 54 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 54 manat (Əməliyyat İD:856148282, qəbzin nömrəsi: 26563, terminal nömrəsi: K0141011, xx.xx.2025-ci il tarixli) İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-898/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-898/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver