Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-90/2023 30.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 462 manat məbləğində pulun və məhkəmə müraciət etdiyi üçün ödədiyi 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur.Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır, bu barədə ona ********** nömrəli VÖEN verilmişdir. Şirvan şəhəri, 1 May küçəsində yerləşən “X1” mağazasında müxtəlif məişət mebellərinin satışı ilə məşğul olur. Həmin malları nəqd və kredit şəklində borc müqaviləsi tərtib etdirməklə satışını həyata keçirir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə mağazadan kredit yolu ilə ilkin ödəniş olaraq 200 manat ödəmək şərti ilə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən ilk ay 200 manat, ikinci ay 201 manat, 10 ay isə 159 manat ödəməklə 12 ay müddətində dəyəri 2150 manat olan mətbəx masası və Şahzadə yataq dəstini götürmüşdür. İlkin ödəniş olaraq 200 manat nəğd ödəniş etmişdir. Bağlanılmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən zamin Cavabdeh2 kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirməyi öz üzərinə götürmüşdür. Müqavilədə göstərilən ilkin ödəniş olaraq 200 manat nəğd şəkildə qalan 1950 manat pulu isə ödəniş cədvəlinə əsasən 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. O, ilkin ödəniş olaraq 200 manatı ödəmiş, bundan başqa ödəniş cədvəlinə əsasən 2021-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, 2022-ci ilin yanvar ayında 1288 manat ilkin ödəniş daxil olmaqla cəmi 1488 manat pul ödəmişdir. Cavabdeh müqavilə üzrə ilkin ödəniş 200 manat və ödədiyi 1288 manat, cəmi 1488 manat ödəmiş, 462 manat qalıq borcu qalmışdır. Cavabdeh borclu qaldığı 462 manat pulu ödəməmək üçün müxtəlif bəhanələr gətirir. Sonuncu dəfə onunla əlaqə saxlayaraq götürdüyü mallar üçün ödənişi ödəməyi tələb etmişdir. O, isə hər dəfə borlcu qaldığı 462 manatı bu gün, sabah edərək bəhanələr gətirir. Həmin pulu könüllü surətdə ödəmək istəmir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəciyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunamüvafiq qaydada məhkəmə bildirişi göndərilsə də zərf geri qaytarılmışdır. Elektorn məhkəmə portalı vasitəsilə cavabdehlərə məxsus mobil telefon nömrələrinə SMS xəbərdarlıq çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq işə baxmağa haqlıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 073 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “Tac mebeldən” kredit yolu ilə 2150 manat məbləğində yataq dəsti, mətbəx mebeli əldə etmişdir və quraşdırma da daxil olmaqla 200 manat məbləği ilkin ödəniş etmişdir, 1950 manat məbləği 12 ay müddətinə ilk ayı 201 manat, qalan 11 ayı 159 manat olmaqla “Tac” mebelə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə zamin Cavabdeh2 əsas borclu ilə birgə məsuliyyət daşımasını öhdəsinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 201 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 159 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh1 borc alan qismində öhdəsinə götürdüyü vəzifəni yerinə yetirməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 462 manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 462 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, cavabdehlərdən müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 462 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-90/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-90/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver