Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-91/2024 23.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1228 manat pulun və ödənilmiş 32 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında şifahi formada bağlanılmaqla nisyə alqı-satqı müqaviləsi əsasında ardıcıl olaraq xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə ümumi 1890 manat dəyərində olan “Samsung A51”, “Samsung J2” və “Samsung A51” modelli mobil telefon cihazlarının alqı-satqısı həyata keçirilmiş, sonuncu bu barədə yazılı qəbzə və razılaşdırılan məbləğin aylıq ödəniş qrafikini imzalamaqla diktə olunan şərtləri qəbul etmişdir. Lakin cavabdeh tərəfindən götürülən pul öhdəliyi üzrsüz səbəblərdən lazımınca icra edilməməklə müqavilə şərtlərinin pozulmasına səbəb olmuşdur. Satılmış malın dəyərinin alıcı tərəfindən ödənilməsinə və ödənilmədiyi təqdirdə onun məsuliyyət məsələsinin izahına dair göndərilmiş xəbərdarlıq məktubuna isə cavabdeh tərəfindən reaksiya verilməmiş, beləcə mübahisənin məhkəməyədək həll yolları effektsiz qalmış və tərəfindən müqavilədən imtina edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-1646/2023 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkünlüyünə yenidən baxılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-1646/2023 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək, iddianı qəbul etdiyini, iddiaçıya 1228 manat borcu olduğunu etiraf etmiş, pulu gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, həmçinin cavabdehin tərəfindən iddianın etirafı təsdiq edildiyindən iddia təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Cavabdeh xx.xx.2020-ci il tarixdə öz razılığı ilə 900 manat məbləğində “Samsung A51” markalı telefonu 6 aylıq kreditlə, həmçinin yenidən 800 manat məbləğində “Samsung A51” markalı telefonu almışdır. xx.xx.2020-ci il tarixli kredit cədvəlindən görünür ki, Cavabdeh 800 manat məbləğində olan “Samsung A51” markalı telefonu müddəti 6 ay olmaqla, aylıq ödəniş 116 manat müəyyən edilir. xx.xx.2020-ci il tarixli kredit cədvəlindən görünür ki, Cavabdeh 190 manat məbləğində olan “Samsung J2” markalı telefonu müddəti 3 ay olmaqla, aylıq ödəniş 63 manat müəyyən edilir. xx.xx.2020-ci il tarixli kredit cədvəlindən görünür ki, Cavabdeh 900 manat məbləğində olan “Samsung A51” markalı telefonu müddəti 6 ay olmaqla, aylıq ödəniş 133 manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan və göndərilməsini təsdiqləyən xəbərnamədən görünür ki, İddiaçı Cavabdeh mövcud müqavilə ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Qeyd olunan bütün sənədlər cavabdehə əyani şəkildə təqdim edilmiş, cavabdeh sənədləri özünün imza etməsini bildirərək, iddianı etiraf etmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh üzərinə götürdüyü vəzifələri yerinə yetirməmiş, İddiaçı nisyə şəkildə aldığı malların pulunu tam şəkildə qaytarmadığı üçün şərtləri pozmuş, hazırda isə iddianı etiraf edir, bu səbəbdən də iddia təmin olunmalı, Cavabdeh İddiaçı 1228 manat məbləğində borcun ödənilməsi cavabdehin hesabına təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 32 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1228 (bir min iki yüz iyirmi səkkiz) manat və dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-91/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-91/2024
23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver