Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-94/2023 03.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 773 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixində administrator vəzifəsinə keçirilmişdir, xx.xx.2020-ci il tarixli 405-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə Oba mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə dair” akta əsasən yekun ziyan məbləği 1163 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 389 manat güzəşt edilmiş qalıq borc 773 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsədə, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş Cavabdeh qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvandan köçməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmə müddəti üzürlü səbəblər olmadan buraxıldığından iddia təmin olunmamalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: “X5” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanılaraq satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixli 315-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə 24 iyul 2019-cu il tarixindən administrator vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli 405-K saylı əmrlə işdən azad edilmişdir. xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2020-ci il tarixində 1162.13 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 389.52 manat hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə Cavabdeh 12 oktyabr 2021-ci il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 772.61 manat təşkil edir. “İnventarizasiya Nəticələrinə” dair akta əsasən Cavabdeh “Oba-Novxanı 4” mağazasında çalışdığı zaman cəmiyyətə vurduğu yekun ziyan məbləği 1162.13 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh iddiaçı “X5” MMCnin Satış Departamentinə 24 iyul 2019-cu il tarixindən administratoru vəzifəsində çalışır, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh “OBA-Novxanı 4” (1045) mağazası üzrə maddi məsul şəxsdir. Cavabdehin iştirakı ilə xx.xx.2020-ci il tarixdə mağazada inventarizasiya keçirilmiş, nəticədə ziyan məbləği 2122 manat məbləğində maddi çatışmamazlıq aşkar edilmiş, ümumi borcdan 389 manat güzəşt edilmişdir, hazırda qalıq borc 773 manat təşkil etdiyi göstərilmişdir. Cavabdeh keçirilmiş inventarizasiya tanış olsa da yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Həmin Məcəllənin 6-cı bəndinə görə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunda müəyyən olunmuş “işəgötürən işçiyə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər” müddəasını rəhbər tutsaq, hazırki iş üzrə İddiaçı MMC-yə cavabdeh tərəfindən ziyanın yetirilməsi xx.xx.2020-ci il tarixli inventarizasiya aktı nəticəsində aşkar olunduğundan iddiaçı da məhz həmin tarixdən 1 (bir) il ərzində məhkəməyə müraciət etməli idi. Lakin iş materiallarına əlavə edilmiş zərf və xəbərnamədən görünür ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət olunmuşdur. Belə olan halda, İddiaçı MMC üzürlü səbəb olmadan məhkəməyə müraciət etmə müddətini buraxmışdır. Həmçinin məhkəmə belə hesab edir ki, tərəflər arasında mövcud hüquq münasibətlərinin xarakterini nəzərə alsaq hazırki iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan müddətlərin tətbiqi üçün Azərbaycan Respublikası MPM-nin 133cü maddəsinin tələblərinə şamil edilmir, çünki belə müddətlər yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsindən irəli gələn mübahisələrdə tətbiq edilməməlidir. Yuxarıda qeyd olunan işin faktiki halları və qanunvericiliyin müvafiq tələbini rəhbər tutmaqla, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyana görə 773 manat və ödənilmiş 50 manat dövlət rüsumunun alınması barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyana görə 773 manat və ödənilmiş 50 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-94/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-94/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver