Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-95/2023 22.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində Şirvan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı «AccessBank” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1196 manat 12 qəpik əsas, 16 manat 19 qəpik faiz borcu, 660 manat 39 qəpik cərimə borcu cəmi 1872 manat 70 qəpik borcun və iş üzrə ödənilmiş 38 manat 73 qəpik dövlət rüsumunun tutularaq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Fətullayev Mircəlal İsmayıl oğluna İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1246 (min iki yüz qırx altı) manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışla Fətullayev Mircəlal İsmayıl oğlunun öldüyü Banka məlum olmuşdur. Borclular kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 49 manat 88 qəpik ödəniş etmiş və onun iddiaçıya 1196 manat 12 qəpik məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 581 gün üçün hesablanmış faiz borcu 16 manat 19 qəpik təşkil edir. Bank tərəfindən müvafiq notariat orqanlarına və digər aidiyyatı orqanlara sorğular verilmiş, lakin Fətullayev Mircəlal İsmayıl oğlunun adına vərəsəlik işi açılmamış və qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamış, həmçinin Fətullayev Mircəlal İsmayıl oğlunun adına qeydiyyatdan keçmiş daşınmaz əmlak və nəqliyyat vasitəsi aşkar olunmamışdır. Kredit müqaviləsi üzrə Fətullayev Mircəlal İsmayıl oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Fətullayev Mircəlal İsmayıl oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan «AccessBank” QSC ilə Fətullayev Mircəlal İsmayıl oğlu arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit razılaşmasına əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 0,0833 faiz dərəcəsi ilə 1246 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş planından görünür ki, Fətullayev Mircəlal İsmayıl oğluna 10 dekabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə illik 0,0833 faiz dərəcəsi ilə 1246 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə «AccessBank” QSC arasında bağlanmış 055G**********03 saylı 10 dekabr 2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin 1.1-ci bəndinə əsasən borclunun kredit müqavilsəindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh2 ilə «AccessBank” QSC arasında bağlanmış 055G**********01 saylı 10 dekabr 2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin 1.1-ci bəndinə əsasən borclunun kredit müqavilsəindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh3 ilə «AccessBank” QSC arasında bağlanmış 055G**********02 saylı 10 dekabr 2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin 1.1-ci bəndinə əsasən borclunun kredit müqavilsəindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Fətullayev Mircəlal İsmayıl oğlu ümumi borcdan 49 manat 88 qəpik ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin Arayışından görünür ki, 19 aprel 1973-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Şirvan şəhəri 1 May küçəsi ev 138 -də yaşayan Fətullayev Mircəlal İsmayıl oğlu 13 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Fətullayev Mircəlal İsmayıl oğlunun adına respublika ərazisində qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 23 may 2022-ci il tarixli məktubundan görünür ki, DİN Baş X4 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasına görə 19 aprel 1973-cü il təvəllüdlü Fətullayev Mircəlal İsmayıl oğlunun adına və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat Ofisinin 10 yanvar 2022-ci il tarixli və 23 yanvar 2023-cü il tarixli məktublarından görünür ki, Fətullayev Mircəlal İsmayıl oğlunun adına Şirvan şəhəri 1 saylı Notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli pretenzya məktublarına əsasən cavabdehlərə borcun ödənilməsi təklif edilsədə, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdeh Fətullayev Mircəlal İsmayıl oğlunun xx.xx.2022-ci il tarixə kredit razılaşaması üzrə 1196 manat 12 qəpik əsas, 16 manat 19 qəpik faiz borcu, 660 manat 39 qəpik cərimə borcu cəmi 1872 manat 70 qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə,bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «AccessBank” QSC-i ilə Fətullayev Mircəlal İsmayıl oğlu arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, borclu Fətullayev Mircəlal İsmayıl oğlu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Əsas öhdəlik icra edilmədiyinə görə zamin olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu Fətullayev Mircəlal İsmayıl oğlu ilə yanaşı kreditor «AccessBank” QSC-i qarşısında birgə məsuliyyət daşımaları barədə məsuliyyəti üzərilərinə götürmüşlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu Fətullayev Mircəlal İsmayıl oğlu ilə birlikdə iddiaçı «AccessBank” QSC-i qarşısında eyni həcmdə məsuliyyət daşıdıqlarından, iddiaçı «AccessBank” QSC-i tələbini öz seçimi ilə zaminə qarşı və ya borcluya qarşı, yaxud onların hər ikisinə qarşı irəli sürmək hüququna malik olmuşdur. Və bu halda borclunun sıradan çıxması əsas öhdəliyin xitamına səbəb olmur, nə də ki, zaminliyə xitam verilməsi üçün əsas yaratmır. Belə ki, öhdəliklərə xitam verilməsi əsasları Mülki Məcəllənin 527-ci maddəsində, zaminliyə xitam verilməsi əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində qeyd edilmişdir. Ona görə də məhkəmə iddiaçı «AccessBank” QSC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pulun alınması barədə tələbinin olmasını nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq işə baxmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 477.0.1, 477.0.2, 477.0.3, 477.0.4-cü maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zəminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi mülki qanunvericilikdə borclunun sıradan çıxması əsası ilə öhdəliyə xitam verilməsi və ya zaminliyə xitam verilməsi (əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində razılıq verməmişsə əsası istisna olmaqla) nəzərdə tutulmamışdır. Hazırki iş üzrə də 10 dekabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit razılaşması üzrə borclu Fətullayev Mircəlal İsmayıl oğlunun borcun qaytarılması öhdəliyinə xitam verilməmiş, nə də ki, əsas öhdəliyin və zaminliyə xitam verilməsinə qanuni əsaslar mövcud olmamışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1196 manat 12 qəpik əsas, 16 manat 19 qəpik faiz borcu, 660 manat 39 qəpik cərimə borcu cəmi 1872 manat 70 qəpik məbləğində pul alınaraq iddiaçı «AccessBank” QSC-nə verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsi nəticəsində gecikdirməyə görə hesablanmış 660 manat 39 qəpik məbləğində cərimə borcu azaldılmalıdır. Belə ki, tərəflər arasında 10 dekabr 2019-cu il tarixli, 055A********** nömrəli kredit razılaşmasının bağlanmasına və həmin müqavilənin şərtlərinə görə borcalan Fətullayev Mircəlal İsmayıl oğlu tərəfindən vaxtında ödəniş aparılmaması nəticəsində vaxtından əvvəl borcun ödənilməsini kreditor «AccessBank” QSC-nin tələb etmək hüququnun olmasına baxmayaraq, müqavilənin bağlandığı tarixdən və cavabdehin kredit müqaviləsi üzrə borcun gecikdirilməsini bildiyi vaxtdan xeyli müddət keçdikdən sonra əsas, faiz borcun və gecikdirilməyə görə cərimə borcun ödənilməsini tələb etmiş, bu da ki, tənasübsüz surətdə yüksək dəbbə pulunun əmələ gəlməsinə əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında icra edilməməsinə görə hesablanmış 660 manat 39 qəpik məbləğində gecikdirilməyə görə cərimə borcu tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan gecikdirilməyə görə cərimə borcu 10 manat məbləğinədək azaldılmalıdır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb,hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1196 manat 12 qəpik əsas, 16 manat 19 qəpik faiz borcu, 10 manat cərimə borcu, cəmi 1222 manat 31 qəpik məbləğində pul alınaraq iddiaçı «AccessBank” QSC-nə ödənilməli, bununla da iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 38 manat 73 qəpik məbləğində pul iddiaçı «AccessBank” QSC-i tərəfindən ödənilmişdir. Bu hissədə toplanmış sənədlərdən müəyyən olunur ki, məhkəmə xərcləri 38 manat 73 qəpik məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 38 manat 73 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçı «AccessBank” QSC-nə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə hesablanmış 660 manat 39 qəpik məbləğində cərimə 10 manat məbləğinədək azaldılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1196 manat 12 qəpik əsas, 16 manat 19 qəpik faiz borcu, 10 manat cərimə borcu, cəmi 1222 manat 31 qəpik məbləğində pul alınıb iddiaçı «AccessBank” QSC-nə verilsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumu üçün ödənilmiş 38 manat 73 qəpik məbləğində pul alınaraq iddiaçı «AccessBank” QSC-nə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-95/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-95/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver