Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-95/2025 14.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-933/2020 saylı 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı ildə təvəllüdlü X5 yetkinlik yaşalarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün cəmi 100 manat sabit pul məbləğində alıment tutularaq iddiaçı X6 verilməsi hissəsində dəyişdirilərək artırılması, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı ildə təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödənilmiş rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə xx.xx.2012-ci il tarixdə X9 və xx.xx.2016-cı il tarixdə X10 adlı iki övladları anadan olmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən tərəflər arasında olan nikah münasibətləri pozulmuş, Şirvan şəhər Məhkəməsinin 2(032)-933/2020 saylı 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X3 Cavabdeh ilə Şirvan şəhər Qeydiyyat şöbəsində 07 sentyabr 2010-cu il tarixli 411 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan xx.xx.2012-ci ildə anadan olmuş X9 və xx.xx.2016-cı ildə anadan olmuş X5 iddiaçı X3 yanında qalması müəyyən edilmış, Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci ildə anadan olmuş X9 və xx.xx.2016-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmamış və uşaqların saxlanması üçün aliment məbləğindən kənar ona heç bir zəruri maddi yardım göstərməmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqların atasına qarşı ehtiyac və tələbatları artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Şirvan şəhər Məhkəməsinin 2(032)-933/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşaqların tələbatı üçün bugünkü həyat şərarti, uşaqların saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatlarının alınması və s. ilə uyğunlaşmır. Ona görə də uşaqların saxlanılmasında maddi çətinlik çəkir. Məhkəmə iclasında iddiaçı X8 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına yeni əlavə edilmiş 8.4-2-ci yarımbəndə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına yeni əlavə edilmiş 8.4-3-cü yarımbəndə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının mahiyyətindən göründüyü kimi alimentin artırılması ilə bağlı Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların, yəni alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı halların mövcudluğu müəyyən edilərsə (iddiaçı tərəfindən bununla bağlı müvafiq sübutlar təqdim edilərsə) məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Hazırkı halda iddia ərizəsinin məzmunundan göründüyü kimi mülki iş üzrə iddiaçı məhz ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının artırılması ilə bağlı olaraq təyin edilmiş olan alimentin artırılmalı olduğunu iddia edir. Belə olan halda isə iddia tələbi üzrə işə mülki mühakimə icraatı qaydasında baxlımalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən maddəsinə əsasən hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X3 Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 2(032)-933/2020 saylı 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı ildə təvəllüdlü X1 üçün təyin edilmiş alimentin miqdarının dəyişdirilərək onların yetkinlik yaşına çatana kimi hər ay hər birinə 235 manat, ümumilikdə 470 manat miqdarda aliment müəyyən edilməsi barədə iddia tələbi mülki mühakimə icraatı qaydasında baxılmalı olmadağından iş üzrə icraata xitam verilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndindən göründüyü kimi “... Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında baxılmalıdır.” Qeyd edilənlərə əsasən məhkəmə, iddiaçı X6 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada icra icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X3 Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 2(032)-933/2020 saylı 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı ildə təvəllüdlü X2 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq onların yetkinlik yaşına çatana kimi hər ay hər birinə 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində təyin edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı X6 izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada icra icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-95/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-95/2025
14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver