Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-954/2024 17.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçılar X5 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar X5 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X5 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 ABŞ dollarının milli pulla məzənnəsi hesablanmaqla onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 Cavabdeh onun qardaşı və onun dostu, keçmiş iş yoldaşı Məmmədov Həmidin vasitəsi ilə tanımış, sonradan Zahidlə aralarında müstəqil ünsiyyət yaranmışdır. 2013-cü ilin əvvəllərində Zahid ona müraciət edərək kommersiya fəaliyyəti ilə əlaqədar təklif vermiş, təklifin mahiyyəti bu idi ki, Zahidin Hacıqabul rayonunda təsərrüfat və onun nəzdindinə 2 quşçuluq sexi vardır, onların istehsal fəaliyyətini genişləndirmək üçün maliyyə dəstəyi lazımdır. Bundan ötrü 25000 ABŞ dolları gərəkdir ki, o da onunla bu işdə maliyyə yardımı göstərən şəxs kimi iştirak etsin, o da hər ay qazancının 1/3-dən az olmamaqla (yəni öz hesabına görə 1000 ABŞ dollarından az olmamaqla) pul verəcəkdir. İtirilmiş məbləğ üçün cavabdehliyi özü daşımır, əgər bu şərtləri o pozsa, ona verdiyi 25000 ABŞ dollarına görə öhdəlik daşıyır, qanunla nəzərdə tutulan bütün əlavə ödəmələrlə birlikdə. Bu təklifə razı olub Cavabdeh 2013-cü ilin mart ayından may ayına qədər 2 dəfəyə 25000 ABŞ dolları pul vermişdir. Həmin məbləği isə qohumu və dostu İddiaçı2 borc almışdır. 2016-cı ilin mart ayına qədər aralarında olan şifahi sövdələşməyə görə cavabdeh ona hər ay qazancdan vəd etdiyi 1000 ABŞ dolları əvəzində 3 ildə 5100 manat ödəmişdir. Aralarında şifahi müqavilənin şərtinə əməl etmədiyinə görə 2016-cı ilin mart ayında Cavabdeh əsas borcunu 25000 ABŞ dollarını geri tələb etmiş və həmin 25000 ABŞ dollarını da ona vermək üçün qohumu və dostu İddiaçı2 aldığını bildirmişdir. Bundan sonra Cavabdeh ona xahiş-minnət edib dedi ki, indi 25000 ABŞ dollarını qaytarmaq imkanı yoxdur, indiki bu məbləğin sahibi İddiaçı2dir, onunla yazılı borc müqaviləsi bağlamış, 25000 dolları bir ilə ödəmək və hər ay qazancından 150 ABŞ dolları ödəmək şərti ilə. Bundan sonra onun da İddiaçı2 xahiş etməyi ilə onlar xx.xx.2016cı ildə tarixdə öz aralarında Cavabdeh təklif etdiyi qaydada onun öz xətti ilə yazılmış sadə yazılı müqavilə bağlanmışdır. İddiaçı2lə aralarında olan şifahi razılaşmaya görə xx.xx.2016-cı il tarixli borc müqaviləsi ilə Cavabdeh bir ilə qaytaracağı 25000 ABŞ dollarına görə, qazancdan hər ay ödəyəcəyi 150 dollar ona çatmalı idi. 2016-cı ilin mart ayından 2021-ci ilin iyul ayına qədər cavabdeh xx.xx.2016-cı il tarixli müqavilədən irəli gələn öhdəlik üzrə 13000 manat ödəniş etmişdir. Hazırda cavabdehin səhhətində qarşısıalınmaz problem vardır, habelə əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. 2016-cı ildən 2024-cü ilə qədər Cavabdeh gecikdirilmiş 8 ilə görə hər il üçün 5 faiz 1250 dollar olmaqla, ümumilikdə 10000 ABŞ dolları ödəməlidir. Məhkəmə iclasında iddiaçılar X5 və İddiaçı2 hər biri ayrı-ayrılqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdilər. Həmçinin iddiaçılar məhkəmə iclasında vermiş olduğu izahatlarında bildirmişdirlər ki, Cavabdeh pul 2013-cü ildə verilmişdir. Aralarında pulun verilməsi ilə bağlı 2016-cı ildə müqavilə bağlansa da, 2016-cı ildə Zahidə hər hansı bir pul verilməmişdir. Hazırkı müddətə qədər cavabdeh tərəfindən borcundan ümumilkdə 18100 manat qaytarılmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, quşçuluq sexində 12000 quş saxlamış, iddiaçı Xəlilov Maariflə tanışlığı olmuş, ondan 20000 manat pul almış, Maarifə düşən payıda 2 dəfə ayrı-ayrılıqda 3800 manat pul qaytarmış, quşlara sonradan xəstəlik düşdüyü üçün 3000 manat da qaytarmış və bu barədə Maarifə demiş, eyni zamanda hər ay 200 manat pul qaytarmışdır. Həmin məbləğ dollarla olmamış, ondan manatla pul almış, iddiaçı təkid etdiyi üçün 2016-cı il tarixdə bağlanmış müqaviləyə imza etmişdir. Borcdan 5100 manat Maarifə, 13000 manat isə İsaməddinə qaytarmışdır. İddiaçıların hazırda ondan 35000 ABŞ dolları tələb etməsi əsassızdır. İddiaçıların ona 35000 ABŞ dollarının verilməsi barədə heç biri sübutu yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 (borc verən), Cavabdeh (borc alan), X1 və X2 iştirakları ilə tərtib edilmiş xx.xx.2016-cı il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh Günəşov İİsaməddin Həsən oğlundan hər ay 150 ABŞ dolları ödəmək şərti ilə 25000 ABŞ dolları məbləğində pulu bir il müddətinə qaytarmasına dair öhdəlik götürmüşdür. Hazırki iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıdan pul alınması işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Lakin iddia tələbində qeyd edilən məbləğdə pulun tələb edilməsi ilə məhkəmə raşılaşmır. İddiaçı tərəfin vermiş olduğu izahata əsasən müəyyən edildi ki, iddiaçı X5 ilə Cavabdeh arasında şifahi razılaşmaya əsasən Zahid təsərrüfatı genişləndirmək üçün Maarifdən borc pul istəmiş, o, da İİddiaçı2 borc pul alaraq cavabdehə ayrı vaxtlarda iki dəfə olmaqla ümumilikdə 25000 ABŞ dolları məbləğində pul vermiş, sonradan xx.xx.2016cı il tarixdə tərəflər arasında borc müqaviləsi imzalanmış, həmin müqavilənin şərtlərinə görə Cavabdeh İddiaçı2 25000 ABŞ dolları bir il müddətinə qaytarmaq şərti ilə borc almış və bununla əlaqədar hər ay 150 ABŞ dolları ödəmək şərti ilə olmuşdur. Cavabdeh tərəfin vermiş olduğu izahata əsasən isə müəyyən edilir ki, cavabdeh iddiaçı Maarif Xəlilovdan 20000 manat pul almış, həmin pul məbləği dollarla deyil, manatla olmuş, həmçinin həmin puldan 5100 manat Maarifə, 13000 manat isə İİsaməddinə qaytarmış, bu halı iddiaçılar öz izahatlarında da təsdiq edirlər. İddiaçılar hazırda Cavabdeh 35000 ABŞ dolları məbləğində pul tələb edir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilən hal ondan ibarətdir ki, tərəflər arasında gəlir əldə etmək məqsədi ilə razılıq əldə edilmiş və razılaşmaya əsasən iddiaçılar tərəfindən cavabdehə pul verilmişdir. Sonradan, yəni 2016-cı ildə tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilədə Cavabdeh iddiaçılardan 25000 ABŞ dolları pul aldığı və həmin pulu ayda 150 ABŞ dolları ödəmək şərti ilə bağlanmışdır. Tərəflərin vermiş olduğu izahatlarından həmçinin müəyyən edilmişdir ki, müqavilə bağlanarkən iddiaçılar tərəfindən cavabdehə müqavilədə qeyd edilən məbləğdə pul verilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə ilkin olaraq tərəflər arasında bağlanmış olan xx.xx.2016-cı il tarixli borc müqaviləsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi borc müqaviləsinin ümdə şərtrlərindən biri məhz bağlanmış olan müqavilə üzrə pul və ya digər əvəz edilən əşyalar mülkiyyət hüququnun digər tərəfə, yəni borcalan verilməsi ilə şərtləndirilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən “Mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 19 dekabr tarixli Qərarında real və konsensual müqavilələrə aydınlıq gətirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (Mülki Məcəllənin 668.1.5-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyi bütün real müqavilələrə eyni qaydada tətbiq oluna bilər. Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.” Məhkəmə iclasında tərəflərin vermiş olduqları izahatlarından müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə borc müqaviləsi bağlanmış olsa da, həmin müqavilə üzrə qeyd edilən məbləğdə pul cavabdehə verilməmişdir. Yəni tərəflər arasında bağlanmış olan müqaviləyə real müqavilə kimi yanaşası olsaq işin halları ilə iddiaçılar tərəfindən cavabdehə pulu verilməsi halı sübuta yetirilmir. Eyni zamanda tərəflər arasında bağlanmış olan borc müqaviləsinə konsensual müqavilə kimi yanaşası olsaq belə müqavilə üzrə həmin məbləğin cavabdehə verilməsi öhdəliyin götürülməsi halı və sonradan verilməsi halı aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında bağlanmış olan müqavilə istinad edilməklə cavabdehdən borc müqaviləsində qeyd edilən məbləğin tələb edilməsi əsassızdır. Lakin işin faktiki hallarında və tərəflərin vermiş olduğu izahatlarından müəyyən edilən hal ondan ibarətdir ki, tərəflər arasında razılaşma olmuş və həmin razılaşma üzrə iddiaçılar tərəfindən cavabdehə 2013-cü ildə borc pul verilmişdir. İddiaçılar qeyd edilən pul məbləğinin ABŞ dolları ilə verilmiş olduğunu, cavabdeh tərəf isə pulun manatla verilmiş olduğunu bildirmişdir. Hazırkı halda pulun ABŞ dolları ilə və qeyd edilən məbləğdə, yəni 25000 ABŞ dolları verilmiş olduğunu sübutemə yüklülüyü isə iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçı tərəfindən həmin pulun ABŞ dolları ilə verilmiş olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə tərəflərin vermiş olduqları izahatlarından müəyyən edilən hal o olmuşdur ki, cavabdeh tərəfindən ötən müddət ərzində borc məbləğindən qaytarılmış olan vəsait məhz milli valyuta ilə qaytarılmış və bu halla bağlı tərəflər arasında mübahisə olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pul məbləği ABŞ dolları ilə verilmiş olması sübuta yetirilə bilməmişdir. İddiaçı qeyd edilən məbləğin 25000 ABŞ dolları olmasını iddia etsə də, həmin hala dair sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə cavadeh tərəf ona 20000 manat pulu vəsaitinin verilmiş olmasını etiraf etmişdir. Həmçinin məhkəmə Mərkəzi bankın 2013-cü il dolların manata münasibətdə məzənnəsinə nəzər yetirdikdə, həmin dövrdə dollarına Azərbaycan manatına məzənnəsinin 0,7850 olduğunu aşkar edilir. (fərz etsək ki, 25000 ABŞ dolları x 0,7850 (manat olan məzənnə 2013-cü il) = 19625 manat). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehə verilmiş olan pul məbləği manatla və cavabdehin etiraf etdiyi məbləğdə qəbul edilməsi əsaslıdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında 2013-cü ildə olan razılaşama üzrə cavabdehə 20000 manat məbləğində pul verilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında borc ilə bağlı münasibətlər 2013-cü ildə olmuşdur və bu səbəbdən də hazırkı hüquq münasibtələrinə Mülki Məcəllənin 2013-cü ildə olan maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatından görünür ki, 2013-cü ilin mart ayında iddiaçı X5 tərəfindən cavabdehə quşçuluq sexinin işlədilməsi və gəlir əldə edilməsi məqsədi ilə pul verilmişdir. Məhkəmə tərəfindən əksi sübuta yetirilmədiyindən verilmiş olan məbləğ 20000 manat müəyyən edilmişdir. Həmçinin cavabdeh tərəfindən vermiş olduğu izahatında iddiaçı tərəfindən ona verilmiş olan pul məbləğinin 20000 manat olduğu etiraf edilmişdir. Eyni zamanda iddia ərizəsindən və tərəflərin vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, cavabdeh tərəfindən borc üzrə 5100 manat X3, 13000 manat isə Günəşov İİsaməddin Həsən oğluna qaytarılmışdır. Belə olan halda hazırda iddiaçının cavabdehə olan borcu 1900 manat (20000-5100- 13000=1900) təşkil edir. İddiaçının iddia tələbinin cavabdehdən 2016-2024-cü ilə qədər Cavabdeh tərəfindən gecikdirilmiş 8 ilə görə hər il üçün 5% olmaqla ümumilkdə 10000 ABŞ dolları pulun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2.) borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.
2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.
3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır” Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddənin məzmunundan və Konstitusiya Məhkəməsinin şərhindən göründüyü kimi icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərəri ödəməlidir. Öhdəliyin icrası müddətinin gecikdirilməsi isə icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi başa düşülür. Həmin zərərin tələb edilməsi ilə bağlı isə tərəflər arasında müqavilə olmalı və qeyd edilən öhdəliklərin müqavilə üzrə müəyyən edilmiş müddətdə icra edilməməsi müəyyən edilməlidir. Lakin işin faktiki hallarından da göründüyü kimi tərəflər arasında müqavilə olmamış və tərəflər arasında həmin öhdəliyin icrası müddətlə məhdudlaşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq zərər tələbi təmin edilə bilməz. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə münasibətdə də, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehin borc münasibətlərinə əsasən ödəməli olduğu borcun ödənilməməsinə görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, borc məbləği üzrə cavabdehin borcu ödəmək iqtidarında olmaması, onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1900 manat pul alınaraq iddiaçılar X5 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 270 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş, yəni 1900 manata münasibətdə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 39 (otuz doqquz) manatı Cavabdeh tutularaq, iddiaçılar X5 və İddiaçı2 ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1900 manat pul və ödənilmiş dövlət rüsumuna görə 39 (otuz doqquz) manat pul alınaraq iddiaçılar X5 və İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev