Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-97/2023 09.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X14 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, iddiaçı Ağayeva (Abbasova) Nahidə Namid qızının iştirakı ilə, iddiaçı Ağayeva (Abbasova) Nahidə Namid qızının Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ağayeva (Abbasova) Nahidə Namid qızının Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(032)429/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş “aliment miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment məbləğinin alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci iİ tarixdə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşlar. Rəsmi nikahdan xx.xx.2012-ci il tarixdə X13 adlı uşağı anadan olmuşdur. Aralarında olan narazılıqlara görə Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)429/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan xx.xx.2012-ci il tarixdə doğulmuş X6 onun yanında qalması müəyyən edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq uşağın yetkinik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alımentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Hal hazırda X13 onun himayəsində olmaqla onunla yaşayır. O, 5-ci sinifdə oxuyur. Bu müddət ərzində məhkəmənin təyin etdiyi 154 manat aliment ilə xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 məcburiyətindədir. Cavabdeh tərəfindən ödənilən aliment onun saxlanılması üçün qətiyyən yeterli deyildir. Ümidin 10 yaşı vardır. Məktəblidir, xeyli böyümüş, o, böyüdükcə də saxlanılma xərci də artmışdır. Cavabdeh 154 manat ödəməklə elə başa düşür ki, həmin pulla uşaq hər şeylə tam təmin edilir. Bundan əlavə cavabdeh uşağın böyüməsi ilə əlaqədar onun təhsil xərclərinin də artmasını nəzərə almalıdır. Belə ki, oğlu təhsillə əlaqədar kurslara gedir, idmana maraqı var, bunların da aylıq haqqı vardır. Bu səbəbdən alimentin miqdarının dəyişdirilərək artırılmasını istəyir. Özü valideynlərinin himayəsində yaşayır, işləmir, çünki oğlu azyaşlıdır, evdə ona baxacaq və nəzarət edəcək biri yoxdur, olduqca hərəkətli uşaqdır, odur ki, onu heç kimin yanında qoya bimir. Əlavə heç bir yerdən qazancı və gəliri yoxdur. Son dövrlərdə ərzaq, geyim əşyalarının, dərman preparatlarının qiymətlərinin artması onu olduqca çətin duruma salmış, bu səbəbdən uşağı saxlamaqda çətinlik çəkir. Bundan əlavə oğlu Ümid xroniki obstruktiv bronxit və allerqik rinit xəstəsidir, ildə iki dəfə müalicə almalıdır, müalicə almasa səhhəti pisləşir, onda nəfəs darlığı və boğulmalar müşahidə edilir. Hər dəfə müalicəsinə 250-300 manat pul tələb olunur. Cavabdeh Cəlilbad rayonun Alar kəndində yaşayır. Hal-hazırda yaşadığı kənddə şəxsi həyətində mebel sexi açaraq kifayət qədər qazanc əldə edir. Onun mülkiyyətində Hyundai Sonata və qazel markalı 2 ədəd avtomobil vardır. Cavabdeh 200 manatdan çox sosial müavinat alır. Məhkəmə iclasında iştirak edən iddiaçı Ağayeva (Abbasova) Nahidə Namid qızı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, etiraz ərizəsi göndərmişdir. Etiraz ərizəsinə görə o iddiaçı ilə nikahları pozulduqdan sonra yenidən rəsmi nikahla ailə həyatı qurmuş və həmin nikahdan iki azyaşlı övladı, yəni 27 may 2019-cıı il təvəllüdlü Minarə Abbaszadə və 04 oktyabr 2020-ci il təvəllüdlü Xədicə Abbaszadə anadan olmuşlar. İki azyaşlı uşağları hal-hazırda onun himayəsindədirlər. O daima üzərində olan aliment öhdəliyini vaxtı-vaxtında ödəmişdir. O heç bir yerdə işləmir və onun gəlir yeri yoxdur. Özü də İİİ qrup əlildir. O əvvəlki miqdarda təyin olunmuş alimenti ödədikdə çox çətinliklər çəkir. Alimentin yenidən artırılması onu maddi cəhətdən çox çətin vəziyyətə salır. İddiaçı yazır ki, güyaki onun mülkiyyətində avtomobillər, habelə mebel sexi vardır. Halbuki, onun mülkiyyətində nəinki avtomobil ümumiyyətlə heç bir əmlak yoxdur. Bu barədə sorğu da verilə bilər. İddiaçının iddia ərizəsində yazdığı alimentin məbləği çox şişirdilmiş bir rəqəmdir. İddiaçı özü də onun hazırkı vəziyyətini və maddi durumunu çox gözəl bilir. O bu vəziyyətində həm aliment ödəyir, həm də himayəsində olan iki azyaşlı uşağını dolandırır, həm də valideynlərinin qayğısına qalır. Valideynlərindən də anası onkoloji xəstədir. Demək olar ki, ailənin bütün yükü onun üzərindədir. Belə olan halda iddiaçının tələbi ədalətsizdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası Ağayeva (Abbasova) Nahidə Namid qızıdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)- 429/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X11 ilə xx.xx.2011-ci ildə Cəlilabad rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 403 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 anası X5 yanında qalmasının müəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh 22 fevral 2018-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq cavabdeh X7 verilməsi, alimentin müvəqqəti tutulmasına dair Şirvan şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərardadının ləğv edilməsi, qətnamə alimentin alınması hissədə dərhal icra edilməsi, qalan hissədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Bioloji Təbabət”klinikasının 15 fevral 2018-ci il tarixli arayışından görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X13 07 dekabr 2015-ci il tarixdən 14 yanvar 2016-cı il tarixədək“Bioloji Təbabət”klinikasında periodik ambulator müalicədə olmuşdur. Diaqnoz: Xroniki obstruktiv bronxit, allerqik rinit, Lyamblioz .Helmintoz. İş materiallarında olan mediasiya prosesinə dair arayışdan görünür ki, tərəflər mediasiya prosesində iştirak etmədiklərindən “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 32.1.3-ci maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə mediasiya prosesinə xitam verilmişdir. İş materiallarında olan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə Rufullayeva (Abbasova) Nərmin Azad qızı arasında nikah xx.xx.2019-cu ildə Cəlilabad rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 176 № ilə qeyd edilmiş, onların birgə nikahından xx.xx.2019-cu il tarixdə X9 və xx.xx.2020-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında ********** nömrəli, 01 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh X2 filialında işaxtaran (müvəqqəti) kimi qeydiyyatdadır. Etibarlılıq müddəti 28 fevral 2023-cü il tarixədək. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında 30 noyabr 2022-ci il tarixli, ********** saylı arayışdan görünür ki, Cavabdeh 22 mart 2006-cı il tarixdən ümumi xəstəlik üzrə İİİ qrup əlilliyə görə 120 manat müavinət alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini iddiaçı Ağayeva (Abbasova) Nahidə Namid qızının maddi vəziyyətində, Cavabdeh isə ikinci nikahdan iki uşağının doğulmasını ailə vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(032)429/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı (Abbasova) Nahidə Namid qızına verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı (Abbasova) Nahidə Namid qızı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-429/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı (Abbasova) Nahidə Namid qızına verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 44 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-97/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-97/2023
09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver