Məhkəmə qərarları › İş №2(032)-99/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-99/2024

11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-99/2024 11.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh Mayıs oğluna qarşı “aliment artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Mayıs oğluna qarşı Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-64/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş “aliment miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment məbləğinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Mayıs oğlu ilə xx.xx.2015ci ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ailə nikah münasibətləri uyğun gəlmədiyi üçün nikahları məhkəmə qaydasında pozulmuş və xx.xx.2015-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılmışdır. xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 26 iyul 2018-ci ildən hesablamaqla xx.xx.1987-ci ildə Şirvan şəhərində anadan olmuş və Ş.Şükürov küçəsi, ev 14-də yaşayan Cavabdeh hər ay sabit pul məbləğində uşağa görə 100 manat aliment tutularaq İddiaçı verilməsini qət etmişdir. Bundan başqa iş üzrə Cavabdeh Mayıs oğlu uşağa ödədiyi 100 manat aliment uşağın maddi tələbatına hal-hazırda çatmır. Ona görə ki, ölkədə gedən iqtisadi inkişaf və hər gün uşaqların maddi tələbatları artdığı üçün o iş üzrə Cavabdeh Mayıs oğluna qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər məhkəməsinə müraciət etməli olmuşdur. Mediasiya Şurasının xx.xx.2023-ci il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə aralarında razılıq əldə olunmamışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, nümayəndə məhkəmə iclas zalında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, onun iddiaçı ilə nikahı 2019-cu il tarixdə pozulmuşdur. Birgə nikahdan bir övladı olmuşdur. Birgə nikahdan anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində aliment ödəyir. Hal-hazırda 4000 manat məbləğində aliment borcu vardır. Heç bir yerdə işləmir. Sonuncu dəfə 300 manat məbləğində aliment ödəmişdir. Ümumiyyətlə 400 manat məbləğində borc taparaq aliment borcundan ödəniş edir. Son üç ay aliment pulun ödəyə bilməmişdir. Bundan başqa onda olan məlumata görə uşağa başqa adam baxır. Övladı ilə son altı aydır ki ünsiyyətdə olmur. Hazırda işləmədiyindən tələb olunan aliment məbləğini ödəyə bilməyəcəkdir. Məhkəmə iddiçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən 01 iyul 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 545845 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 atası Cavabdeh Mayıs oğlu, anası İddiaçıdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-64/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci ildə Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 98 saylı nikah qeydinin pozulması, onların birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılması, müvəqqəti alimentin tutulmasına dair Şirvan şəhər Məhkəməsinin 2(032)-1631/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 26 iyul 2018-ci ildən hesablanmaqla xx.xx.1987-ci ildə Şirvan şəhərində anadan olmuş və Ş.Şükürov küçəsi, ev 14-də yaşayan Cavabdeh hər ay sabit pul məbləğində uşağa görə 100 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən 21 avqust 2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı 449524 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Mayıs oğlu və İddiaçı nikahı Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 19 mart 2011-ci il tarixdə xitam verilmişdir.Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 08 ayının 21 günündə 131 № ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023-02370 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin alimentin artırılması ilə razılaşmasını ifadə edən ərizəsini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında, yəni hər ay 170 manat sabit pul məbləğində olmaqla müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununu İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmamasını nəzərə alıb hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-64/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh Mayıs oğlundan xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (170-100=70 manat, 70 x 12 = 840 manat) 1000 manatadək olduğundan, cavabdehdən 30 manat dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-64/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar