Məhkəmə qərarları › İş №2(033)-1/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1/2021 10.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X28, iddiaçının nümayəndəsi X19 iştirakı ilə, Kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının borclular X49, X15, X29, X20, Cavabdeh3, X3, X50, X11, X51, X7, X55, Cavabdeh2, X41, X34, Cavabdeh1 və X24 borcun qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-“xxxx” MMC BOKT) borcun qaytarılması tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X42, X12, X25, X16, Cavabdeh3, X2, X43, X9, X44, X5, X52, Cavabdeh2, X35, X30, Cavabdeh1, X21 - “xxxx” MMC BOKT-a olan 1351,51 (bir min üç yüz əlli bir manat əlli bir qəpik) manat borcunun və 143,31 (bir yüz qırx üç manat otuz bir qəpik) manat məbləğində cəriməni borclulardan alıb kreditorun xeyrinə ödənilməsi barədə müvafiq əmr verilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2008-ci il tarixli 2(033)-68/2008 nömrəli məhkəmə əmrinə əsasən Zaqatala rayonu Lahıc kənd sakinləri X36, X10, X22, X13, Cavabdeh3 qızından, X1, X37, X8, X38, X4, X45, Cavabdeh2, X31, X26, Cavabdeh1, X17 müştərək qaydada “xxxx” MMC-nin xeyrinə 1494 manat 82 qəpik borc və ödənilmiş 9 manat 90 qəpik dövlət rüsumu, cəmi 1504 manat 72 qəpik vəsait tutulması əmr edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-68/208 nömrəli 16 oktyabr 2019-cu il tarixli qərardadına əsasən borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə əmrinə etirazı təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2008-ci il tarixli 2(033)- 68/2008 nömrəli məhkəmə əmri ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması üçün ümumi qaydada iddia icraatına keçilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclularla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 17.03.2006-cı il tarixli ŞƏK-191/2 saylı kredit müqaviləsinə əsasən borclulara Birgə borclular kimi Ümumdünya Bankının və Azərbaycan Hökumətinin birgə vəsaiti hesabına 8.000,00 (səkkiz min) manat məbləğində qısa müddətli kredit verilmişdir. Borclularla bağlanmış kredit müqaviləsinin 4.2.3-cü maddəsinə əsasən borclular Birgə borclular kimi cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin qaytarılmasını birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə həyata keçirməlidirlər. Həmin müqavilənin 4.1.5-ci maddəsinə əsasən Birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı qalan digər Birgə borclulardan həmin öhdəliyin yerinə yetirilməsini tələb etməkdə haqlıdır. Borclularla bağlanmış kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən Birgə borclular götürülmüş kreditə görə birgə və ayrı-ayrılıqda (fərdi) məsuliyyət daşıyırlar. Onların hər biri cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əsasən borclular tərəfindən 22.03.2005-ci il tarixə 8.000,00 (səkkiz min) manat əsas, 1.238,64 (bir min iki yüz otuz səkkiz manat altmış dörd qəpik) manat faiz borcu ödənilməli olduğu halda, həmin tarixə 3.445,13 (üç min dörd yüz qırx beş manat on üç qəpik) manat əsas, 988,26 (doqquz yüz səksən səkkiz manat iyirmi altı qəpik) manat faiz borcu ödənilmişdir. Bununla da onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduqları zərər nəticəsində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə borclulara dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onlar tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilmir. Borclulara göndərilmiş 16.01.2007-ci il tarixli pretenziya məktubu da cavabsız qalmışdır. Borcluların 17.03.2006-cı il tarixli ŞƏK- 191/2 saylı kredit müqaviləsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına olan əsas borc və ona hesablanmış faiz borcunun cəmi 1.351,51 (bir min üç yüz əlli bir manat əlli bir qəpik) manat təşkil edir ki, bu borcun da borclular tərəfindən ödənilməsi təmin edilməlidir. Eyni zamanda borclularla bağlanmış kredit müqaviləsinin 5.3-cü maddəsinə əsasən “Kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, Kredit verən vaxtında qaytarılmamış məbləğə görə mövcud tam kredit faizinin 100 (yüz) faizinə qədər cərimə faizi hesablamaq hüququna malikdir”, cərimə 43.31 (bir yüz qırx üç manat otuz bir qəpik) manat təşkil edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onlar səbəbləri haqqında məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəblərini üzrsüz hesab edərək, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı «xxxx» MMC BOKT-ın nümayəndəsi X39 iddia ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək göstərdi ki, məhkəmə əmri qəbul edildikdən sonra cavabdehlər tərəfindən borcun bir hissəsi ödənilmiş, buna görə də məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. X48 MMC-nin 127 nömrəli 20.05.2021-ci il tarixli ekspert rəyi ilə də tanış olmuşdur. Rəydə göstərilən məbləğdə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, mülki iş materiallarını araşdırararq, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş cavabdehlər X58, X27, X46, X32, Cavabdeh3, X6, X59, X23, X60, X14, X63, Cavabdeh2, X56, X53, Cavabdeh1, X40 ilə iddiaçı “xxxx” MMC BOKT arasında bağlanmış 17.03.2006-cı il tarixli ŞƏK-191/2 saylı kredit müqaviləsinə əsasən 10 (on) ay müddətinə, illik 25 faiz dərəcəsi ilə borcluların hər birinə 500 manat olmaq şərti ilə cəmi 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Cavabdehlərlə bağlanmış kredit müqaviləsinin 4.2.3-cü və 3.1-ci bəndlərinə əsasən, birgə borclular cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin qaytarılmasında tam iştirak etməyə borcludurlar. Həmin müqavilənin 4.1.5-ci bəndinə əsasən, birgə borclulardan biri öz öhdəliyini yerinə yetirə bilmədikdə, kreditor «xxxx» MMC BOKT birgə borclulardan həmin öhdəliklərin yerinə yetirilməsini tələb etməkdə haqlıdır. Borcalanlarla bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, birgə borclular götürülmüş kreditə görə birgə və ayrı-ayrılıqda fərdi məsuliyət daşıyırlar. Surəti iş materiallarına əlavə edilmiş 17.03.2006-cı il tarixli ŞƏK-191/2 nömrəli kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi üzrə borcluların hər birinə 500 manat olmaq şərti ilə 8000 manat kredit verilmişdir. İşə əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş 1647 nömrəli 13 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, ŞƏK-191/2 nömrəli birgə borclu qrupunun üzvlərinin 17.03.2006-cı il tarixli kredit müqaviləsinə əsasən 26.11.2019-cu il tarixə 300,48 manat əsas borcu, 10,41 manat faiz borcu, 23,76 manat cərimə borcu olmaqla cəmi 334,65 manat borcu vardır. Təsdiq edilmiş surəti işdə olan iddiaçı «xxxx» MMC BOKT-ın 17 mart 2006-cı il tarixli məxaric orderindən görünür ki, iddiaçı «xxxx» MMC BOKT tərəfindən cavabdehlər X58, X27, X46, X32, Cavabdeh3, X6, X59, X23, X60, X14, X63, Cavabdeh2, X56, X53, Cavabdeh1, X24 hər birinə 500 manat olmaqla ümumilikdə oğluna 8000 manat qısa müddətli kredit verilmişdir. Surəti işdə olan maliyyə arayışından görünür ki, birgə cavabdehlər X58, X27, X46, X32, Cavabdeh3, X6, X59, X23, X60, X14, X63, Cavabdeh2, X56, X53, Cavabdeh1, X21 26.11.2019-cu il tarixə kreditora 300,48 manat əsas kredit borcu, əsas borca hesablanmış 10,41 manat faiz borcu, cəmi 23,76 manat kredit borcu ödənilməmişdir. Həmin arayışdan görünür ki, Cavabdeh2 İddiaçı-yə 43,19 manat əsas borcu, X35 7,30 manat əsas borcu, X30 249,99 manat əsas borcu, 10,41 manat faiz borcu və 23,76 manat cərimə borcu vardır. İş materiallarında olan X48 MMC-nin 127 nömrəli 20.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarını nəzərə alaraq hazırlanmış cədvəl məlumatlarına əsasən cavabdehlər Cavabdeh2 26.11.2019-cu il tarixə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı qarşısında 9,10 manat faiz borcu olmaqla cəmi 9,10 manat, X35 26.11.2019-cu il tarixə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına 2,92 manat faiz borcu olmaqla cəmi 2,92 manat, X30 26.11.2019-cu il tarixə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına 250 manat əsas, 27,62 manat faiz borcu olmaqla cəmi 277,62 manat borcu vardır. İşdə olan Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi boclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırılmasında da müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun 17 mart 2006-ci il tarixli Şək-191/2 nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehlərə 10 ay ərzində qaytarılmaq şərti ilə kreditdən istifadəyə görə illik 25 faiz hesablanmaqla 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Cavabdeh2 26.11.2019-cu il tarixə 9,10 manat faiz borcu olmaqla cəmi 9,10 manat borcu, X35 26.11.2019-cu il tarixə 2,92 manat faiz borcu olmaqla cəmi 2,92 manat borcu, X30 26.11.2019-cu il tarixə 250 manat əsas, 27,62 manat faiz borcu olmaqla cəmi 277,62 manat borcu ödənilməmiş, bununla da cavabdehlər müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müvafiq olaraq onların iddiaçıya kredit borcu yaranmışdır. Göstərilənlərə, həmçinin istinad edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə bu qənaətdədir ki, 17 mart 2006-ci il tarixli Şək-191/2 nömrəli kredit müqaviləsi üzrə cavabdeh X53 tərəfindən ödənilməmiş 250 manat əsas borc qaldığından və bütün borclular həmin öhdəliyin yerinə yetirilməsində birgə məsuliyyət daşıdıqlarından qeyd olunan borc məbləği cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsində qeyd edilmişdir ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İddiaçı tərəfindən təqdim edilmiş kredit borcunun hesablanmasına dair arayışdan görünür ki, 26.11.2019-cu il tarixə cavabdehlər Cavabdeh2 9,10 manat, X35 2,92 manat faiz borcu, X30 27,62 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehlərdən tam həcmdə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Məhkəmə hesab edir ki, 17 mart 2006-ci il tarixli Şək-191/2 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən ödənilməmiş 9,10 manat, X56 tərəfindən ödənilməmiş 2,92 manat, X53 tərəfindən ödənilməmiş 27,62 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc qaldığından və bütün borclular həmin öhdəliyin yerinə yetirilməsində birgə məsuliyyət daşıdıqlarından qeyd olunan faiz borcu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalı, 10 manat məbləğində dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qismən təmin edildiyindən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin, Kapitalbank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X58, X27, X46, X32, Cavabdeh3, X6, X59, X23, X60, X14, X63, Cavabdeh2, X56, X53, Cavabdeh1 və X17 müştərək qaydada Cavabdeh2 tərəfindən ödənilməmiş qalan 9,10 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği olmaqla, cəmi 9,10 manat, X56 tərəfindən ödənilməmiş qalan 2,92 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği olmaqla, cəmi 2,92 manat, X53 tərəfindən ödənilməmiş qalan 250 manat əsas, 27,62 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği olmaqla, cəmi 277,62 manat kredit borcu, ümumilikdə 289,64 manat pul vəsaiti alınaraq iddiaçı «xxxx» MMC BOKT-ın xeyrinə ödənilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər X58, X27, X46, X32, Cavabdeh3, X6, X59, X23, X60, X14, X63, Cavabdeh2, X56, X53, Cavabdeh1 və X17 müştərək qaydada Cavabdeh2 tərəfindən ödənilməmiş qalan 9,10 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği olmaqla, cəmi 9,10 manat, X56 tərəfindən ödənilməmiş qalan 2,92 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği olmaqla, cəmi 2,92 manat, X53 tərəfindən ödənilməmiş qalan 250 manat əsas, 27,62 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği olmaqla, cəmi 277,62 manat kredit borcu, ümumilikdə 289,64 manat pul vəsaiti alınaraq iddiaçı «xxxx» MMC BOKT-ın xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdehlər X58, X27, X46, X32, Cavabdeh3, X6, X59, X23, X60, X14, X63, Cavabdeh2, X56, X53, Cavabdeh1 və X17 müştərək qaydada müştərək qaydada 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının hesabına, 10 (on) manat məbləğində dövlət rüsumu isə dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər X58, X27, X46, X32, Cavabdeh3, X6, X59, X23, X60, X14, X63, Cavabdeh2, X56, X53, Cavabdeh1 və X17 müştərək qaydada alınaraq Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin, Kapitalbank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208 hesabına köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar