Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1/2025 12.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə 12 fevral 2025-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3726,18 manat əsas kredit borcu, 549,83 manat ona hesablanmış faiz borcu və 372,62 manat cərimə olmaqla, cəmi 4648,63 manat kredit borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, İddiaçı QSC-in xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, kreditor "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 19L000001646 nömrəli kredit xətti müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. xx.xx.2014-ci il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən kreditor "xxxx" ASC tərəfindən borclu Cavabdeh1 aylıq 2,25 faiz olmaqla 24 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5950 (beş min doqquz yüz əlli) manat borc verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 019R**********S nömrəli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faziləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə 08 yanvar 2016-cı il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kreditdən 2223,82 manat qaytarmış və onun kreditora 3726,18 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün fazi həmin kredit razılşamasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən kredit borcu qaytarılmadığı üçün 22 iyun 2016-cı il tarixə 166 gün üçün hesablanmış faiz borcu 549,83 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 fazi məbləğində cərimə ödəməlidir. 20 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 372,62 manat təşkil edir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq, "xxxx" ASC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında xx.xx.2014-cü il tarixli 19S000003095, 019S**********01 və 019S**********02 nömrəli zaminlik müqavilələri imzalanmış və onlar zaminlik müqavilələrinə əsasən kredit xətti üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məsuliyyətini öz üzərlərinə götürmüşlər. "xxxx" ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini borclu Cavabdeh1 vermişdir. Lakin borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 öz üzərilərinə götürdükləri kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onların kreditor qarşısında yuxarıda göstərilən məbləğdə borcları yaranmışdır. Kredit borcunun qaytarılması barədə kreditor tərəfindən borclulara dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, kredit borcu, ona hesablanmış faiz və cərimə qaytarılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli 2(033)-1395/2016 saylı məhkəmə əmri ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olan borclu Cavabdeh2, Zaqatala rayonu Göyəm kəndində qeydiyyatda olan borclular Cavabdeh1dan, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2014-cü il tarixli 19L000001646 nömrəli kredit xətti müqaviləsinə əsasən, xx.xx.2016-cı il tarixə olan 3726,18 (üç min yeddi yüz iyirmi altı manat on səkkiz qəpik) manat əsas kredit borcu, 549,83 (beş yüz qırx doqquz manat səksən üç qəpik) manat ona hesablanmış faiz borcu və 372,62 (üç yüz yetmiş iki manat altmış iki qəpik) manat cərimə olmaqla, cəmi 4648,63 (dörd min altı yüz qırx səkkiz manat altmış üç qəpik) manat kredit borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə məhkəmə əmri verilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh2 04 iyun 2024-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, sözügedən məhkəmə əmri ilə razı deyildir. Çünki o həqiqəti əks etdirmir, faktlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə əmrində qeyd olunur ki, kreditor Access Bank ASC xx.xx.2014-cü il tarixli 019R********** №-li müqavilə ilə borclu Cavabdeh1 24 ay müddətinə aylıq 2,25 % olmaqla 5950 manat kredir vermişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasına təminat olaraq, kreditor Access Bank ASC ilə zaminlər Cavabdeh2, X1 və X3 arasında xx.xx.2014-cü il tarixli 19S000003095, 019S**********01 və 019S**********02 №-li zaminlik müqavilələri bağlanmışdır. Daha sonra Access Bank ASC xx.xx.2015-ci il tarixli 019R**********S №-li sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik etmiş, borclu Cavabdeh1 götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilə öhdəliklərinin təminatı olaraq yenə də xx.xx.2014-cü ildə bağlanmış zaminlik müqaviləsi qeyd edilmişdir. Halbu ki, bu zaman zaminlərlə də olan müqavilə yenilənmə, onların razılığı alınmalı, müqavilə öhdəliyi xx.xx.2015-ci il tarixdən başlanmalı idi. Lakin kreditor zaminlərin razılığını almadan müqavilə şərtlərini öz başına dəyişdirmişdir. Nəticədə AR MM-nin müvafiq maddələri kobud şəkildə pozulmuşdur. AR MM-nin 421.1 maddəsinə görə - Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa tərəflərin razılaşması ilə mümkündür. AR MM-nin 277.0.1 maddəsinə görə - Zaminliyə xitam verilməsi hallarında qeyd olunur: - Zaminliyin təmin edildiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda. İddiaçı Access Bank ASC onların razılığı olmadan müqaviləni dəyişdirdiyindən zaminliyə xitam verilməli, qanunsuz tutulan pensiya məbləğləri geri qaytarılmalıdır. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(033)- 1395/2016 saylı əmrini ləğv edərək, işə mahiyyəti üzrə ümumi iddia icraatı qaydasında baxılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 2(033)-779/2024 saylı qərardadı ilə Zaqatala rayon məhkəməsinin 04 iyul 2016-cı il tarixli 2(033)-1395/2016 saylı məhkəmə əmri ləğv edilərək kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materiallar iddia icraatına keçirilməsi və iş üzrə məhkəmə hazırlıq iclasının 24 iyul 2024-cü il tarixə saat 10-00-a təyin edilməsi qərara alınmışdır. Tərəflərin izahatları İddiaçı QSC 21 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki iş üzrə iddia tələblərini müdafiə edirlər. Cavabdehlə bağlanan kredit müqaviləsi üzrə borc tələbinə dair Zaqatala Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli 2(033)-1395/2016 saylı məhkəmə əmrinə əsasən kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək cavabdehlər Cavabdeh1 və qeyriləıindən - 3726,18 manat əsas, 549,83 manat faiz, 372,62 manat cərimə, cəmi 4648,63 manat və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir, əmr qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İcra sənədinin icrası mərhələsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində cavabdehlər tərəfindən ödənişlər edilmişdir. Məcburi icra tədbirləri nəticəsində daxil olmuş vəsait əsas borcdan silinib, sözügedən məhkəmə əmri üzrə faiz borcundan müəyyən qədər ödənişlər olunsa da və cərimə borclarından silinmələr olmamışdır. Yəni faiz borcundan 342.13 manat və cərimə borcları olduğu kimi qalmışdır. Hazırda borcluların İddiaçı QSC-yə 04 iyul 2016-cı il tarixli 2(033)-1395/2016 saylı məhkəmə əmri üzrə 29.97 manat əsas, 342.13 manat faiz, 372.62 manat cərimə olmaqla cəmi 744.72 manat kredit borcu və həmçinin 20 manat dövlət rüsumu olmaqla ümumi borcu mövcuddur. İddiaçı QSC-nin nümayəndəsi 05 dekabr 2024-cü il tarixdə məkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2014-cü il tarixdə əvvəllər tanıdığı İsayev X2 Bank ASC-dən 24 ay müddətinə illik 2.25 % olmaqla 5950 manat kredit götürmüşdür. Onun xahişi ilə həmin kreditlə əlaqədar xx.xx.2014-cü il tarixli, 19S000006095 №-li zaminlik müqaviləsini imzalamışdır. Cavabdeh1 götürdüyü kreditin vaxtında ödəyəcəyinə onu inandırmışdır. Lakin xx.xx.2015ci il tarixdə, yəni 1 il 10 aydan sonra kreditorla Cavabdeh1-oğlu arasında 019R**********S №-li saziş bağlanmış və bu sazişə əsasən kredit razılaşmasına və ödəmə planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kreditin qalığını və ona hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Bu razılaşmadan və ödəniş planında olan dəyişikliklərdən onun xəbəri olmamış və banka dəvət olunmamışdır. Bu zaman Access Bank ASC AR MM-si ilə tənzimlənən qanunu pozaraq özbaşnalıq etmişdir. Belə ki, AR MM-nin 421.1. maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa tərəflərin razılaşması ilə mümkündür. Göründüyü kimi tərəf olaraq onunla kreditor arasında heç bir razılaşma olmamışdır. Digər tərəfdən AR MM-nin 277.0.1. maddəsinə görə zaminliyə xitam verilməsi hallarında qeyd olunur ki, zaminliyin təmin edildiyi öhdəliyə xitam verildikdə , habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilməlidir. Onun xx.xx.2015-ci il tarixdə bağlanmış sazişlə əlaqədar heç bir zaminlik öhdəliyi olmamışdır. X5 ASC qanunsuzluğu yol verməklə onun hüquqlarının pozulmasına səbəb olmuş, eyni zamanda da pensiyasına qanunsuz tutma yönəltməklə xeyli miqdarda ziyan vurmuşdur. Onun məhkəmə əmrindən xəbəri olmamışdır. Pensiyasından tutulmalar olunarkən ona məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında 10 noyabr 2015-ci ildə saziş bağlanmış və öhdəliklərinin təminatı kimi onun zamin kimi məsuliyyət götürməsi qeyd olunmuşdur. İddia əsassızdır və rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İşdə olan Cavabdeh1əli oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 019L000001646 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1əli oğluna 120 (yüz iyirmi) ay müddətinə xx.xx.2024-cü il tarixədək 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İşdə olan 31 yanvar 2014-cü il tarixli 019S000003095 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsi əsasında borc alana verilmiş 50000 (əlli min) ABŞ dolları məbləğində kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Eyni Müqavilənin 4.1-ci bəndinə görə bu müqavilə imzalandığı tarixdən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edilənədək qüvvədədir. İşdə olan Cavabdeh1əli oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 019L000001646 saylı kredit razılaşmasından görünür ki, ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5950 (beş min doqquz yüz əlli) manat məbləğində kredit verilmişdir. İşdə olan 08 dekabr 2014-cü il tarixli 019S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış uzunmüddətli kerdit müqaviləsi əsasında borc alana verilmiş 50000 (əlli min) ABŞ dolları məbləğində kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Eyni Müqavilənin 4.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətində qüvvədədir. İşdə olan 08 dekabr 2014-cü il tarixli 019S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi əsasında borc alana verilmiş 50000 (əlli min) ABŞ dolları məbləğində kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Eyni Müqavilənin 4.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətində qüvvədədir. İşdə olan 10 noyabr 2015-ci il tarixli 019R**********S saylı, kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli 019L000001646 saylı kredit xətti müqaviləsi üzrə il tarixdə bağlanmış 019R********** kredit razışlamanın ayrılmaz hissəsi olan 08 dekabr 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 10 noyabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İşdə olan il tarixli ödəniş planından görünür ki, kredit müqaviləsinə əsasən götürülmüş 5950 manat məbləğində kredit vəsaitinin 08 dekabr 2016-cı ilə kimi qaytarılması razılaşdırılmışdır. İşdə olan 10 noyabr 2015-ci il tarixli ödəniş planından görünür ki, kredit müqaviləsinə əsasən götürülmüş 5494,99 manat məbləğində kredit vəsaitinin 08 dekabr 2016-cı ilə kimi qaytarılması razılaşdırılmışdır. İşdə olan İddiaçı QSC tərəfindən 21 oktyabr 2024-cü il tarixdə verilmiş ərizədən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli 2(033)-1395/2016 saylı məhkəmə əmrinin icrası mərhələsində cavabdehlər tərəfindən ödənişlər edilmişdir. Məcburi icra tədbirləri nəticəsində daxil olmuş vəsait əsas borcdan silinib, sözügedən məhkəmə əmri üzrə faiz borcundan müəyyən qədər olunsa da və cərimə borclarından silinmələr olmamışdır. Yəni faiz borcundan 342.13 manat və cərimə borcları olduğu kimi qalmışdır. Hazırda borcluların İddiaçı QSC-yə 29.97 manat əsas, 342.13 manat faiz, 372.62 manat cərimə olmaqla cəmi 744.72 manat kredit borcu və həmçinin 20 manat dövlət rüsumu olmaqla ümumi borcu mövcuddur. İşdə olan İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 göndərilmiş xəbərdarlıqların surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İşdə olan 07 dekabr 2021-ci il tarixli inkasso sərəncamından görünür ki, 2(033)- 1395/2016 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh2 188,80 manatı İddiaçı QSC-ə ödəmişdir. İşdə olan 14 aprel 2022-ci il tarixli inkasso sərəncamından görünür ki, 2(033)- 1395/2016 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh2 195,22 manatı İddiaçı QSC-ə ödəmişdir. İşdə olan 23 may 2022-ci il tarixli inkasso sərəncamından görünür ki, 2(033)- 1395/2016 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh2 195,22 manatı İddiaçı QSC-ə ödəmişdir. İşdə olan 14 oktyabr 2022-ci il tarixli inkasso sərəncamından görünür ki, 2(033)- 1395/2016 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh2 195,22 manatı İddiaçı QSC-ə ödəmişdir. İşdə olan 10 aprel 2023-cü il tarixli inkasso sərəncamından görünür ki, 2(033)- 1395/2016 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh2 233,47 manatı İddiaçı QSC-ə ödəmişdir. İşdə olan 02 aprel 2023-cü il tarixli inkasso sərəncamından görünür ki, 2(033)- 1395/2016 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh2 233,47 manatı İddiaçı QSC-ə ödəmişdir. İşdə olan 01 iyun 2023-cü il tarixli inkasso sərəncamından görünür ki, 2(033)- 1395/2016 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh2 233,47 manatı İddiaçı QSC-ə ödəmişdir. İşdə olan 01 noyabr 2023-cü il tarixli inkasso sərəncamından görünür ki, 2(033)- 1395/2016 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh2 233,47 manatı İddiaçı QSC-ə ödəmişdir. İşdə olan 29 dekabr 2023-cü il tarixli inkasso sərəncamından görünür ki, 2(033)- 1395/2016 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh2 233,47 manatı İddiaçı QSC-ə ödəmişdir. İşdə olan 01 fevral 2024-cü il tarixli inkasso sərəncamından görünür ki, 2(033)- 1395/2016 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh2 233,47 manatı İddiaçı QSC-ə ödəmişdir. İşdə olan 02 may 2024-cü il tarixli inkasso sərəncamından görünür ki, 2(033)- 1395/2016 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh2 207,70 manatı İddiaçı QSC-ə ödəmişdir. İşdə olan 01 iyun 2024-cü il tarixli inkasso sərəncamından görünür ki, 2(033)- 1395/2016 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh2 259,63 manatı İddiaçı QSC-ə ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 472.1-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsiə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477-ci maddəsinə əsasən zaminliyə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda (477.0.1); əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə (477.0.2); kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə (477.0.3); zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddələrinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3726,18 manat əsas kredit borcu, 549,83 manat faiz borcu və 372,62 manat cərimə olmaqla, cəmi 4648,63 manat kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin alınaraq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. İddiaçı tələbini borcun göstərilən məbləğdə olması ilə əsaslandırmışdır. İddiaçıya görə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(033)- 1395/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edildikdən sonra edilmiş ödənişlər nəticəsində cavabdehlərin hazırda 29.97 manat əsas, 342.13 manat faiz, 372.62 manat cərimə olmaqla cəmi 744.72 manat kredit borcu mövcuddur. Cavabdehlər borcun qeyd edilən məbləğdə olması halını mübahisələndirməmişlər. Məhkəmə qeyd edilənlərə əsasən xx.xx.2014-cü il tarixli 019L000001646 saylı kredit razılaşması və ona dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli saziş üzrə Cavabdeh1əli oğlunun iddiaçıya 29.97 manat əsas, 342.13 manat faiz borcunun qalmasını işin hallarına uyğun sayır. Cavabdeh2 iddiaya, Cavabdeh1 götürdüyü kreditin vaxtında ödəyəcəyinə onu inandırması, eyni zamanda xx.xx.2014-cü il tarixli 019L000001646 saylı kredit razılaşmasına və ödəmə planına dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli sazişin onun xəbəri və razılığı olmadan olmadan bağlanması bu dəyişmə nəticəsində onun hüquqlarının pozulması, pensiyasına qanunsuz tutma yönəldilməklə ona xeyli miqdarda ziyan vurulması, bununla da tələbin zaminə münasibətdə, zaminliyinə xitam verilmiş şəxslərlə qarşı yönəldilməsi əsası ilə etiraz etmişdir. Məhkəmə Cavabdeh2 etirazı üzrə onu qeyd etməyi zəruri sayır ki, iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 019L000001646 saylı kredit razılaşmasına əsasən Cavabdeh1əli oğluna 24 ay müddətinə, aylıq 2,25 % faiz ödəməsi şərti ilə 5950 manat məbləğində kredit verilməsinə və xx.xx.2014-cü il tarixli 019L000001646 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişdə kreditin qaytarılması tarixinin xx.xx.2016-cı il, məbləğinin 5494,99 manat olaraq nəzərdə tutulmasına baxmayaraq, digər zaminlər kimi Cavabdeh2 da, Cavabdeh1əli oğluna xx.xx.2024-cü il tarixədək 50000 ABŞ dolları məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2014-cü il tarixli 019L000001646 saylı kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh2 verdiyi zaminliyin təmin etdiyi öhdəliyə xitam verilməmiş, habelə xx.xx.2014-cü il tarixli 019L000001646 saylı kredit razılaşması üzrə öhdəliyin dəyişdirilməsi barədə xx.xx.2015-ci il tarixli saziş xx.xx.2014-cü il tarixli 019L000001646 saylı kredit xətti müqaviləsi üzrə nəzərdə tutulandan daha artıq müddət və daha artıq borcun qaytarılmasını nəzərdə tutmamış, bununla da zaminlik vermiş zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamış, xx.xx.2014-cü il tarixli 019L000001646 saylı kredit xətti müqaviləsi üzrə borc başqa şəxsə keçirilməmiş, borclu və ya zaminlər kreditora lazımi icranı təklif etməmişlər, xx.xx.2024-cü il tarixədək verilmiş zaminliyin müddəti qurtarmamış, zaminliyə xitam verilməsi üçün əsaslar yaranmamışdır. Eyni zamanda Cavabdeh1 götürdüyü kreditin vaxtında ödəyəcəyinə onu inandırması, Cavabdeh2 iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımaq öhdəlyindən azad edilməsinə əsas deyil. Öhdəliyi icra etməsi halında isə o, yalnız borcludan kreditora ödədiyi məbləği, həmin məbləğdən faizləri və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə, bununla yanaşı hesab edir ki, 3726,18 manat əsas kredit borcu yaranmış Cavabdeh1əli oğlunun borcuna hesablanmış 372.62 manat cərimə tənasübsüz surətdə yüksəkdir və onun miqdarı 50 manat azaldılmalıdır, bu azaldılma iddiaçının bütün mənafelərinə uyğundur. Məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki, Cavabdeh1 öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi, öhdəliyini icra etməməsi və hazırda iddiaçıya 29.97 manat əsas, 342.13 manat faiz borcunun qalması tam təsdiq olunduğundan, digər cavabdehlərin zaminliyinə xitam verilməsi üçün əsaslar yaranmadığından, digər cavabdehlər iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdıqlarından əsas və faiz borcları, 50 manat cərimə cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalı, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 20 manat tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 29.97 (iyirmi doqquz manat doxsan yeddi qəpik) manat əsas, 342.13 (üç yüz qırx iki manat on üç) manat faiz, 50 (əlli) manat cərimə olmaqla cəmi 422,10 (dörd yüz iyirmi iki manat on qəpik) manat borc İddiaçı QSC-in xeyrinə ödənilsin. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə tutulsun. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-1/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver