Məhkəmə qərarları › İş №2(033)-1001/2021

Zaqatala Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(033)-1001/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Zaqatala rayonu İş № 2(033)-1001/2021 27.08.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Məhkəmə əmrini çıxaran hakim: Tural Həsənov Ərizənin predmeti: Ərizənin verilməsi üçün əsas olan prosessual hüquq norması: Azərbaycan Respublikası MPM-nin maddəsi - Kreditor Huquqi şəxsin rəsmi Kreditor adı: VOEN: ********** Qeydiyyat unvanı: AZ1007, BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZADLİQ PR., ev 120 Faktiki unvan: Borclu Fiziki şəxsin S.A.A.: Borclu ,Şəxsiyyət vəsiqəsinin AA*******, xxxxxxx nömrəsi, FİN: Doguldugu tarix və yer: xx.xx.1998, ZAQATALA; BƏHMƏTLİ K Qeydiyyat unvanı: ZAQATALA RAY., BƏHMƏTLİ ƏRAZİ D., BƏHMƏTLİ K. Faktiki unvan: Ohdəliyə əsas olan GNK00037 nömrəli 10.01.2020-ci il tarixli nisyə alqı-satqı muqavilənin nomrəsi və müqaviləsi tarixi: Muqavilınin/fakturanın son tarixi: Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 695,89 Faiz dərəcəsi: faizsiz Ödənilməmiş əsas borc: 402,89 Ödənilməmiş faiz borcu: 0 Komissiya haqqı üzrə borc: 0 Tələb olunan dəbbə pulu məbləği: 50,64 Tutulmalı olan cəm məbləğ: 453,53 Valyuta növü: manat Hüquqi əsaslandırma Kreditor Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və əlavə edilən sənədlərdən görünür ki, kreditorla borclu arasında bağlanmış 10.01.2020-ci il tarixli müqaviləyə əsasən borclu dəyəri 695,89manat olan məişət avadanlığı əldə etmiş, onun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 402,89 manat borcu qalmışdır. Bununla belə, borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra etməyərək, 402,89 manat məbləğində kredit borcunu və 50,64 manat cərimə borcunu kreditorun hesabına ödəməmişdir. Ona görə də, borcludan kreditorun xeyrinə qeyd edilən məbləğdə borcun, cərimənin və ödənilmiş dövlət rüsumunun tutulması xahiş edilmişdir. Göründüyü kimi, borclu 10.01.2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, kreditora olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırdığı kimi kreditora ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən,öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğısatqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər Nəticə hissəsi Əmr etdim Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282-ci və 284-cü maddələrinə əsasən Borclu Kreditor xeyrinə aralarında bağlanmış 10 yanvar 2020-ci il tarixli il tarixli nisyə alqısatqı müqavilələrinə görə aşağıdakı məbləğ tutulsun: Borc üzrə tutulmalı 453,53 olan məbləğ: Valyuta növü: manat Ərizəçinin/kreditorun 20 manat dövlət rüsumu çəkdiyi xərclər üzrə tutulmalı olan məbləğ: Tutulma qaydası: Tutulma qaydası: Ödəniş cari günün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş valyuta məzənnəsinə uyğun olaraq manatla həyata keçirilməlidir. Məhkəmə əmrinin icra edilməsi AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ-PROSESSUAL MƏCƏLLƏSİ 284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. 284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Məhkəmə əmrindən etiraz verilməsi AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ-PROSESSUAL MƏCƏLLƏSİ

284. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.

283. Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir.

DİQQƏT!

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarış

Maddə 3. Elektron imza və elektron sənədin hüquqi qüvvəsi

Elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar